Ana səhifə  /  XƏBƏRLƏR
249

Azərbaycan-Koreya münasibətləri inkişaf edir

Yanvarın 24-də Milli Məclisin Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.

24 yanvar 2018    05:01
134

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Yanvarın 22-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Andreas Peşke ilə görüşdülər.

22 yanvar 2018    05:01
134

AŞPA-nın QIŞ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

19 yanvar 2018    01:01
127

PARLAMENT GÖRÜŞLƏRİ

Yanvarın 17-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.Qonaqları komitə sədri Səməd Seyidov salamlayaraq bildirdi ki, Azərbaycan-Türkiyə arasındakı qardaşlıq və dostluq əlaqələri sarsılmaz bir təməl üzərində qurulub, münasibətlərimiz hər zaman başqa dövlətlərə nümunə olub. *** Sonra qonaqlar Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.

17 yanvar 2018    05:01
141

İSLAM ƏMƏKDAŞLIĞI TƏŞKİLATI PARLAMENT İTTİFAQININ TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva və Mirkazım Kazımov İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqı (İƏTPİ) Konfransının 13-cü sessiyasında iştirak etmək üçün yanvarın 12-də İran İslam Respublikasının paytaxtı Tehrana səfər edəcəklər.

12 yanvar 2018    06:01
138

DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQ

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputatlardan Musa Quliyev, Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva dekabrın 24-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

23 dekabr 2017    01:12
147

AZƏRBAYCAN-PAKİSTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Dekabrın 23-də ölkəmizdə səfərdə olan Pakistan Senatının Sədr müavini Molana Abdul Qafur Haidrinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla görüşdü.

23 dekabr 2017    01:12
154

MİLLİ MƏCLİSDƏ BRİFİNQ

Dekabrın 18-də ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil Milli Məclisdə brifinq keçirdi.

18 dekabr 2017    05:12
160

AVROPA PARLAMENTİ -AZƏRBAYCAN ƏLAQƏLƏRI YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR

Dekabrın 18-də Milli Məclisin Avropa İttifaqı ilə əməkdaşlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü, Çexiya Respublikasının təmsilçisi Yan Zahradil ilə görüş keçirdilər. Qonağı səmimi salamlayan komitənin həmsədri, deputat Cavanşir Feyziyev bildirdi ki, Avropa Parlamenti ilə Milli Məclis arasında 2016-cı ildə münasibətlər yenidən bərpa olunandan və parlamentlərarası əməkdaşlıq komitəsinin tərkibi yenidən formalaşdıqdan sonra fəal şəkildə əməkdaşlığa başlanılıb.

18 dekabr 2017    04:12
121

GUAM PARLAMENT ASSAMBLEYASININ SESSIYASINDA

Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli və deputat Əli Məsimli qurumun 10-cu sessiyasında iştirak etmək üçün dekabrın 17-dən 19-dək Gürcüstanda səfərdə olacaqlar.Tbilisidə keçiriləcək toplantıda regional təhlükəsizlik məsələləri, dayanıqlı gələcək, bərpa olunan enerji mənbələrinin inkişafı, transsərhəd cinayətləri ilə mübarizə mövzularında fikir mübadiləsi aparılacaq.

15 dekabr 2017    04:12
153

AŞPA-NIN KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Dekabrın 4-dən 6-dək Macarıstanın Budapeşt şəhərində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclası keçiriləcək. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov iştirak edəcək.* * *Milli Məclisin deputatı Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün dekabrın 5-də Parisə yola düşəcək.

12 dekabr 2017    12:12
140

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Dekabrın 12-dən 15-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Monitorinq, həmçinin Siyasi işlər və demokratiya komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcək.

12 dekabr 2017    03:12
144

AŞPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı Sahibə Qafarova AŞPA-nın fakt araşdırıcı missiyasının tərkibində İtaliyanın paytaxtı Romada səfərdədir. Deputatımız AŞPA komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə yola düşəcək.

05 dekabr 2017    10:12
122

ATƏT PA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 24-cü toplantısında iştirak etmək üçün dekabrın 5-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

04 dekabr 2017    05:12
137

“PARLAMENTARİLƏR NARKOTİKLƏRƏ QARŞI” ADLI BEYNƏLXALQ KONFRANSDA

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti “Parlamentarilər narkotiklərə qarşı” adlı beynəlxalq parlament konfransında iştirak etmək üçün dekabrın 3-də Rusiya Federasiyasının paytaxtı Moskvaya səfərə yola düşəcək.

01 dekabr 2017    06:12

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.