Ana səhifə  /  XƏBƏRLƏR
134

BEYNƏLXALQ PARLAMENT KONFRANSINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov beynəlxalq parlament konfransında iştirak etmək üçün dekabrın 3-dən 6-dək Gürcüstanın paytaxtı Tbilisidə səfərdə olacaq.

01 dekabr 2017    05:12
161

TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRİ MİLLİ MƏCLİSDƏ

Noyabrın 30-da Milli Məclisdə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

30 noyabr 2017    05:11
133

İSVEÇ NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLDU

Noyabrın 28-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində İsveçin Dini icmalara dəstək üzrə Dövlət Agentliyinin sədri Ake Goranssonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.

28 noyabr 2017    02:11
123

UKRAYNADA QDİƏT PARLAMENT MƏCLİSİNİN SESSİYASI KEÇİRİLƏCƏK

Milli Məclisin komitə sədrinin müavinləri Eldar Quliyev, Musa Quliyev, Jalə Əliyeva, deputatlardan Çingiz Qənizadə və Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 50-ci sessiyasında iştirak etmək üçün noyabrın 27-dən dekabrın 1-dək Ukraynada səfərdə olacaqlar.

27 noyabr 2017    12:11
154

MDB PARLAMENTLƏRARASI ASSAMBLEYANIN KOMİSSİYALARINDA

Milli Məclisin deputatları Rüfət Quliyev və Adil Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın komissiya iclaslarında iştirak etmək üçün noyabrın 27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

25 noyabr 2017    02:11
131

BEYNƏLXALQ SEMİNARDA

Milli Məclisin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev təşkilatın Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun dəvətilə noyabrın 27-dən 29-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaq.

24 noyabr 2017    05:11
169

AZƏRBAYCAN-LATVİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Noyabrın 24-də Latviyanın Preyli şəhər dumasının sədri Maruta Plivdanın rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə Regional məsələlər komitəsinin üzvləri ilə görüşdü.

24 noyabr 2017    03:11
142

VİTSE-SPİKER QAZAXISTANA SƏFƏR EDƏCƏK

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Qazaxıstanın Birinci Prezident günü münasibəti ilə keçiriləcək beynəlxalq parlament konfransında iştirak etmək üçün noyabrın 25-27-də bu ölkədə səfərdə olacaq.

24 noyabr 2017    01:11
138

DEPUTATIMIZ NATO PA-NIN SEMİNARINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun, Transatlantik müdafiə və təhlükəsizlik üzrə əməkdaşlıq alt komitəsinin birgə keçirdiyi seminarda iştirak etmək üçün noyabrın 22-dən 26-dək İtaliyada səfərdə olacaq.

21 noyabr 2017    12:11
136

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 22-də Danimarkanın paytaxtı Kopenhagen şəhərinə səfər edəcəklər.

21 noyabr 2017    04:11
124

AVROPA AZƏRBAYCANLILARININ QARABAĞ FORUMU KEÇİRİLƏCƏK

Milli Məclisin deputatları Rövşən Rzayev və Azər Kərimli “Avropa Azərbaycanlılarının Qarabağ Forumu”nda iştirak etmək üçün noyabrın 19-da Belçikanın paytaxtı Brüsselə yola düşəcəklər.

17 noyabr 2017    05:11
128

ASİYA PARLAMENT ASSAMBLEYASININ PLENAR SESSİYASINDA

Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 10-cu plenar sessiyasında iştirak etmək üçün noyabrın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

17 noyabr 2017    05:11
207

AZƏRBAYCANLA ÇİN XALQ RESPUBLİKASI ARASINDA ƏLAQƏLƏR İNKİŞAF EDİR

Noyabrın 14-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

15 noyabr 2017    08:11
135

ÇİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Noyabrın 14-də Milli Məclisin Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi KomitəsininBeynəlxalq əlaqələr şöbəsi katibinin müavini Li Çjunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə QHT-lərin və Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak edirdilər.

14 noyabr 2017    06:11
117

MDB PA-nın DAİMİ KOMİSSİYALARINDA

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün noyabrın 15-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

14 noyabr 2017    06:11
117

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-dən 16-dək Parisdə səfərdə olacaqlar.

13 noyabr 2017    05:11
126

AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov Avropa Şurası Parlament Assambleyasının Hüquqi məsələlər və insan hüquqları komitəsinin iclasında iştirak etmək üçün noyabrın 12-də Fransanın paytaxtı Parisə yola düşəcəklər.

10 noyabr 2017    12:11
261

AZƏRBAYCAN-TACİKİSTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Noyabrın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin və Tacikistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun Tacikistan Parlamentinin sədr müavini Akramşo Felaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu.

10 noyabr 2017    04:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.