Ana səhifə  /  XƏBƏRLƏR
127

YAAN REİNHOLD: “BİZ BİRLİKDƏ DAHA GÜCLÜYÜK”

Noyabrın 7-də Milli Məclisdə Azərbaycan parlamentinin Avropa qurumlarındakı nümayəndə heyətlərinin rəhbərləri ölkəmizdə səfərdə olan Avropa İttifaqı Şərq Tərəfdaşlığının xüsusi tapşırıqlar üzrə səfirlərindən ibarət nümayəndə heyəti ilə görüşdülər.

07 noyabr 2017    03:11
121

NATO PA-nın NÖVBƏTİ ROUZ-ROUT SEMİNARINDA

Milli Məclisin deputatı Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının 96-cı Rouz-Rout seminarında iştirak etmək üçün noyabrın 6-da Sloveniyanın paytaxtı Lyublyana şəhərinə səfər edəcək.

03 noyabr 2017    05:11
138

MİLLİ MƏCLİSİN DEPUTATI MOSKVA VƏ SANKT-PETERBURQDA SƏFƏRDƏ OLACAQ

Noyabrın 1-də Moskvada Pedaqoji Dövlət Universitetinin yaradılmasının 145 illiyi ilə əlaqədar yubiley tədbiri, noyabrın 2-də isə Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi daimi komissiyasının iclası keçiriləcəkdir. Tədbirlərdə Milli Məclisin deputatı Mixail Zabelin iştirak edəcəkdir.

30 oktyabr 2017    04:10
126

AVRONEST PARLAMENT ASSAMBLEYASININ PLENAR SESSİYASI VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Oktyabrın 30-dan noyabrın 1-dək Kiyevdə Avronest Parlament Assambleyasının plenar sessiyası və komitə iclasları keçiriləcək. İclaslarda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi parlament nümayəndə heyəti iştitak edəcəkdir.

28 oktyabr 2017    03:10
127

AŞPA-NIN SEMİNARI KEÇİRİLƏCƏK

Oktyabrın 27-də Parisdə AŞPA-nın Sosial Komitəsinin Avropa Sosial Xartiyası üzrə alt Komitəsinin parlament seminarı keçiriləcək.Tədbirdə Milli Məclisin deputatları - Avropa Sosial Xartiyası üzrə alt Komitənin sədri Sevinc Fətəliyeva, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və İlham Məmmədov iştirak edəcəklər.

26 oktyabr 2017    05:10
128

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Oktyabrın 23-də Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çex Respublikası Senatının sədr müavini Yirji Şestakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

23 oktyabr 2017    04:10
135

LİTVA SEYMİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Ölkəmizdə səfərdə olan Litva Seyminin sədr müavini İrena Şiaulienenin başçılıq etdiyi parlament nümayəndə heyəti oktyabrın 19-da Milli Məclisdə Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.

19 oktyabr 2017    06:10
136

İTALİYA SENATINDA AZƏRBAYCANA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Azər Kərimli Azərbaycan və İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunmuş konfransda iştirak etmək üçün Roma şəhərində səfərdədir.

19 oktyabr 2017    04:10
132

QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 49-cu iclasında iştirak etmək üçün oktyabrın 18-də Albaniyanın paytaxtı Tiranaya səfər edəcək.

17 oktyabr 2017    06:10
116

DEPUTATIMIZ İRLANDİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev oktyabrın 17-də İrlandiya Respublikasının paytaxtı Dublinə səfər edəcək.

16 oktyabr 2017    06:10
187

MİLLİ MƏCLİSDƏ MÜHARİBƏ VETERANLARI İLƏ GÖRÜŞ KEÇİRİLDİ

Oktyabrın 13-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Bakıda keçirilən “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda beynəlxalq konfrans iştirakçılarının bir qrupu ilə görüşüb.

14 oktyabr 2017    12:10
119

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev oktyabrın 13-də Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşdü.Qonağı salamlayan Ziyafət Əsgərov ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və Azərbaycanın Bolqarıstanla münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırdı.

13 oktyabr 2017    05:10
119

AŞPA-nın PAYIZ SESSİYASINDA

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 8-dən Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. Nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev və Sahibə Qafarova daxildirlər.

06 oktyabr 2017    07:10
129

NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak etmək üçün oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.

04 oktyabr 2017    06:10
354

UŞAQLARIN DİNİ MƏRASİMLƏRƏ CƏLB EDİLMƏSİ YOLVERİLMƏZDİR

Müstəqil Azərbaycanımız hüquqi, dünyəvi, demokratik ölkə kimi dünya miqyasında günbəgün böyük nüfuz qazanmaqdadır. Xalqımız həmişə özünün milli, mənəvi dəyərlərinə böyük hörmət və ehtiramla yanaşmışdır. Bu dəyərlərdən biri də İslam dini ilə bağlıdır. Heç də təsadüfi deyildir ki, yaşadığımız 2017-ci il ölkə başçısı tərəfindən “İslam həmrəyliyi ili” elan edilmişdir. Bu, dövlət səviyyəsində dinimizə olan münasibətin bariz nümunəsidir.

03 oktyabr 2017    09:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.