Ana səhifə  /  XƏBƏRLƏR
302

Şəmkir rayonunda şəhidlərin xatirəsi yad edilib

Şəmkir rayonunda 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş qəhrəman oğullarımızın - şəhid Tural Zahid oğlu Cuvarovun və şəhid Sehun Rafiq oğlu İbrahimzadənin anım mərasimləri keçirilib.

28 oktyabr 2021    12:39
314

Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid Hümbətov Azad Arif oğlunun anım tədbirində iştirak edib

Oktyabrın 27-də Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatları Hikmət Məmmədov, Rasim Musabəyov, Könül Nurullayeva və Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Nərimanov rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə “Vətən Müharibəsi Qəhrəmanı” şəhid baş leytenant Hümbətov Azad Arif oğlunun anım tədbirində iştirak ediblər.

27 oktyabr 2021    18:42
326

Özbəkistan nümayəndə heyəti ilə görüşdə

Oktyabrın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

27 oktyabr 2021    17:50
282

Koreya Milli Assambleyasının deputatı Azərbaycanın Vətən müharibəsi şəhidlərini yad edib

Koreya Respublikası Milli Assambleyasının deputatı, Koreya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Cunq Hiyonq Vətən müharibəsinin birinci ildönümü ərəfəsində Azərbaycanın Koreyadakı səfirliyinə məktub ünvanlayaraq 44 günlük müharibədə həlak olan şəhidlərimizlə əlaqədar dərin hüznlə başsağlığı verib.

27 oktyabr 2021    17:23
201

Milli Məclisin deputatı ATƏT-in Cənub-Şərqi Avropada Sahə Missiyaları Rəhbərlərinin Regional Toplantısında iştirak edib

Oktyabrın 26-da və 27-də hibrid formatda ATƏT-in Cənub-Şərqi Avropada Sahə Missiyaları Rəhbərlərinin Regional Toplantısı keçirilib. Tədbirdə ATƏT PA-da Milli Məclisin nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və Cənub-Şərqi Avropa üzrə xüsusi nümayəndəsi Azay Quliyev iştirak edib.

27 oktyabr 2021    15:47
265

Masallı rayonunda şəhidlərin anım mərasimləri keçirilib

44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımız – Məhəmməd Nail oğlu Vəliyevin Masallı rayonunun İmanlı kəndində, İbrahim Rasif oğlu Rükabzadənin isə rayonun Boradigah qəsəbəsində anım mərasimləri keçirilib.

27 oktyabr 2021    12:05
477

Bakının Nəsimi rayonunda şəhidlərin xatirəsi anılıb

Oktyabrın 26-da Milli Məclis sədrinin müavini Adil Əliyev Bakının Nəsimi rayonunda Birinci Qarabağ müharibəsi şəhidi Namiq Məlikovun, Vətən müharibəsi şəhidləri Teymur Həsənovun və Aqşin Novruzovun anım tədbirlərində iştirak edib.

26 oktyabr 2021    18:08
302

Xəzər rayonunda şəhidlərin anım mərasimləri keçirilib

Vətən müharibəsi şəhidləri - çavuş Kamran Füzuli oğlu Hacıyevin Xəzər rayonu Şüvəlan qəsəbəsində, Qurbanəli Elşad oğlu Quluzadənin Xəzər rayonu Binə qəsəbəsində, Emin Asif oğlu Qədirovun isə Xəzər rayonu Zirə qəsəbəsində şəhidlik zirvəsinə ucalmalarının ildönümləri ilə əlaqədar anım mərasimləri keçirilib.

26 oktyabr 2021    16:46

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.