Milli Məclisin payız sessiyasının ilk iclası keçirildi
Sentyabrın 30-da Milli Məclisin 2020-ci ilin payız sessiyasının açılışı oldu. Milli Məclisin Sədri Sahibə Qafarova sessiyanı açıq elan etdi və Dövlət Himni səsləndirildi.
Milli Məclis “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının təsdiq edilməsi barədə qərar qəbul etdi
Sentyabrın 27-də Milli Məclisin iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamış və həmin Fərmanı təsdiq edilmək üçün Milli Məclisə təqdim etmişdir.
Milli Məclisin növbədənkənar sessiyası öz işini başa çatdırdı
Avqustun 7-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq diqqətə çatdırdı ki, gündəliyə üçüncü oxunuşda 6 məsələ daxil edilib. Deputatlar gündəlikdəki məsələləri təsdiq etdilər.
MİLLİ MƏCLİSİN İCLASINDA
İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 7 məsələ daxil edilib və sənədlərin hamısı üçüncü oxunuşda olan qanun layihələridir.
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi
İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, gündəliyə 17 məsələ daxil edilib.