Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
361

Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələri inkişaf edir

İyunun 1-də Milli Məclisin Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında fəaliyyət göstərən Səudiyyə Ərəbistanı-Azərbaycan dostluq komitəsinin üzvləri ilə onlayn formatda görüş keçiriblər.

01 iyun 2022    18:39
325

Deputatlarımız Kambocada seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları Ramin Məmmədov və Soltan Məmmədov Kamboca Krallığında keçiriləcək bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün iyunun 2-də bu ölkənin paytaxtı Pnompen şəhərinə səfər edəcəklər.

01 iyun 2022    16:00
300

MDB PA-nın komissiya iclasında

Mayın 26-da MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının hibrid formatda iclası keçirilib.

26 may 2022    16:46
326

Milli Məclisdə insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

Mayın 25-də Milli Məclisdə “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib. Milli Məclis, TÜRKPA və Ombudsman təsisatının birgə əməkdaşlığı çərçivəsində baş tutan konfrans Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (Ombudsman) təsisatının yaradılmasının 20 illiyinə həsr edilib.

25 may 2022    18:32
267

Deputatımız Türkiyədə səfərdədir

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

23 may 2022    18:43
278

Deputatımız AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin iclasında iştirak etmək üçün mayın 24-dən 25-nə kimi Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

23 may 2022    18:03
427

Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib

Mayın 22-də Şuşa şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib.
Milli Məclisin nümayəndə heyətinə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinə parlamentin Xarici əlaqələr komitəsinin sədri Akif Çağatay Kılıç, Gürcüstan nümayəndə heyətinə isə bu ölkə Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze başçılıq ediblər.

22 may 2022    16:30
354

Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli birgə iclasının iştirakçıları Ulu öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Mayın 21-də Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin ölkəmizdə keçiriləcək üçtərəfli birgə iclasının iştirakçıları Fəxri xiyabana gələrək müasir Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyublar.

21 may 2022    19:33
469

Milli Məclisin sədr müavini Adil Əliyevin və deputatların iştirakı ilə Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Mayın 20-də Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin, Milli Məclisin deputatlarının, şəhid ailələrinin, qazilərin, tanınmış idmançıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə "Sərhədçi" İdman Olimpiya Mərkəzində Kikboksinq üzrə XXVI Azərbaycan çempionatının təntənəli açılış mərasimi keçirilib.

20 may 2022    19:07
334

Milli Məclisdə görüş

Mayın 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Türkiyə Respublikasının Hesablama Məhkəməsinin nümayəndələri ilə görüşüb.

20 may 2022    17:59

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.