Milli Məclis 2023-cü ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib

17 noyabr 2022  21:09

Noyabrın 17-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edən hökumət təmsilçilərini, deputatları və media nümayəndələrini salamlayaraq, 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə səmimi təbriklərini çatdırıb, hamıya can sağlığı, firavanlıq və fəaliyyətlərində uğurlar arzulayıb.

  • ZALDA YERLƏŞMƏ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.