Arxiv

23.09.20

DİLOROM FAYZİYEVA: “BEYNƏLXALQ TƏŞKİLATLARDA AZƏRBAYCANIN GÜCLÜ və MÜSTƏQİL YERİ VAR.”

Sentyabrın 23-də Milli Məclisin Azərbaycan-Özbəkistan  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Özbəkistan Ali Məclisinin Azərbaycanla əməkdaşlıq üzrə dostluq qrupunun üzvləri ilə birgə onlayn videokonfrans keçirdilər. 

ətraflı

23.09.20

SAHİBƏ QAFAROVA: "AZƏRBAYCAN XALQI HEÇ VAXT ÖZ ƏRAZİSİNDƏ İKİNCİ ERMƏNİ DÖVLƏTİNİN YARANMASINA İCAZƏ VERMƏYƏCƏK"

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən Rusiya Federasiyasında səfərdədir. 
Səfər çərçivəsində sentyabrın 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşdü.


ətraflı

23.09.20

MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ XANIM QAFAROVA RUSİYA FEDERAL MƏCLİSİNİN FEDERASİYA ŞURASINDA ÇIXIŞ EDİB

Rusiyada rəsmi səfərdə olan Milli Məclisin Sədri xanım Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxış etdi. 

ətraflı

22.09.20

VALENTİNA MATVİYENKO: “AZƏRBAYCAN BİZİM ÜÇÜN STRATEJİ TƏRƏFDAŞ OLUB VƏ BELƏ OLARAQ DA QALIR”

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasında səfərdədir. Səfər çərçivəsində sentyabrın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdü.


ətraflı

22.09.20

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 22-də  Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız  sessiyasında  ilk iclası  keçirildi. Komitə sədri Tahir  Rzayev  həmkarlarını yeni  sessiyanın  başlanması münasibəti ilə  təbrik etdi və onlara qarşıdakı payız sessiyasında  uğurlar  arzuladı.
 Sonra Tahir  Rzayev 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair  hesabatı  təqdim etdi. 

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi