Arxiv

10.09.20

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Sentyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili  payız sessiyasının başlaması münasibəti ilə təbriklərini çatdırdı. Sonra gündəlik haqqında məlumat verdi. Bildirdi ki, iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində görülən işlər barədə hesabata,  komitənin 2020-ci il payız sessiyası dövrünə dair işlər planına baxılacaq. Həmçinin altı qanun layihəsi müzakirə olunacaq. 
ətraflı

10.09.20

AİLƏ, QADIN və UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Sentyabrın 10-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında onlayn formatda ilk iclasına toplaşdı. 
Öncə komitənin sədri Hicran Hüseynova gündəlikdəki məsələlər barədə məlumat verdi, həmkarlarına VI çağırış Milli Məclisin ilk payız  sessiyasında qanunvericilik işlərində uğurlar  arzuladı. 

ətraflı

09.09.20

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Sentyabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Musa Quliyev bildirdi ki, iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabat təqdim olunacaq, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq, 7 qanun layihəsi müzakirə olunacaq. 

ətraflı

08.09.20

SPİKER SAHİBƏ QAFAROVA MİLLİ MƏCLİS SƏDRİ QİSMİNDƏ İLK RƏSMİ SƏFƏRİNİ TÜRKİYƏYƏ EDƏCƏK

Sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edəcək. 

ətraflı

07.09.20

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Sentyabrın 7-də  Milli Məclisin  Elm və  təhsil komitəsinin  onlayn  iclası  keçirildi. 
Onlayn iclası idarə edən komitə  sədri  Bəxtiyar Əliyev  həmkarlarına qarşıdan gələn payız  sessiyasında  uğurlar  arzuladı. Sonra 2020-ci ilin payız sessiyası üçün komitənin qanunvericilik  işləri planı müzakirə  edildi. Bəxtiyar Əliyev  payız sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə danışdı. Qeyd  edildi ki, qarşıdakı sessiyada komitədə  “Ali təhsil haqqında”  qanun layihəsi  hazırlanacaq, digər  vacib  qanunlar  üzərində iş  davam  etdiriləcək. İclasda komitənin iş planı təsdiqləndi. 

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi