Arxiv

20.10.20

Milli Məclis və İtaliya Senatı deputatlarının videokonfrans formatında görüşü keçirildi

Oktyabrın 20-də Milli Məclisin Beynəlxalq  münasibətlər və parlamentlərarası əlaqələr  komitəsinin üzvləri ilə İtaliya Senatının Xarici Əlaqələr və Emiqrasiya Daimi Komissiyasının  üzvləri  arasında videokonfrans formatında görüş keçirildi. 
ətraflı

20.10.20

TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNİN SƏDRİ MİLLİ MƏCLİSDƏ ÇIXIŞ ETDİ

Oktyabrın 20-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda rəsmi səfərdə olan  Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopu və onun rəhbərlik etdiyi nümayəndə heyətini Milli Məclisdə salamladı. Milli Məclisin deputatları qonaqları alqışlarla qarşıladılar. 
Sonra Sədr bildirdi ki, Azərbaycan və Türkiyə qanı və canı bir olan qardaş xalqlardır. Ölkələrimiz arasında münasibətlər ulu öndər Heydər Əliyevin ifadə etdiyi “bir millət, iki dövlət” prinsipi üzərində qurulmuşdur. 

ətraflı

19.10.20

Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərində törədilən təcavüz beynəlxalq ictimaiyyət tərəfindən pislənilir

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələrini pisləyir. 
ətraflı

19.10.20

LATVİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR

Oktyabrın 19-da Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Latviya Seymində Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə onlayn formatda görüş keçirdilər.
 Videokonfransı Latviya Seymində Azərbaycan parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Romans Naudinş açaraq öncə 18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə təbriklərini çatdırdı. Ümid etdiyini bildirdi ki, tezliklə hərbi vəziyyət bitəcək, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, qaçqın-köçkünlər öz tarixi yurdlarına qayıdacaq və Azərbaycan torpaqlarının işğalına son qoyulacaq.

ətraflı

19.10.20

Özbəkistan parlamentinin Sədri Ermənistan tərəfindən Gəncə şəhərinin artilleriya atəşinə tutulması ilə bağlı narahatlığını bildirib

Özbəkistan Ali Məclisinin Sədri Nurdinjon İsmailov Milli Məclisin Sədri Sahibə Qafarovaya məktub ünvanlayıb. Məktubda Nurdinjon İsmailov dost ölkə olaraq Özbəkistanın Dağlıq Qarabağ ətrafında silahlı münaqişə və azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verilib.
ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi