Ana səhifə  /  XƏBƏRLƏR
303

Biləsuvarda şəhidlərimiz yad edilib

Vətən müharibəsinin Biləsuvardan olan şəhidləri - baş leytenant Xalid Həsən oğlu Gözəlovun və Xəyal Şakir oğlu Nurinin anım günləri keçirilib.

16 noyabr 2021    18:26
364

Deputat Pərvin Kərimzadə Gəncədə şəhidlərin anım günlərində iştirak edib

Milli Məclisin deputatı Pərvin Kərimzadə Gəncədə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımız baş leytenant Elşən Sabir oğlu Abdullayevin, leytenant Qəzənfər Habil oğlu Məmmədovun və əsgər Rəşad İlqar oğlu Ələkbərovun anım günlərində iştirak edib, ailə üzvlərinə başsağlığı verib.

15 noyabr 2021    11:07
464

Suraxanıda şəhid Qardaşxan Əhmədlinin adına bulağın açılışı olub

Vətən müharibəsi şəhidi Qardaşxan Elxan oğlu Əhmədlinin adının əbədiləşdirilməsi məqsədilə onun ailə üzvlərinin yaşadığı Suraxanı rayonu, Hövsan qəsəbəsinin Südçülük sovxozu adlandırılan yaşayış sahəsində inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.

13 noyabr 2021    15:28
285

Nizami rayonunda Zəfər Günü qeyd edilib

Nizami rayonunda Zəfər Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Könül Nurullayeva, Rasim Musabəyov, şəhid ailələri, qazilər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

13 noyabr 2021    13:47
1745

Əmək və sosial siyasət komitəsinin iclasında

Noyabrın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev iclası aşaraq bildirib ki, gündəliyə 10 məsələ daxil edilib. Təqdim olunan məsələlər birinci oxunuşda müzakirəyə çıxarılıb.

12 noyabr 2021    20:58
743

Milli Məclisin 5 komitəsində dövlət büdcəsi müzakirə edilib

Noyabrın 12-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclası keçirilib.
İclasda “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

12 noyabr 2021    19:51
292

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şəhidlər xiyabanını ziyarət edib

Noyabrın 12-də ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüblər.

12 noyabr 2021    18:54
271

Milli Məclisdə görüş

Noyabrın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Qadın və kişi bərabərliyi komitəsinin sədri Tülay Kaynarca ilə görüşüb.

12 noyabr 2021    17:38

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.