Ana səhifə  /  XƏBƏRLƏR
143

AZƏRBAYCAN, TÜRKİYƏ, GÜRCÜSTAN PARLAMENTLƏRİNİN XARİCİ ƏLAQƏLƏR KOMİTƏLƏRİNİN GÖRÜŞÜ OLACAQ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Cavanşir Feyziyev Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.

23 fevral 2018    04:02
131

AZƏRBAYCAN- AVSTRİYA ƏLAQƏLƏRİNİN İNKİŞAFI ÖNƏMLİDİR

Fevralın 21-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü.

21 fevral 2018    06:02
123

XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ TƏDBİRLƏR KEÇİRİLƏCƏK

Milli Məclisin deputatları Çingiz Qənizadə, Flora Qasımova və Hikmət Məmmədov Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə xarici ölkələrdə təşkil olunmuş bir sıra tədbirlərdə iştirak edəcəklər.

21 fevral 2018    06:02
145

AZƏRBAYCAN-AVSTRİYA ƏLAQƏLƏRİ UĞURLA İNKİŞAF EDİR

Fevralın 21-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin baş katibi Andreas Rayxhardtın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

21 fevral 2018    04:02
183

İSRAİLDƏ XOCALI SOYQIRIMI ANILACAQ

Fevralın 23-də İsrailin Tel-Əviv şəhərində Heydər Əliyev Fondunun dəstəyi və “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocalı soyqırımına həsr olunmuş tədbir keçirəcəkdir.

21 fevral 2018    04:02
151

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ GÖRÜŞ

Fevralın 21-də Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov Avstriya Respublikasının Federal Nəqliyyat, İnnovasiya və Texnologiya Nazirliyinin Baş katibi Andreas Rayxhartın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonağı səmimi salamlayan Eldar İbrahimov ölkəmizin 1991-ci ildə müstəqillik qazandıqdan sonra keçdiyi inkişaf yolundan danışdı. Ümummilli lider Heydər Əliyevin Avstriya dövləti ilə çox gözəl münasibətlərin təməlini qoyduğunu, bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu ənənənin uğurla davam etdirildiyini vurğuladı.

21 fevral 2018    03:02
129

İSTANBULDA “XOCALIYA ƏDALƏT” HƏFTƏSİ QEYD OLUNACAQ

Milli Məclisin deputatı Naqif Həmzəyev fevralın 23-dən 27-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaq, Yeni Yüzyıl, Bahçeşehir və Aydın Universitetlərində Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş anma konfranslarında Dağlıq Qarabağ münaqişəsinin tarixi və Xocalı qətliamı barədə çıxış edəcək.

21 fevral 2018    01:02
136

BÖYÜK BRİTANİYADA XOCALI QURBANLARI ANILACAQ

Milli Məclisin deputatı Cavanşir Feyziyev Xocalı soyqırımının 26-cı ildönümü münasibətilə keçiriləcək anım mərasimlərində iştirak etmək üçün fevralın 22-də Böyük Britaniyanın paytaxtı London şəhərinə səfər edəcək.

20 fevral 2018    03:02
118

DEPUTATIMIZ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan-Türkiyə-Gürcüstan Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün fevralın 23-dən martın 1-dək Türkiyədə səfərdə olacaq.

20 fevral 2018    02:02
138

ATƏT PA-NIN QIŞ SESSİYASINDA

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə, Tahir Mirkişili, Elşad Həsənov və Ülviyyə Ağayeva ATƏT Parlament Assambleyasının Avstriyada keçiriləcək qış sessiyasının işində iştirak etmək üçün fevralın 21-dən 24-dək bu ölkədə səfərdə olacaqlar. Vyana şəhərində keçiriləcək sessiya çərçivəsində əvvəlcə deputatlarımız qurum rəhbərliyinin iştirakı ilə Daimi Komitənin iclasına qatılacaq, sonra isə təşkilatın Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, Siyasi məsələlər və təhlükəsizlik komitələrinin iclaslarında iştirak edəcəklər.

19 fevral 2018    12:02
134

BALTİK ASSAMBLEYASI KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Milli Məclisin deputatı, GUAM PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli Baltik Assambleyasının İqtisadiyyat, energetika və innovasiyalar, Təbii ehtiyatlar və ətraf mühit məsələləri üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün fevralın 8-də Litvanın paytaxtı Vilnüs şəhərinə səfər edəcək.

07 fevral 2018    04:02
139

AVROPA ŞURASININ ANTİDOPİNQ KONVENSİYASININ MONİTORİNQ QRUPU MİLLİ MƏCLİSDƏ

Fevralın 7-də Milli Məclisdə Gənclər və idman komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurasının Antidopinq Konvensiyası üzrə Monitorinq Qrupu ilə görüşdülər. Qonaqlara geniş məlumat verən komitənin sədri Fuad Muradov bildirdi ki, idman sahəsində mühüm nailiyyətlərə imza atan, mötəbər beynəlxalq yarışlara ev sahibliyi edən Azərbaycanda antidopinqin vacibliyi daim diqqətdə saxlanılır.

07 fevral 2018    03:02
122

DEPUTATLARIMIZ STRASBURQDA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində təmsil olunan deputatları Azər Kərimli, Elman Nəsirov, habelə Komitəyə yeni seçilmiş üzvlər - Sahibə Qafarova və Çingiz Qənizadə fevralın 5-də Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

02 fevral 2018    06:02
171

TÜRKİYƏ NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Fevralın 1-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

01 fevral 2018    06:02
129

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Yanvarın 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya Parlamentinin deputatı Duarte Paçeko ilə görüşdülər.

29 yanvar 2018    05:01
185

PARLAMENTİN BEYNƏLXALQ ƏLAQƏLƏRİ GÜCLƏNİR

Yanvarın 29-da Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, portuqaliyalı deputat Duarte Paçeko ilə görüşdü.Qonağı səmimi salamlayan Valeh Ələsgərov ölkəmizdəki ictimai-siyasi vəziyyət, söz və mətbuat azadlığı, tolerant mühit, demokratiyanın təməl prinsiplərinin və insan hüquqlarının qorunması barədə ətraflı söhbət açdı.

29 yanvar 2018    04:01

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.