Ana səhifə  /  XƏBƏRLƏR
142

Fransa Senatoru Azərbaycan haqqında

Fransa Respublikasının Senatoru, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü xanım Natali Qule 2015-2016-cı illər üzrə senatorluq fəaliyyətinə dair hesabatını təqdim etmişdir. Xanım Senator ötən 2 il ərzində Fransa Senatının Beynəlxalq Əlaqələr Komitəsinin üzvü kimi göstərdiyi fəaliyyətini şərh edərək Fransa-Azərbaycan münasibətlərinə də öz hesabatında geniş yer ayırmışdır.

17 yanvar 2017    06:01
137

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Yanvarın 16-da Milli Məclis Sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan fransalı yazıçı Jerar Kardon ilə görüşdü.

16 yanvar 2017    05:01
124

PARLAMENTDƏ AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİLƏRİ İLƏ GÖRÜŞLƏR KEÇİRİLDİ

Yanvarın 12-də Milli Məclis Sədrinin müavini Bahar Muradova, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin nümayəndə heyəti ilə görüşdülər. Görüşlərdə qurumun Azərbaycan üzrə həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennak, Monitorinq Komitəsinin katibi xanım Delfin Freyman, Milli Məclisin deputatlarıiştirak edirdilər.

12 yanvar 2017    06:01
110

MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKDİR

Dekabrın 12-də Monteneqronun Budva şəhərində “Qərbi Balkan ölkələrində və Türkiyədə gender bərabərliyi gündəliyinin təkmilləşdirilməsi” mövzusunda konfrans işə başlamışdır. Konfransda Milli Məclisin deputatı, AŞPA-nın Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, bu qurumun “Zorakılıqdan azad qadınlar” şəbəkəsinin siyasi əlaqələndiricisi Sahibə Qafarova iştirak edir.

13 dekabr 2016    01:12
107

AŞPA-nın KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün dekabrın 13-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.

12 dekabr 2016    04:12
120

BEYNƏLXALQ TƏDBİRLƏRDƏ

Milli Məclisin deputatı, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə milli əlaqələndiricisi Vüsal Hüseynov qurumun 4-cü Qlobal Sammitində iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə səfər edəcək.* * *Dekabrın 11-də isə deputat Vüsal Hüseynov həmkarı Müslüm Məmmədovla birlikdə Makedoniyanın paytaxtı Skopye şəhərinə səfərə gedəcəklər.

09 dekabr 2016    05:12
119

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və deputat Rasim Musabəyov dekabrın 7-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

06 dekabr 2016    09:12
107

MİLLİ MƏCLİSİN DEPUTATI AŞPA-NIN KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏK

Dekabrın 6-da və 7-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, həmçinin Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatı, AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova iştirak edəcəkdir.

05 dekabr 2016    06:12
115

Deputatımız Büro üzvü qismində Almaniyaya, ATƏT PA-nin seçki müşahidə missiyasının rəhbəri olaraq isə Makedoniyaya səfərlər edəcəkdir

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Büro iclasında iştirak etmək üçün dekabrın 6-dan 8-dək Almaniyanın Hamburq şəhərində səfərdə olacaqdır. Büro iclasında ATƏT PA-nın müxtəlif hesabatları təqdim ediləcək və təşkilatın gələcək fəaliyyəti ilə bağlı məsələlərə baxılacaqdır.

05 dekabr 2016    05:12
106

DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün dekabrın 6-da Fransanın paytaxtı Parisə səfərə gedecək.

03 dekabr 2016    02:12
138

Azərbaycan-Böyük Britaniya əlaqələri müzakirə olundu

Noyabrın 29-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

29 noyabr 2016    06:11
113

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Noyabrın 28-də Milli Məclisdə ölkəmizdə səfərdə olan Mərkəzi və Şərqi Avropa üzrə Avropa İttifaqının İşçi Şurasının nümayəndə heyəti ilə görüş oldu.

29 noyabr 2016    03:11
113

AŞPA-NIN KOMİTƏSİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə Alt Komitəsinin sədri Sevinc Fətəliyeva noyabrın 29-dan dekabrın 4-dək İtaliyada səfərdə olacaq. Deputatımız Florensiya şəhərində keçiriləcək Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında və komitənin nəzdində fəaliyyət göstərən Uşaqlar Əleyhinə Zorakılığın Dayandırılması Şəbəkəsinin toplantısında iştirak edəcək.

28 noyabr 2016    04:11
103

Deputatımız QDİƏT PM-də çıxış edəcək

Cari ilin noyabr ayının 29-da Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin 48-ci sessiyasında iştirak etmək üçün Serbiyanın Belqrad şəhərinə səfər edəcəkdir.

28 noyabr 2016    03:11
104

DEPUTATLARIMIZ QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin deputatları, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisində nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və üzvü Musa Quliyev qurumun Baş Assambleyasının sessiyasında və digər tədbirlərində iştirak etmək üçün noyabrın 29-da Serbiyanın paytaxtı Belqrada səfər edəcəklər.

28 noyabr 2016    03:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.