Ana səhifə  /  XƏBƏRLƏR
584

MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ KOMİSSİYA İCLASLARINDA

Milli Məclisin deputatları Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının komissiya iclaslarında iştirak etmək üçün oktyabrın 19-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

18 oktyabr 2016    05:10
145

AVSTRALİYA GÖRÜŞLƏRİ

Xəbər verildiyi kimi, Milli Məclisin nümayəndə heyəti Avstraliyada səfərdədir. Oktyabrın 17-də Avstraliyanın Pert şəhərində Milli Məclisin Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Xanlar Fətiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Qərbi Avstraliya Senatının sədri Barri Haus və Nümayəndələr palatasının sədri Maykl Sazerlend ilə görüşləri keçirilib.

18 oktyabr 2016    05:10
131

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliyada qeyd edilib

Azərbaycanın Dövlət Müstəqilliyi Günü Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə bu ölkənin Pert şəhərində təntənəli şəkildə qeyd edilib. Ənənəyə əsasən, öncə Pert şəhərində yerləşən Dövlət hərbi memorialın qarşısına əklilər qoyuldu. Müstəqillik uğrunda həlak olanların ruhu yad edildi. Veteranlardan ibarət olan hərbi qarovul tədbir iştirakçılarını salamladı. Azərbaycan və Avstraliyanın dövlət himnləri səsləndirildi.

17 oktyabr 2016    06:10
143

DEPUTATLARIMIZ AVSTRALİYADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov, Avstraliya və Yeni Zelandiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və qrupun üzvü Asim Mollazadə oktyabrın 15-dən 24-dək Avstraliyada səfərdə olacaqlar.

13 oktyabr 2016    05:10
107

FRANSALI JURNALİSTLƏR MİLLİ MƏCLİSDƏ

Oktyabrın 7-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Azərbaycanda səfərdə olan fransalı jurnalistlər Klod Leblank və Emmanuel Dupuy ilə görüşdü.

07 oktyabr 2016    07:10
113

AŞPA-nın PAYIZ SESSİYASINDA

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 9-dan Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. Nümayəndə heyətinə deputatlar Vüsal Hüseynov, Qənirə Paşayeva, Rövşən Rzayev, Sahibə Qafarova, Rafael Hüseynov, Elxan Süleymanov, Sevinc Fətəliyeva, Müslüm Məmmədov, Fazil Mustafa və Sabir Hacıyev daxildirlər.

07 oktyabr 2016    05:10
152

ALMANİYA BUNDESTAQININ DEPUTATI MİLLİ MƏCLİSDƏ OLDU

Oktyabrın 5-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Aleksandr Ulriçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.

05 oktyabr 2016    05:10
117

QDİƏT PARLAMENT MƏCLİSİNİN KOMİTƏ İCLASLARINDA

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev qurumun komitələrinin iclaslarında iştirak etmək üçün oktyabrın 4-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.

03 oktyabr 2016    06:10
115

ABŞ JURNALİSTİ MİLLİ MƏCLİSDƏ OLDU

Oktyabrın 3-də Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan ABŞ jurnalisti Raul Loveri Kontreras ilə görüşdü.

03 oktyabr 2016    06:10
149

MEKSİKA İLƏ ƏLAQƏLƏRİMİZ GENİŞLƏNİR

Sentyabrın 30-da Milli Məclisdə Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Meksika Birləşmiş Ştatları parlamentinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdülər.

30 sentyabr 2016    07:09

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.