Ana səhifə  /  XƏBƏRLƏR
106

Ziyafət ƏSGƏROV: “AZƏRBAYCAN-KOREYA MÜNASİBƏTLƏRİ YÜKSƏLİŞ DÖVRÜNÜ YAŞAYIR.”

Dekabrın 16-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Koreya Milli Assambleyasının Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndə heyəti ilə görüşdü. Ziyafət Əsgərov vurğuladı ki, son illər Azərbaycan-Koreya münasibətləri yüksəliş dövrünü yaşayır. Hər iki ölkənin dövlət, hökumət və parlament rəhbərlərinin qarşılıqlı səfərləri əlaqələrin sürətli inkişafını təmin edir. Azərbaycan və Koreya parlamentindəki müvafiq dostluq qrupları səmərəli fəaliyyət göstərir.

16 dekabr 2014    05:12
154

AŞPA-NIN MƏRUZƏÇİSİ MİLLİ MƏCLİSDƏ OLDU

Dekabrın 16-da Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi üzrə” məruzəçisi Milisa Markoviçin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə görüşdü.

16 dekabr 2014    03:12
118

MDB-yə ÜZV DÖVLƏTLƏRİN ELM VƏ YARADICI ZİYALILARININ FORUMUNDA

Milli Məclisin deputatı, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov MDB-yə üzv dövlətlərin elm və yaradıcı ziyalılarının IX Forumunda iştirak etmək üçün dekabrın 15-dən 17-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.

15 dekabr 2014    04:12
99

DEPUTATIMIZ V BOSFOR SAMMİTİNDƏ İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Sevinc Hüseynova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təşkilatçılığı ilə keçiriləcək V Bosfor Sammitində iştirak etmək üçün dekabrın 9-dan 12-dək Türkiyədə səfərdə olacaq.

08 dekabr 2014    05:12
102

AŞPA-NIN BÜRO VƏ KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar Elxan Süleymanov və Sabir Hacıyev AŞPA-nın Büro, Monitorinq, Siyasi işlər, Hüquqi işlər və insan haqları Komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 7-dən 12-dək Parisdə səfərdə olacaqlar.

05 dekabr 2014    04:12
98

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün dekabrın 2-də İsveçrənin Bazel şəhərinə səfərə gedəcək. * * * Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Gender bərabərliyi üzrə alt komitəsinin iclasında iştirak etmək üçün dekabrın 2-də Parisə yola düşəcək.

02 dekabr 2014    10:12
109

ASİYA PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

Milli Məclisin deputatı Qənirə Paşayeva Asiya Parlament Assambleyasının 7-ci plenar sessiyasında iştirak etmək üçün noyabrın 29-da Pakistanın Lahor şəhərinə səfər edəcək.

28 noyabr 2014    05:11
93

MOLDOVADA PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

Milli Məclisin deputatları Moldovada keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün noyabrın 29-da Kişineu şəhərinə səfər edəcəklər.

27 noyabr 2014    03:11
102

SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 26-da Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli bildirdi ki, bugünkü iclasın gündəliyininə iki məsələ daxil edilib.

27 noyabr 2014    02:11
106

MDB PA-NIN İCLASLARINDA

Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti MDB Parlament Assambleyasının iclaslarında iştirak etmək üçün noyabrın 26-dan 29-dək Rusiya Federasiyasında səfərdə olacaq. Nümayəndə heyətinin tərkibinə deputatlardan Arif Rəhimzadə, Elton Məmmədov, Hacı Salayev, Rüfət Quliyev, Mirkazım Kazımov, Fəzail Ağamalı və Elmira Axundova daxildirlər.

25 noyabr 2014    11:11
95

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Sabir Hacıyev “Avropada inam tənəzzülünün qarşısının alınması yolları” mövzusunda Dəyirmi Masada iştirak etmək üçün noyabrın 25-26-da Rusiya Federasiyasında səfərdə olacaqlar.

25 noyabr 2014    09:11
96

BİRİNCİ BEYNƏLXALQ QADIN VƏ ƏDALƏT SAMMİTİNDƏ

Milli Məclisin deputatı Sədaqət Vəliyeva I Beynəlxalq Qadın və Ədalət Sammitində iştirak etmək üçün noyabrın 23-də Türkiyəyə səfər edəcək. İstanbul şəhərində keçirilən toplantıya dünyanın bir çox ölkələrinin qadın deputatları, tanınmış gender təşkilatlarının və qadınlarla bağlı qurumların nümayəndələri qatılacaq.

22 noyabr 2014    12:11
97

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Noyabrın 21-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun ölkəmizdə səfərdə olan Türkdilli Ölkələrin Parlament Assambleyası (Türk PA) üzv ölkələrinin Sosial siyasət komitələrinin nümayəndələri ilə görüşü oldu. Ziyafət Əsgərov Türk PA nümayəndələrini ölkəmizdə görməkdən məmnunluğunu bildirdi. Qeyd edildi ki, Azərbaycan quruma üzv ölkələrlə müxtəlif sahələrdə əməkdaşlıq edir və bu ölkələrin hər birinə qardaş münasibəti bəsləyir.

21 noyabr 2014    06:11
110

NATO PA-nın 60-cı İLLİK SESSİYASINDA

Milli Məclisin deputatları Tahir Süleymanov, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 60-cı illik sessiyasında iştirak etmək üçün noyabrın 20-dən 25-dək Niderlandda səfərdə olacaqlar. Haaqa şəhərində qurumun illik sessiyası ilə bərabər Siyasi, İqtisadiyyat, Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, Elm və texnologiya komitələrinin iclasları da keçiriləcək.

20 noyabr 2014    04:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.