Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
451

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Noyabrın 22-də Milli Məclisin İnsan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında” məsələyə baxıldı. İnsan hüquqları komitəsinin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə 3 namizəd təqdim edilib: Əliyeva Səbinə, Əliyeva Kəmalə və Abıyeva Kəmalə. Hər üç namizəd ixtisasca hüquqşünasdır, məhkəmə sistemində çalışır, siyasi baxımdan bitərəfdir.

22 noyabr 2019    05:11
457

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA 2020-Cİ İLİN DÖVLƏT BÜDCƏSİ İKİNCİ OXUNUŞDA MÜZAKİRƏ OLUNDU

Noyabrın 20-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və Gənclər və idman komitələrinin birgə iclası keçirildi. Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəyə çıxarıldığını bildirdi.

20 noyabr 2019    06:11
431

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri (ikinci oxunuş), həmçinin “Əmək pensiyaları haqqında”, “Məşğulluq haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri (ikinci oxunuş) daxildir.

19 noyabr 2019    05:11
435

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNDƏ GƏLƏN İLİN BÜDCƏ LAYİHƏSİ İKİNCİ OXUNUŞDA MÜZAKİRƏ EDİLDİ

Noyabrın 19-da Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Mədəniyyət komitələrinin birgə iclası keçirildi.İclası açan Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim etdi.

19 noyabr 2019    05:11
424

BEŞ KOMİTƏNİN BİRGƏ İCLASINDA

Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.

18 noyabr 2019    03:11
409

MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2020-ci İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ

Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclası keçirildi. İclası Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açaraq “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrinin parlamentin komitələrində bir neçə gündür davam etdirildiyini bildirdi.

08 noyabr 2019    09:11
416

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Noyabrın 6-da Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirildi. İclası Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açaraq bildirdi ki, bugünkü iclasda “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə ediləcək.

07 noyabr 2019    12:11
400

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş) daxildir.

07 noyabr 2019    06:11
429

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi.Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, bugünkü iclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulmuşdur. O, qeyd etdi ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsidir. Bu dəyişikliklər dövlət büdcəsinin dayanaqlı artımını təmin edəcək. Millət vəkili vurğuladı ki, 2020-ci ilin büdcəsi, ən iri həcmli büdcədir.

07 noyabr 2019    05:11
415

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq 11 qanuna dəyişiklik edilməsi barədə məsələ eyni zərfdə Milli Məclisə daxil olmuşdur.

06 noyabr 2019    06:11
388

ƏMƏK və SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Oktyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası oldu. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəlikdə əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına xidmət edən dörd məsələ var.

28 oktyabr 2019    05:10
438

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Oktyabrın 23-də Milli Məclisin Səhiyyə Komitəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

23 oktyabr 2019    02:10
387

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Oktyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı iclasda Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə komitəyə daxil olmuş “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” qanun layihəsinin müzakirə olunacağını bildirdi.

18 oktyabr 2019    03:10
397

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Oktyabrın 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı iclası açaraq gündəlikdəki qanun layihələri barədə məlumat verdi.

11 oktyabr 2019    02:10
444

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Oktyabrın 2-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Gündəliyə 9 məsələ daxil edilmişdi. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli öncə ikinci oxunuşda müzakirəyə təqdim olunmuş “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi barədə danışdı. Qeyd etdi ki, ölkəmizdə belə bir qanunun tətbiqi demokratiyanın təzahürlərindən biridir.

02 oktyabr 2019    02:10
449

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 24-də Milli Məclisin Gənclər və İdman komitəsinin iclası keçirildi. Komitə sədri Ülvi Quliyev gündəlikdəki məsələləri təqdim etdi. Əvvəlcə, komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında fəaliyyətinin hesabatı verildi.

24 sentyabr 2019    04:09
395

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Sentyabrın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Arif Rəhimzadə yeni sessiyanın başlanması münasibəti ilə komitə üzvlərini təbrik etdi, qarşıdakı sessiyada onlara uğurlar arzuladı. Sonra o, bu ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərdən danışdı.

24 sentyabr 2019    04:09
607

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA ƏLƏT AZAD İQTİSADİ ZONASI İLƏ BAĞLI MƏSƏLƏ MÜZAKİRƏ OLUNDU

Sentyabrın 23-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirildi. Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov iclası açaraq bildirdi ki, gündəliyə “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi daxil edilib.

23 sentyabr 2019    02:09

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.