Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
454

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov deputatlara payız sessiyanda müvəffəqiyyətlər arzuladı və iclasın əlamətdar bir günə - “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümünə təsadüf etdiyini söylədi. Bildirildi ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi neft strategiyası böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi rol oynayır.

20 sentyabr 2019    04:09
380

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Sentyabrın 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin payız sessiyasında ilk iclası keçirildi.Əvvəlcə komitənin sədri Hadi Rəcəbli yaz və növbədənkənar sessiyalarda komitədə görülən işlər barədə məlumat verdi. Bildirdi ki, yaz və növbədənkənar sessiyalar ərzində komitənin 20 iclası keçirilmiş, 100-ə yaxın məsələ müzakirə olunmuşdur. Bu dövrdə komitəyə 448 ərizə və müraciət daxil olmuş, 420 vətəndaş qəbul edilmişdir.

18 sentyabr 2019    05:09
409

SƏHİYYƏ KOMİTƏSİNDƏ

Sentyabrın 18-də ilk iclasına toplaşan Səhiyyə komitəsində parlamentin payız sessiyasının başlanması münasibəti ilə deputatları təbrik edən komitənin sədri Əhliman Əmiraslanov Azərbaycanda səhiyyə sahəsinin inkişafına göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin imzaladığı sərəncamlardan, birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyəyə göstərdiyi diqqətdən söz açdı.

18 sentyabr 2019    04:09
432

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Sentyabrın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı yeni sessiyanın başlaması münasibətilə deputatları təbrik etdi, gələcək işlərində uğurlar arzuladı. Bildirildi ki, bugünkü iclasın gündəliyinə 7 məsələ daxil edilib.

18 sentyabr 2019    04:09
488

MİLLİ MƏCLİSİN ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Sentyabrın 17-də Milli Məclisin Elm və təhsil komitəsinin payız sessiyasında ilk iclası keçirildi.Əvvəlcə komitənin sədri İsa Həbibbəyli 2019-cu ilin yaz və növbədənkənar sessiyaları dövründə komitədə görülmüş işlər barədə hesabat verdi.

17 sentyabr 2019    05:09
360

MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ

Sentyabrın 17-də Mədəniyyət komitəsi Milli Məclisin 2019-cu il payız sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Rafael Hüseynov öncə Azərbaycanda mədəniyyət sahəsində görülən işlərdən söz açdı, bu sahənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamları yada saldı.

17 sentyabr 2019    04:09
388

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Sentyabrın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə payız sessiyasının başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırdı, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.

17 sentyabr 2019    03:09
366

İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ

Sentyabrın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova 2019-cu ilin payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik etdi, onlara işlərində uğurlar arzuladı.Vitse-spiker son dövrdə ölkəmizdə əldə edilən nailiyyətlərdən söhbət açaraq, bu uğurların qazanılmasında Prezident İlham Əliyevin rolunu xüsusi vurğuladı. Bildirildi ki, ölkədə bütün istiqamətlərdə ciddi islahatlar həyata keçirilir. İqtisadi, sosial, humanitar sahələri əhatə edən bu islahatlar inqilabi xarakter daşıyır və əhalinin rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərir.

13 sentyabr 2019    02:09
359

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ

Sentyabrın 11-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik etdi, onlara işlərində uğurlar dilədi.Komitə sədri bildirdi ki, iclasın gündəliyindəki “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi birinci oxunuşda müzakirəyə təqdim olunur.

11 sentyabr 2019    03:09
357

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

İyulun 8-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəliyə bir sıra qanunlarda dəyişikliklərin edilməsi və icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı Cənubi Koreyanın təcrübəsi barədə məsələlər daxil edilib.

09 iyul 2019    11:07
428

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

İyulun 2-də Milli Məclisdə “Ali təhsil haqqında” yeni qanun layihəsinin hazırlanması məqsədilə parlamentin Elm və təhsil komitəsi üzvlərinin, Təhsil nazirliyinin təmsilçilərinin və mütəxəssislərin iştiraki ilə iclas keçirildi.

02 iyul 2019    03:07
441

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

İyunun 21-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 5 məsələyə baxıldı. Öncə komitənin sədri Ziyad Səmədzadə son günlər Azərbaycan Prezidentinin imzaladığı sərəncamlardan söz açdı. Qeyd etdi ki, iqtisadi inkişafda keyfiyyət dəyişikliyinə zəmin yaradan tədbirlər, minimum əməkhaqqının 250 manata qaldırılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına və yaşayış keyfiyyətinin yüksəldilməsinə yönəldilib.

21 iyun 2019    05:06
418

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, Prezident İlham Əliyev 2019-cu ili sosial müdafiə sistemində islahatlar ili elan edib. Bu sahədə bir sıra islahatlar aparılıb, struktur dəyişiklikləri həyata keçirilib. Ötən il DOST xidmətinin təməli qoyuldu. Qısa müddət ərzində dövlət başçısının sərəncamları ilə 3 milyon adamın sosial müdafiəsi gücləndirildi. İndi isə 2 milyondan çox əhalinin sosial müdafiəsi gücləndirilir.

20 iyun 2019    06:06
418

AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

İyunun 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitənin sədr müavini Eldar Quliyev gündəlik barədə məlumat verdi. Bildirdi ki, gündəliyə dörd məsələ daxildir.Əvvəlcə “Aqrar sığorta haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunub. Sənəd, barədə bildirildi ki, 4 fəsil 21 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

20 iyun 2019    05:06
362

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ

İyunun 19-da Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Beynəlxalq Hərbi Tibb Komitəsinin Nizamnaməsi”nə qoşulmaq haqqında” qanun layihəsinə baxıldı. Gündəlikdəki məsələni təqdim edən Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov öncə deputatlara bu qurumun yaranma tarixi barədə məlumat verdi. Bildirdi ki, ötən əsrin 20-ci illərində, I Dünya müharibəsindən sonra təsis olunan bu qurum müxtəlif ölkələrin hərbi tibb xidmətləri arasında əməkdaşlıq əlaqələri yaratmaq məqsədi daşıyıb.

19 iyun 2019    02:06
417

SƏHİYYƏ KOMİTƏSİNDƏ DİNLƏMƏ KEÇİRİLDİ

İyunun 18-də Milli MəclisinSəhiyyə komitəsinin iclası oldu. Komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, gündəlikdə 4 məsələ var. Səhiyyə komitəsində təşkil olunmuş “Pasiyentlərin və tibb işçilərinin hüquqları” mövzusunda dinləməyə Səhiyyə Nazirliyinin, tibb müəssisələrinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nümayəndələri, AMEA-nın İnsan hüquqları institutunun əməkdaşları dəvət olunmuşdular.

18 iyun 2019    05:06
426

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

İyunun 14-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Ziyad Səmədzadə gündəlik barədə məlumat verib. Bildirib ki, gündəliyə 3 məsələ daxildir. Əvvəlcə “Lombardlar haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edildi. Bildirildi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim olunub. Qanun barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquq departamentinin rəisi Əfqan Baxışov məlumat verdi. Qeyd edildi ki, 6 fəsil və 32 maddədən ibarət olan qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci və 27-ci bəndlərinə uyğun olaraq hazırlanıb.

14 iyun 2019    06:06
685

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

İyunun 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli bildirdi ki, iclasda məhkəmə-hüquq islahatlarının yeni mərhələsi ilə bağlı bir sıra vacib qanun layihələri birinci oxunuşda müzakirə olunacaq.

04 iyun 2019    05:06
370

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

İyunun 4-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. Komitə sədri Arif Rəhimzadə bildirdi ki, gündəliyə bir sıra qanunlara dəyişikliklərlə bağlı 3 məsələ daxil edilib. Qanun layihələri qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim olunub.

04 iyun 2019    05:06
401

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

İyunun 4-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında iki məsələyə baxıldı. Komitə sədri Eldar İbrahimov əvvəlcə, iclasın gündəliyində “Aqrar sığorta haqqında” (ikinci oxunuş) qanun layihəsini təqdim etdi. Bildirdi ki, sənəd hazırlanarkən bir sıra ölkələrin qabaqcıl təcrübəsi öyrənilib. Komitədə və plenar iclasda birinci oxunuşdan keçən qanun layihəsinə deputatlar bir sıra dəyərli təkliflər veriblər.

04 iyun 2019    04:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.