İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Mayın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi.Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” (ikinci oxunuş) qanun layihəsidir. Komitə sədri vurğuladı ki, 2018-ci ilin büdcəsi əvvəlki illərin büdcəsinə nisbətən daha yaxşı makroiqtisadi mühitdə formalaşıb. 2018-ci il uğurlu il olub və onun büdcəsi ən yüksək səviyyədə icra olunub.
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Mayın 23-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi müzakirə olundu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, bu layihə cəmiyyətdən gələn təklif əsasında qısa müddətdə parlamentdə yaradılmış işçi qrup tərəfindən hazırlanıb.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Mayın 24-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” qanun layihəsinə baxıldı.
MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Mayın 22-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası oldu. Gündəlikdəki məsələləri Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov təqdim etdi.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Mayın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda əvvəlcə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqında” qanun layihəsinə baxıldı.
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
Mayın 17-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi.Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəlikdəki birinci məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün kadrların hazırlanması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Bu Saziş tərəflərin daxili işlər orqanları (polis) və daxili qoşunları üçün müasir dünyanın çağırış və təhdidlərinə cavab verən yüksək səviyyəli kadr hazırlığının təmin edilməsinə xidmət edəcəkdir.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Mayın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi.Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyin birinci məsələsi “Texniki tənzimləmə haqqında” (ikinci oxunuş) qanun layihəsidir.
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
Mayın 3-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli gündəlik barədə məlumat verdi.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 26-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyin birinci məsələsi “Aqrar sığorta haqqında” (birinci oxunuş) qanun layihəsidir.
AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Aprelin 26-da Aqrar siyasət komitəsində 7 məsələyə baxıldı. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, günün tələbinə uyğun olaraq aqrar sahədə sığortanın geniş tətbiqinə, bu sahədə işlək mexanizmin təmin olunmasına ciddi ehtiyac yaranıb. Azərbaycan Prezidentinin imzasıyla Milli Məclisə daxil olmuş yeni qanun layihəsi aqrar sığortanın təkmilləşməsinə xidmət edəcək, ölkədə idxaldan asılılığın azalmasına və ixrac potensialının artmasına təkan verəcək, ərzaq təhlükəsizliyinin güclənməsinə ciddi təsir göstərəcək. “Aqrar sığorta haqqında” qanun fermerlərin maliyyə mənbələrinə çıxışını da asanlaşdıracaq.
GƏNCLƏR və İDMAN KOMİTƏSİNDƏ
Aprelin 11-də növbəti iclasına toplaşan Milli Məclisin Gənclər və idman komitəsində öncə bu tarixin ölkəmiz üçün əlamətdar gün olduğu vurğulandı. Komitə sədri Ülvi Quliyev Azərbaycan Prezidenti İlham Əliyevin prezident seçkilərindən ötən 1 ildə gördüyü işlərdən, yürütdüyü gənclər və idman siyasətindən söz açdı, komitə üzvləri adından dövlətimizin başçısına gələcək fəaliyyətində uğurlar arzuladı. Sonra komitədə “Azərbaycan Respublikasının Gənclər Fondunun 2018-ci il ərzindəki fəaliyyəti haqqında hesabat” dinlənildi.
MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ
Aprelin 10-da Mədəniyyət komitəsinin növbəti iclası oldu. Komitənin sədr müavini Jalə Əliyeva öncə aprel ayında ölkəmizdə baş vermiş əlamətdar ictimai-siyasi hadisələrin ildönümlərini yada saldı. Sonra gündəlikdəki məsələni şərh edən Jalə Əliyeva bildirdi ki, iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə irəli sürülmüş yeni namizədlərin təyini məsələsinə baxılacaq.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Aprelin 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, iclasda Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək, “Standartlaşdırma haqqında” qanun ikinci oxunuşda müzakirəyə çıxarılacaq.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Martın 18-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə dövlət başçısının xalqın yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində imzaladığı son fərman və sərəncamların əhəmiyyəti barədə danışdı. Eyni zamanda qeyd edildi ki, atılan addımlar ölkə iqtisadiyyatının dinamik inkişafı, dövlətin iqtisadi gücünün daha da artması üçün geniş imkanlar yaradır.
MİLLİ MƏCLİSDƏ VƏRƏMLƏ MÜBARİZƏ MÖVZUSUNDA DİNLƏMƏ KEÇİRİLDİ
Martın 14-də Milli Məclisin Səhiyyə komitəsində Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş “Azərbaycan Respublikasında vərəmlə mübarizə” mövzusunda dinləmə keçirildi.
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Martın 14-də növbəti iclasına toplaşan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyinə 3 məsələ daxil edilmişdi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə müzakirəyə təqdim olunmuş yeni qanun layihəsi “Mediasiya haqqında”dır. Bu layihə hələ 2016-cı ildə dövlət başçısının verdiyi tapşırığa əsasən hazırlanıb.
İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Martın 13-də Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirildi. Gündəlikdə 4 məsələ olduğunu qeyd edən komitənin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirdi ki, təqdim olunan qanun layihələri qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır.
ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Martın 13-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirildi.Gündəlikdəki “Ümumi təhsil haqqında” Qanun layihəsinin üçüncü oxunuşu barədə məlumat verən komitə sədri İsa Həbibbəyli bildirdi ki, komitə il yarımdır ki, “Ümumi təhsil haqqında” qanun layihəsi üzərində çalışır. Layihənin Milli Məclisin iclasında müzakirəsi zamanı deputatlar ona çox həssas yanaşıblar. Qanun layihəsi Maliyyə və Təhsil nazirliklərinə də göndərilib. Münasibət ümumən müsbət olub, məqbul təkliflər qanun layihəsinə daxil edilib.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Martın 13-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə 6 məsələ daxil edilib. Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan qanun layihələri birinci oxunuşda müzakirəyə çıxarılıb.
SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA
Martın 12-də Milli Məclisin Səhiyyə Komitəsində “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinə dair dinləmələr keçirildi. Komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, dünyada transplantasiya son 50 ildə inkişaf etməyə başlayıb. Hər il dünyada 120 mindən çox orqan transplantasiya olunur. Amma planetdə yaşayan insanların orqan transplantasiyasına tələbatı bundan dəfələrlə çoxdur.

