ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Martın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bildirdi ki, Prezident İlham Əliyev 2019-cu ili sosial təminatla bağlı məsələlərin həlli istiqamətində görülən işlərin əhəmiyyəti baxımından önəmli il adlandırıb. Bu sahədə dövlət başçısı tərəfindən bir çox inqilabi sərəncamlar imzalanıb. Minimum əmək haqqının və pensiyaların artırılması, Qarabağ əlillərinin, digər kateqoriyadan olan əlillərin, uşaqların sosial müdafiəsi, problemli kreditlər, məşğulluqla bağlı atılan addımlar mühüm əhəmiyyət kəsb edir və əhali tərəfindən yüksək qiymətləndirilir.
TƏBİİ EHTİYATLAR, ENERGETİKA və EKOLOGİYA KOMİTƏSİNDƏ
Martın 11-də Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası oldu. Komitənin sədri, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov bildirdi ki, gündəlikdə Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş altı məsələ var.
KÜVEYT AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
Martın 11-də Milli Məclisin Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Küveyt Millət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdülər.Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Hüseynbala Mirələmov ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərindən danışdı, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdiyini qeyd etdi.
İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsində “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi” müzakirə olundu. Öncə İnsan hüquqları komitəsinin sədri, Milli Məclis Sədrinin müavini Bahar Muradova vurğuladı ki, ölkəmizdə insan hüquqlarının qorunması sahəsində həm qanunverici əsasda, həm də icraatda böyük nailiyyətlər əldə olunub. Azərbaycan Prezidentinin ardıcıl olaraq imzaladığı fərman və sərəncamlar, ölkədə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması insan haqlarının və azadlıqlarının daha yüksək səviyyədə təmin olunmasına imkan yaradır. Belə münbit şəraitdə ombudsman təsisatı da öz işini lazımi səviyyədə qura bilir.
AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Fevralın 27-də Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi daxil edilib. Komitə sədri diqqətə çatdırdı ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə əsasən Məcəllənin 56-cı maddəsinə 10-cu bəndin əlavə edilməsi təklif olunur.
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Fevralın 27-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası oldu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəlikdə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” məsələyə baxılması nəzərdə tutulub. Qeyd olunduki, Azərbaycan Prezidenti öz çıxışları, tikinti sahəsinə dair imzaladığı fərmanlar və sənədlərlə şəhərsalma və tikinti sahəsində fundamental, keyfiyyətcə yeni islahatların başlanğıcını qoyub.
İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Fevralın 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə iclası açaraq bildirdi ki, son vaxtlar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında böyük keyfiyyət dəyişiklikləri baş verir. Ölkə iqtisadiyyatında mühüm məsələlərin tənzimlənməsi istiqamətində zəruri işlər görülür. Dövlət başçısı xalqın problemlərindən xəbərdardır, onların həlli üçün önəmli addımlar atır, hər zaman xalqın yanındadır. Bütün bunlar cəmiyyətdə müsbət qarşılanır, dövlət-xalq münasibətlərini daha da möhkəmləndirir.
İQTİSASİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Fevralın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, bu gün ölkədə bütün sahələrdə dinamik inkişafı nümayiş etdirən hadisələr müşahidə olunur, transmilli layihələr həyata keçirilir. Prezidentin uğurlu inkişaf strategiyası dövlətimizin iqtisadi yüksəlişinin daha da artması üçün geniş imkanlar yaradıb. Bu günlərdə mühüm tarixi qərarlar verilib, o cümlədən minimum əmək haqqının 38% artmasını təmin edən sənəd imzalanıb. Bütün bunlar əhalinin yaşayış səviyyəsinin və rifahının xeyli yaxşılaşmasına yönəlib.
PEŞƏ BİRLİKLƏRİ İLƏ BAĞLI QANUN LAYİHƏSİNİN İCTİMAİ MÜZAKİRƏSİ KEÇİRİLDİ
Fevralın 14-də Milli Məclisin İnsan hüquqları ilə Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Peşə birlikləri haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi keçirildi. İclasda bir sıra dövlət qurumlarının nümayəndələri, Qeyri-Hökumət Təşkilatlarının təmsilçiləri iştirak edirdi.
MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Fevralın 4-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirildi. İclasın əvvəlində deputatlar ölkədəki ictimai-siyasi vəziyyət və sosial şəbəkələrdə yayımlanan təhqirlərlə bağlı fikirlərini bölüşdülər.
AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Yanvarın 31-də Milli Məclisin Aqrar siyasət komitəsi yaz sessiyasında ilk iclasına toplaşdı. Komitənin sədri Eldar İbrahimov yeni sessiyanın başlanması münasibəti ilə deputatları təbrik etdi, qanunvericilik fəaliyyətində həmkarlarına uğurlar arzuladı.
ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri İsa Həbibbəyli sessiyanın başlaması münasibəti ilə deputatları təbrik etdi, fəaliyyətlərində uğurlar dilədi.
REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ
Yanvarın 25-də Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşan Regional məsələlər komitəsində üç məsələyə baxıldı. Öncə komitənin sədri Arif Rəhimzadə 2018-ci il payız sessiyasının yekunları barədə danışdı.
GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNİN İCLASINSDA
Yanvarın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası oldu. Komitə sədri Ülvi Quliyev sessiyanın başlaması münasibəti ilə təbriklərini çatdırdı və gündəlikdəki məsələləri təqdim etdi.
ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Yanvarın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. Yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik edən komitə sədri Hadi Rəcəbli 2018-ci ilin payız sessiyası dövründə komitədə görülən işlərin yekununa dair hesabatı təqdim etdi. Bildirildi ki, hesabat dövründə komitənin 10 iclası keçirilib, 45 məsələyə baxılıb. Onlardan 21-i qanun layihəsi olub. Komitənin payız sessiyasına dair hesabatı məqbul hesab edildi.
HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Yanvarın 23-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirildi.Əli Hüseynli əvvəlcə 2018-ci ilin payız sessiyası dövründə rəhbərlik etdiyi komitədə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, hesabat dövründə komitənin 25 iclası keçirilib və 169 məsələ müzakirə olunub. Millət vəkilləri komitənin payız sessiyası dövründəki fəaliyyətini qənaətbəxş qiymətləndirdilər.
İNSAN HÜQUQLARI KOMİTƏSİNDƏ
Yanvarın 22-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin müavini, komitə sədri Bahar Muradova iclası açaraq, 2019-cu ilin yaz sessiyasının başlaması münasibəti ilə deputatlara öz təbriklərini çatdırdı, fəaliyyətlərində müvəffəqiyyətlər dilədi.
SƏHİYYƏ KOMİTƏSİNDƏ
Yanvarın 18-də ilk iclasını keçirən Səhiyyə komitəsində öncə 1990-cı ilin qanlı 20 yanvar hadisələrində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra komitənin sədri Əhliman Əmiraslanov Milli Məclisin yaz sessiyasının başlanması münasibəti ilə deputatları təbrik etdi, qanunvericilik fəaliyyətində onlara uğurlar arzuladı.
AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 18-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı növbəti sessiyanın başlaması münasibəti ilə öz təbriklərini çatdırdı və gündəlikdə olan məsələlər barədə məlumat verdi.
MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Yanvarın 17-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2019-cu ilin yaz sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri, parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov əvvəlcə komitə üzvlərini yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi. 1990-cı ilin qanlı 20 yanvar hadisələrində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

