Ana səhifə  /  XƏBƏRLƏR
135

MDB PA-NIN DAİMİ KOMİSSİYASINDA

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlament Assambleyasının Sosial siyasət və İnsan hüquqları daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 8-dən 11-dək Rusiya Federasiyasında səfərdə olacaq.

05 oktyabr 2018    05:10
132

LATVİYADA PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov oktyabrın 4-dən 7-dək Riqa şəhərində səfərdə olacaq, Milli Məclisin xətti ilə beynəlxalq müşahidəçi qismində Latviya Seyminə keçiriləcək seçkiləri müşahidə edəcək.

02 oktyabr 2018    04:10
124

ATƏT PA-NIN PAYIZ SESSİYASINDA

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse -prezidenti Azay Quliyev və millət vəkili Tahir Mirkişili qurumun payız sessiyasında iştirak etmək üçün oktyabrın 2-dən 6-dək Qırğızıstanda səfərdə olacaqlar.

01 oktyabr 2018    03:10
129

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Sentyabrın 28-də Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının hakim partiyasının gənclər təşkilatı olan “Vahid Rusiya Gənclər Qvardiya”sı Ümumrusiya İctimai Təşkilatının nümayəndələri ilə görüşdü.

28 sentyabr 2018    05:09
131

DEPUTATIMIZ REGİONAL KONFRANSDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Seçimlərə şərait yaratmaq: əhali dinamikası və dayanıqlı inkişaf” mövzusunda regional konfransda iştirak etmək üçün sentyabrın 30-da İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.

28 sentyabr 2018    04:09
153

TÜRKPA-nın TƏDBİRİNDƏ

Milli Məclisin deputatı Sədaqət Vəliyeva TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün sentyabrın 26-da Türkiyənin paytaxtı Ankaraya səfər edəcəkdir.

26 sentyabr 2018    06:09
134

GUAM PA-nın SESSİYASINDA

Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli, deputat Əli Məsimli qurumun 11-ci sessiyasında iştirak etmək üçün sentyabrın 26-da Moldovanın paytaxtı Kişineu şəhərinə səfər edəcəklər.

25 sentyabr 2018    05:09
143

FAVZİ DAOUD: “Azərbaycan çox əzəmətli ölkədir”

Sentyabrın 22-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İordaniya parlamentinin nümayəndə heyəti ilə görüşdü. Azərbaycan parlamentinin 100 illik yubiley tədbirlərində fəal iştiraklarına görə qonaqlara təşəkkürünü bildirən Ziyafət Əsgərov ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. Dövlət başçıları İlham Əliyevlə Kral Abdulla arasındakı dostluq münasibətlərinin hər bir sahədə əlaqələrimizə böyuk örnək olduğu vurğulandı.

22 sentyabr 2018    05:09
141

AZİZİ ABDUCABBOR: “SİZİN BAYRAMINIZ BİZİM BAYRAMIMIZDIR.”

Sentyabrın 22-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Parlamentinin yubileyində iştirak etmiş Tacikistan Nümayəndələr Palatası sədrinin birinci müavini Azizi Abducabborun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

22 sentyabr 2018    05:09
127

AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının tədbirində iştirak etmək üçün sentyabrın 24-də Gürcüstana səfər edəcək.

22 sentyabr 2018    02:09
132

100 YAŞLI PARLAMENT AZƏRBAYCAN XALQININ BÖYÜK NAİLİYYƏTİDİR

Sentyabrın 20-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibətilə ölkəmizə səfərə gəlmiş Vyetnam və Hindistanın nümayəndə heyətləri ilə görüşdü. Söhbətlərin əsas məğzi bu oldu ki, 100 yaşlı parlamentə malik olmaq Azərbaycan xalqının çox böyük nailiyyətidir.

20 sentyabr 2018    07:09
157

MİLLİ MƏCLİSDƏ DƏYİRMİ MASA

Sentyabrın 14-də Milli Məclisdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı və parlamentdə təmsil olunan siyasi partiya nümayəndələrinin, beynəlxalq gənclər təşkilatları üzvlərinin iştirakı ilə “Siyasi plüralizm və parlament təcrübəsi” mövzusunda Dəyirmi Masa keçirildi. Qonaqları salamlayan Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, parlamentin tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir.

14 sentyabr 2018    06:09
151

NATO PARLAMENT ASSAMBLEYASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 13-də Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan NATO Parlament Assambleyasının sədri Paolo Allinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Ziyafət Əsgərov onların ölkəmizə çox əlamətdar bir dövrdə səfər etdiklərini, bir həftədən sonra xalqımız Azərbaycan Parlamentinin 100 illik yubileyini qeyd edəcəyini söylədi.

13 sentyabr 2018    06:09
139

TÜRKPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Səhiyyə komitəsinin və TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədri Əhliman Əmiraslanov, həmçinin Milli Məclisin deputatı, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova qurumun tədbirlərində iştirak etmək üçün sentyabrın 12-dən 15-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.

11 sentyabr 2018    04:09
118

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev sentyabrın 10-dan Özbəkistanda səfərdə olacaq. Burada, ölkənin paytaxtı Daşkənd şəhərində o, BMT-nin xətti ilə keçiriləcək “Preventiv diplomatiya vasitəsilə Əfqanıstanın Mərkəzi Asiyada əməkdaşlığa cəlb edilməsində parlamentlərin rolu” mövzusunda konfransda iştirak edəcək.

10 sentyabr 2018    07:09

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.