Ana səhifə  /  XƏBƏRLƏR
130

ÇİNİN XARİCİ ÖLKƏLƏRLƏ DOSTLUQ CƏMİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Martın 14-də Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Çin Xalq Respublikasi Xarici ölkələrlə Dostluq Cəmiyyətinin nümayəndələri ilə görüşü oldu.Qonaqları salamlayan işçi qrupun rəhbəri, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov əvvəlcə Çinlə beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığımızdan söz açdı. Bildirildi ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Çinlə münasibətlər yüksək səviyyədə inkişaf etmişdir.

14 mart 2017    04:03
126

Andre REYŞAR: “DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ AZƏRBAYCANIN HAQQ İŞİNİ DƏSTƏKLƏYİRİK.”

Martın 13-də Milli Məclisdə Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Fransa Senatının nümayəndə heyəti ilə görüşdülər. Qonaqları mehribanlıqla salamlayan Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təmsilçisi Cavanşir Feyziyev ölkələrimiz arasında dostluğun gündən-günə dərinləşdiyini söylədi.

13 mart 2017    03:03
126

DEPUTATLARIMIZ ALMANİYADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və deputat Rövşən Rzayev martın 9-da Almaniyanın paytaxtı Berlinə səfərə gedəcəklər.

09 mart 2017    06:03
116

DEPUTATLARIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin deputatları Müslüm Məmmədov və Vüsal Hüseynov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün martın 6-dan 7-dək Fransanın paytaxtı Parisə səfərə gedəcəklər.

03 mart 2017    06:03
125

PARLAMENT XƏBƏRLƏRİ

Martın 6-da və 8-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, həmçinin Monitorinq Komitələrinin iclasları keçiriləcək.İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə nümayəndə heyəti iştirak edəcək.

03 mart 2017    06:03
167

Milli Məclis sədrinin müavini Bahar Muradova cəbhə bölgəsinə səfər edib

Milli Məclis sədrinin müavini, parlamentin insan hüquqları komitəsinin sədri Bahar Muradova son günlərdə cəbhə bölgəsində yaranmış vəziyyətlə bağlı fevralın 27-də Füzuli rayonuna səfər edib.Milli Məclis sədrinin müavini Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşərək, son günlərdə cəbhə xəttində yaranmış vəziyyətlə bağlı məlumat alıb.

28 fevral 2017    04:02
105

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 27-də ölkəmizdə səfərdə olan Azərbaycan-Şimal-Baltik Əməkdaşlıq Fondunun nümayəndələri Milli Məclisin Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşdülər.

27 fevral 2017    06:02
137

DEPUTATIMIZ MDB PA-nın TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Elmira Axundova mədəni irsin qorunmasına dair Müstəqil Dövlətlər Birliyinin Konvensiya layihəsi üzrə işçi qrupunun iclasında iştirak etmək üçün fevralın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfərə gedəcək.

27 fevral 2017    05:02
115

Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımının qurbanları anılıb

Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Ölkəmizin Avstraliyada fəxri konsuluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya parlamentinin deputatı Kreyq Kelli, sənaye və elm nazirinin müavini Kreyq Londi, Türkiyənin Sidneydə baş konsulu Melih Karalar, buradakı Azərbaycan və Türk diasporlarının təmsilçiləri, ictimai xadimlər, şəhər sakinləri iştirak edirdilər.

27 fevral 2017    05:02
132

Avstraliyada Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib

Qərbi Avstraliyanın paytaxtı Pert şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Avstraliyada fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya federal parlamentinin deputatları, Pert şəhərində yaşayan həmyerlilərimiz, ictimai xadimlər, mediya təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

23 fevral 2017    06:02
122

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 22-də ölkəmizdə səfərdə olan İndoneziya Nümayəndələr Palatasının üzvləri Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovla görüşdülər.

22 fevral 2017    06:02
141

AZƏRBAYCAN – İNDONEZİYA DOSTLUQ TELLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

Fevralın 22-də Milli Məclisin İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin deputatları ilə görüşü oldu. Qonaqları salamlayan Milli Məclisin deputatı, qrupun rəhbəri Bəxtiyar Əliyev xalqlarımız arasındakı dostluq əlaqələrindən danışdı. Bildirildi ki, Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Ölkəmiz Avropa enerji təhlükəsizliyi prosesində önəmli rola malikdir.

22 fevral 2017    05:02
126

BELÇİKADA VƏ AMSTERDAMDA XOCALI ŞƏHİDLƏRİNİN ANMA MƏRASİMİ KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Əflatun Amaşov Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbirə qatılmaq üçün fevralın 22-dən 26-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.Millət vəkili Avropa Komissiyasının binası önündə keçiriləcək mitinqdə və Xocalı şəhidlərinin anım mərasimlərində iştirak edəcək.

21 fevral 2017    12:02
114

ATƏT PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

ATƏT Parlament Assambleyasının vitse-prezidenti, Milli Məclisin deputatı Azay Quliyev, deputatlar Tahir Mirkişili, Ülviyyə Ağayeva, və Kamran Nəbizadə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün fevralın 22-dən 25-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaqlar.

21 fevral 2017    11:02
100

TÜRKİYƏDƏ XOCALI ŞƏHİDLƏRİNİN ANMA MƏRASİMİ KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Məlahət İbrahimqızı fevralın 23-də Türkiyənin İzmit şəhərinə səfərə gedəcək.Millət vəkili İzmit Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək Xocalı şəhidlərinin anma mərasimində iştirak edəcək.

21 fevral 2017    11:02
123

ÖLKƏLƏRİN ƏRAZİ BÜTÖVLÜYÜ VACİB MƏSƏLƏDİR

Fevralın 21-də Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.

21 fevral 2017    05:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.