Ana səhifə  /  XƏBƏRLƏR
118

DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQLAR

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov noyabrın 28-dən 30-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.

26 noyabr 2016    11:11
122

ŞƏKİ VƏ KOLMAR QARDAŞLAŞMIŞ ŞƏHƏRLƏRDİR

Milli Məclisin deputatı Cavanşir Feyziyev Kolmar Fəxri səfirlərinin illik toplantısında və Kolmar Yeni il mədəniyyət yarmarkasının açılışında iştirak etmək üçün noyabrın 24-dən 26-dək Fransanın bu şəhərində səfərdə olacaq.

18 noyabr 2016    03:11
107

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev AVRONEST Parlament Assambleyasının Büro və prosedur qaydaları üzrə işçi qrupunun iclaslarında iştirak etmək üçün noyabrın 20-dən 24-dək Fransanın Strasburq şəhərində səfərdə olacaqlar. ***Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Qadın siyasətçilər” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün noyabrın 20-dən 26-dək Almaniyada səfərdə olacaq.

18 noyabr 2016    03:11
104

AVROPA PARLAMENTİ İLƏ ƏLAQƏLƏR MÖHKƏMLƏNİR

Milli Məclisin deputatı, Avropa İttifaqi-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin sədri Cavanşir Feyziyevin rəhbərliyi ilə deputatlar Ülviyyə Ağayeva və Asim Mollazadə qurum çərçivəsində keçiriləcək görüşlərdə iştirak etmək üçün noyabrın 20-də Fransanın Strasburq şəhərinə işgüzar səfərə yola düşəcəklər.

18 noyabr 2016    03:11
115

NATO PA-nın 62-ci İLLİK SESSİYASINDA

Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı və Kamran Bayramov qurumun 62-ci illik sessiyasında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində səfərdədir.

18 noyabr 2016    03:11
118

MİLLİ MƏCLİSİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI

Bu günlərdə bir sıra saytlarda Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin Suraxanı rayon Polis idarəsinə çağırılaraq ondan ailə üzvlərindən biri ilə əlaqədar ifadə alınması haqqında həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır.

08 noyabr 2016    05:11
109

DEPUTATLARIMIZ MALAYZİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatları, Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Aslanov və qrupun üzvü Mirkazım Kazımov noyabrın 9-da bu ölkənin paytaxtı Kuala Lumpur şəhərinə səfər edəcəklər.

08 noyabr 2016    03:11
129

DEPUTATIMIZ BOLQARISTANDA PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏK

Milli Məclisin deputatı Rauf Əliyev noyabrın 4-dən 7-dək Bolqarıstanda keçiriləcək Prezident seçkilərini müşahidə etmək üçün bu ölkənin paytaxtı Sofiya şəhərində səfərdə olacaq.Deputatımız prezident seçkilərinin gedişini Bolqarıstan Xalq Məclisinin deputatı, Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbəri Korman İsmayılovun dəvəti ilə izləyəcək.

03 noyabr 2016    04:11
119

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASINDA

Milli Məclisin deputatı Sabir Hacıyev AŞPA-nın tədbirlərində iştirak etmək üçün noyabrın 6-dan 8-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

03 noyabr 2016    02:11
104

DEPUTATLARINMIZ BOSNOYA-HERSEQOVİNA PARLAMENTİNDƏ GÖRÜŞLƏR KEÇİRƏCƏKLƏR

Milli Məclisin deputatları Cavanşir Feyziyev, Çingiz Qənizadə və Elşad Həsənov noyabrın 3-dən 6-dək Bosniya-Herseqovinada səfərdə olacaqlar. Deputatlarımız Sarayevo şəhərində olacaq, ölkə parlamentinin spikeri, Azərbaycanla dostluq qrupunun üzvləri, müvafiq komitələrin rəhbərləri, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcəklər.

01 noyabr 2016    05:11
135

TÜRKMƏNİSTAN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Noyabrın 1-də ölkəmizdə səfərdə olan Türkmənistan Məclisi sədrinin müavini Qurbangül Bayramovanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə oldu. Əvvəlcə qonaqları Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov qəbul etdi.

01 noyabr 2016    05:11
104

MOLDOVADA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Sabir Hacıyev oktyabrın 26-dan 31-dək Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaq, MDB PA və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidəçi qismində oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin gedişini izləyəcək.

26 oktyabr 2016    05:10
114

AVROPA SOSİAL XARTİYASI ÜZRƏ ALT KOMİTƏNİN İCLASI KEÇİRİLƏCƏK

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva oktyabrın 27-dən 30-dək Fransada səfərdə olacaq. Paris şəhərində AŞPA-nın Sosial komitəsi çərçivəsində Sevinc Fətəliyevanın sədrlik etdiyi Avropa Sosial Xartiyası üzrə Alt Komitənin toplantısı olacaq.

25 oktyabr 2016    06:10
111

AŞPA-NIN MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİSİ SERBİYAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov oktyabrın 25-dən 29-dək AŞPA-nın Monitorinq komitəsinin Serbiya üzrə həmməruzəçisi qismində Serbiyaya səfər edəcəkdir.

24 oktyabr 2016    05:10
125

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Oktyabrın 20-də Milli Məclisin Sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Seneqal Respublikası Baş Gömrük İdarəsinin Baş direktoru Papa Ousmane Gueyenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Azərbaycanla Seneqal arasında qarşılıqlı münasibətlərin, iqtisadi əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini qeyd edən Valeh Ələsgərov bildirdi ki, bunun üçün hər iki tərəfdə kifayət qədər potensial var.

20 oktyabr 2016    03:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.