Ana səhifə  /  XƏBƏRLƏR
105

MİLLİ MƏCLİSİN SƏDR MÜAVİNİ AFRİKA İTTİFAQININ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞDÜ

Sentyabrın 29-da Milli Məclisin Sədr müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun ölkəmizdə səfərdə olan Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı xanım Aişə Abdullahi ilə görüşü oldu.Valeh Ələsgərov qonağı səmimi salamlayaraq vaxtilə Azərbaycanın Afrika İttifaqı ilə təhsil sahəsində əlaqələrinin çox güclü olduğunu vurğuladı.

29 sentyabr 2016    07:09
108

ABŞ PARLAMENTARİLƏRİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 29-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın qərb regionundan olan qanunvericilərdən ibarət nümayəndə heyəti ilə görüşdü.

29 sentyabr 2016    07:09
176

ARGENTİNA PARLAMENTİNİN NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 29-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Argentina Parlamenti Deputatlar Palatasının 2-ci vitse-spikeri Patrisiya Ximenezin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.Qonaqları səmimi salamlayan Bahar Muradova Azərbaycan parlamentinin fəaliyyəti, qəbul edilən qanunvericilik aktları, rəhbərlik etdiyi komitənin işi barədə ətraflı məlumat verdi.

29 sentyabr 2016    07:09
109

ATƏT PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

Milli Məclisin deputatları Azay Quliyev, Kamran Nəbizadə və Tahir Mirkişili ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 29-da Makedoniyanın paytaxtı Skopye şəhərinə səfər edəcəklər.

28 sentyabr 2016    06:09
105

AVSTRALİYALI QONAQLAR MİLLİ MƏCLİSDƏ

Sentyabrın 27-də Milli Məclisin Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndələri ilə görüşü oldu. Milli Məclisin deputatı, işçi qrupun rəhbəri Xanlar Fətiyev ölkələrimiz arasındakı dostluq münasibətlərindən söhbət açdı. O, 1918-ci ildə Şərqdə ilk dəfə Azərbaycanda parlamentli demokratik respublikanın yaranmasını vurğuladı. Ötən əsrin sonunda isə Azərbaycanın ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra həyata keçirilən islahatlar, görülən işlər, iqtisadi nailiyyətlər barədə məlumat verdi, ölkədə mövcud olan multikulturalizm ənənələrindən danışdı.

27 sentyabr 2016    06:09
101

MDB PA-NIN MÜŞAHİDƏÇİ MİSSİYASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 25-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin sədri Valeh Ələsgərov Azərbaycanda ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar keçiriləcək referendumu müşahidə edəcək MDB Parlament Assambleyasının müşahidəçi missiyasının üzvləri ilə görüşdü.

25 sentyabr 2016    04:09
115

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi məsələlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 25-də İslandiyanın paytaxtı Reykyavikə səfər edəcək. * * * Milli Məclisin deputatı Sevinc Fətəliyeva AŞPA çərçivəsində keçiriləcək tədbirlə əlaqədar sentyabrın 27-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

24 sentyabr 2016    03:09
110

AVROPA İTTİFAQI – AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ YENİ MƏRHƏLƏ

Xəbər verildiyi kimi bu günlərdə Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində avropalı parlamentarilər ölkə Prezidenti cənab İlham Əliyevlə, Milli Məclisin Sədri cənab Oqtay Əsədovla, Parlament Əməkdaşlıq Komitəsinin Azərbaycan tərəfdən olan nümayəndələri ilə görüşlər keçirmiş, ölkəmizin Xarici İşlər və İqtisadiyyat nazirliklərində olmuşlar.

21 sentyabr 2016    07:09
101

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Qənirə Paşayeva Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 20-də Fransanın paytaxtı Parisə səfər edəcəklər. * * * Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova rəhbərlik etdiyi komitənin iclasında iştirak etmək üçün sentyabrın 21-də Parisə yola düşəcək.

19 sentyabr 2016    05:09
113

DEPUTATIMIZ FRANSAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti Rene Rukenin dəvəti ilə sentyabrın 11-dən 13-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

09 sentyabr 2016    03:09
128

İSVEÇRƏ YƏHUDİ İCMASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 6-da Milli Məclis Sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları səmimi salamlayan Bahar Muradova qeyd etdi ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra dünya dövlətləri, o cümlədən İsveçrə ilə gözəl münasibətlər yaradıb.

06 sentyabr 2016    05:09
133

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov AŞPA-nın Prezidentlər Komitəsinin Rusiya Dövlət Dumasında keçirəcəyi görüşlərdə iştirak etmək üçün sentyabrın 6-dan 9-dək Moskvada səfərdə olacaq. * * * Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə və deputat Xanlar Fətiyev Belarus Respublikası parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün sentyabrın 8-dən 13-dək bu ölkədə səfərdə olacaqlar.

05 sentyabr 2016    06:09
93

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova qurumun Büro, Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclaslarında iştirak etmək üçün sentyabrın 4-də Fransanın paytaxtı Parisə səfər edəcək.

02 sentyabr 2016    05:09
134

PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİ POLŞADA SƏFƏRDƏDİR

Xəbər verildiyi kimi, avqustun 30-31-də Polşa Respublikasının paytaxtı Varşava şəhərində Mərkəzi və Şərqi Avropanın 12 ölkəsinin Parlament rəhbərlərinin görüşü keçirilmişdir. Görüşdə ölkəmizi Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov təmsil edirdi.

01 sentyabr 2016    06:09
123

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Avqustun 30-da Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Yaponiya Xarici İşlər Nazirliyinin parlamentar vitse-naziri Motome Takisava ilə görüşü keçirildi.

30 avqust 2016    04:08
117

VARŞAVADA PARLAMENT RƏHBƏRLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLƏCƏK

Avqustun 30-u və 31-də Polşanın paytaxtı Varşavada Mərkəzi-Şərqi və Cənubi Avropa ölkələrinin parlament rəhbərlərinin görüşü keçiriləcək. Görüşdə Azərbaycanı Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov təmsil edəcək.

29 avqust 2016    03:08
115

BEYNƏLXALQ KONFRANSDA

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Səməd Seyidov və Azay Quliyev avqustun 27-dən 31-dək Qazaxıstanda səfərdə olacaqlar. Səfərdən məqsəd ölkənin paytaxtı Astana şəhərində keçiriləcək “Nüvə silahından azad dünyanın inşa edilməsi” adlı beynəlxalq konfransda iştirak etməkdir.

26 avqust 2016    04:08

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.