Ana səhifə  /  XƏBƏRLƏR
110

DEPUTATIMIZ İRANA SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Tahir Kərimli mayın 6-da İran İslam Respublikasının Təbriz şəhərinə səfər edəcək.

06 may 2016    06:05
117

AZƏRBAYCAN - YAPONİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Mayın 6-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradovanın ölkəmizdə səfərdə olan Yaponiya Nümayəndələr Palatasının və ölkənin hakim Liberal Demokrat Partiyasının üzvləri ilə görüşü oldu. Qonaqları səmimi salamlayan Bahar Muradova qeyd etdi ki, Azərbaycan Yaponiya ilə əlaqələrin inkişafına çox ciddi əhəmiyyət verir. Gündoğar ölkənin dərin tarixi kökləri, qədim mədəniyyəti, güclü müasir inkişafı, qüdrətli elmi və iqtisadi nailiyyətləri Azərbaycanda dərin maraq yaradır.

06 may 2016    06:05
117

İŞGÜZAR SƏFƏRDƏ

Milli Məclisin deputatı, ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini, Büro üzvü Azay Quliyev mayın 10-dan Avropa ölkələrində işgüzar səfərdə olacaq.

06 may 2016    04:05
138

PARLAMENTLƏRARASI FUTBOL TURNİRİ KEÇİRİLƏCƏKDİR

Mayın 7-8-də Türkiyənin Antalya şəhərində parlamentlərarası futbol turniri keçiriləcəkdir. Turnirdə Azərbaycan, Türkiyə, Polşa və Ukraynanın parlament futbol komandaları iştirak edəcəklər.

05 may 2016    04:05
135

“QADINLAR PARLAMENTLƏRDƏ” QLOBAL FORUMUNDA

Milli Məclisin deputatı Qənirə Paşayeva “Qadınlar Parlamentlərdə” Qlobal Forumunda və İordaniya Nümayəndələr Palatası ilə birlikdə keçirilən Qlobal Sammitdə iştirak etmək üçün mayın 3-dən 7-dək İordaniyada səfərdə olacaq.

02 may 2016    06:05
142

FRANSA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLMUŞDUR

Aprelin 26-da BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün ölkəmizə səfər etmiş Fransa nümayəndə heyəti Milli Məclisdə olmuşdur. Nümayəndə heyətinə Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel başçılıq edirdi.

26 aprel 2016    07:04
123

YUNANISTANDA ULU ÖNDƏRƏ HƏSR OLUNMUŞ KİTABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLƏCƏK

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat, yazıçı-dramaturq Hüseynbala Mirələmov aprelin 19-dan 22-dək Yunanıstanda səfərdə olacaqlar. Səfərin məqsədi Afina şəhərində Azərbaycan səfirliyinin təşkilatçılığı ilə deputat-yazıçının müəllifi olduğu “Görkəmli adamların həyatı” silsiləsindən yunan dilində çapdan çıxmış “Heydər Əliyev – lider və onun zamanı” adlı kitabın təqdimat mərasimində iştirak etməkdir.

18 aprel 2016    05:04
133

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Rasim Musabəyov “Vətəndaş cəmiyyəti və ictimai diplomatiyanın Şanxay Əməkdaşlıq Təşkilatlının genişlənməsində və inkişafında rolu” mövzusunda Beynəlxalq Forumda iştirak etmək üçün aprelin 18-dən 21-dək Rusiya Federasiyasının Soçi şəhərində səfərdə olacaq. * * * Milli Məclisin deputatı Kamran Bayramov NATO Parlament Assambleyasının 91-ci Rouz-Rout seminarında iştirak etmək üçün aprelin 19-dan 24-dək Mərakeşdə səfərdə olacaq.

18 aprel 2016    03:04
102

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə bir qrup deputat Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün aprelin 17-dən 23-dək Strasburqda səfərdə olacaqlar.

16 aprel 2016    12:04
148

MALAYZİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Aprelin 12-də Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Malayziya Parlamentinin Nümayəndələr Palatasının sədr müavini, Azərbaycanla parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Ronald Kiandeenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirildi.

13 aprel 2016    05:04
127

MİLLİ MƏCLİSİN NÜMAYƏNDƏ HEYƏTİ İSVEÇRƏ VƏ ALMANİYADA SƏFƏRDƏ OLACAQDIR

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat İsveçrə-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə iştirak etmək üçün aprelin 13-dən 14-dək İsveçrənin Bern şəhərində, ATƏT PA-nın təşkil etdiyi seminarda iştirak etmək üçün isə aprelin 15-dən 18-dək Almaniyanın Lansvayler şəhərində səfərdə olacaqdır.

13 aprel 2016    05:04
119

TÜRKİYƏ PARLAMENTİNİN DEPUTATLARI MİLLİ MƏCLİSDƏ

Aprelin 12-də Milli Məclisin Azərbaycan – Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Türkiyəli həmkarları ilə görüşü oldu. Qonaqları Azərbaycan parlamentində salamlamaqdan xüsusi məmnunluq duyduğunu bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədri, işçi qrupun rəhbəri Əhliman Əmiraslanov xalqlarımızın bu gün bütün dünyaya nümunə sayılacaq qardaşlıq və dostluq münasibətlərindən geniş söhbət açdı.

13 aprel 2016    05:04
96

AŞPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı, AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sahibə Qafarova qurumun tədbirlərində iştirak etmək üçün aprelin 12-dən 23-dək səfərdə olacaq.

11 aprel 2016    12:04
109

MDB PA-nın DAİMİ KOMİSSİYALARINDA

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün Milli Məclisin bir qrup deputatı aprelin 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

11 aprel 2016    05:04
123

ATƏT PA-NIN BÜRO İCLASI KEÇİRİLƏCƏK

Aprelin 11-də Danimarkanın Kopenhagen şəhərində ATƏT Parlament Assambleyasının Büro iclası keçiriləcəkdir. İclasda Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü, Parlament Assambleyasının Siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini Azay Quliyev iştirak edəcəkdir.

08 aprel 2016    05:04
124

AŞPA MONİTORİNQ KOMİTƏSİNİN HƏMMƏRUZƏÇİSİ MİLLİ MƏCLİSDƏ

Aprelin 8-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennakla görüşü oldu.Qonağı salamlayan komitə sədri Əli Hüseynli əvvəlcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki mövcud durumdan söz açdı.

08 aprel 2016    05:04
125

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ SƏDRİ cənab PEDRO AQRAMUNTA

Hörmətli cənab sədr!Bildiyiniz kimi, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycana məxsus əraziləri, o cümlədən Dağlıq Qarabağı işğal etmiş erməni silahlı birləşmələri cəbhə xəttində Azərbaycanın dinc əhalisinə qarşı növbəti təxribatçılıq əməli törətmişlər. Dünya ictimaiyyəti bilməlidir ki, ermənilərin dinc əhaliyə qarşı davamlı təxribatçı əməlləri azərbaycanlıların və ermənilərin Dağlıq Qarabağda birgə dinc yaşamalarının mümkünsüzlüyü barədə fikir formalaşdırmaq məqsədi daşımaqla yanaşı, həm də bütün beynəlxalq vasitəçilərin də dəyişdirilməsinin tərəfdarı olduğu mövcud status-kvonu saxlamaq niyyəti güdür.

04 aprel 2016    06:04
97

AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatları Sahibə Qafarova və Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclasında iştirak etmək üçün martın 20-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcəklər.

18 mart 2016    02:03

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.