Ana səhifə  /  XƏBƏRLƏR
79

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

Aprelin 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.

23 aprel 2012    06:04
61

DÜNYA DÖVLƏTLƏRİ ERMƏNİSTANIN İŞĞALÇILIQ SİYASƏTİNİ PİSLƏYİR

Bu yaxınlarda Milli Məclisə daxil olmuş məlumatda bildirilir ki, Kolumbiya parlamentində Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar qəbul olunmuşdur. Belə ki, cari ilin mart ayının 28-də Kolumbiya Senatının Xarici İşlər və Milli Müdafiə məsələləri üzrə II Konstitusional Daimi Komitəsində “Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi” haqqında Qərar qəbul edilmişdir.

23 aprel 2012    06:04
119

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatları Azay Quliyev, Elton Məmmədov, Musa Quliyev və Mirkazım Kazımov Rumıniya-Azərbaycan dostluq qrupunun dəvəti ilə aprelin 22-dən Buxarestdə səfərdə olacaqlar.

20 aprel 2012    05:04
80

PARLAMENT DİNLƏMƏLƏRİ SƏMƏRƏLİ OLDU

Aprelin 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsinin Parlament dinləmələri keçirildi.

19 aprel 2012    09:04
90

MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ DAİMİ KOMİSSİYALARINDA

Milli Məclisin deputatları Rüfət Quliyev, Hacı Salayev, Adil Əliyev, Rasim Musabəyov və İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 16-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

14 aprel 2012    12:04
72

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Qənirə Paşayeva “Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, erməni yalanları” mövzusunda konfranslarda iştirak etmək üçün aprelin 16-dan 21-dək Türkiyədə səfərdə olacaq.Milli Məclisin deputatı Sahibə Qafarova aprelin 17-dən 19-dək Rusiya Federasiyasında səfərdə olacaq.

13 aprel 2012    05:04
68

AVRASİYA İQTİSADİ ZİRVƏ TOPLANTISINDA

Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov XV Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün Türkiyədə səfərdə olacaq.

07 aprel 2012    10:04
99

MDB PARLAMENT ASSAMBLEYASININ KOMİSSİYA İCLASINDA

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB PA-nın Sosial məsələlər və insan hüquqları komissiyasının iclasında iştirak etmək üçün aprelin 9-dan 13-dək Sankt-Peterburqda səfərdə olacaq.

07 aprel 2012    01:04
150

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Aprelin 5-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Avropa Şurası Yerli və regional hakimiyyətlər konqresinin nümayəndə heyəti ilə görüşdü.

05 aprel 2012    06:04
75

MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

Aprelin 4-də Milli Məclisdə Avronest Parlament Assambleyasının həmsədrləri Kristian Vigenin və Boris Tarasyukun iştirakı ilə qurumun ikinci sessiyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirildi.

05 aprel 2012    05:04
171

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATI PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Məclisi sədrinin müavini Asəf Hacıyev qurumun Hüquqi və siyasi məsələlər üzrə komitəsinin iclasında iştirak etmək üçün aprelin 3-dən 4-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində səfərdə olacaq.

02 aprel 2012    06:04

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.