Ana səhifə  /  XƏBƏRLƏR
73

TÜRKİYƏDƏ XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLƏCƏK

Fevralın 26-da Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş yürüş keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları Mübariz Qurbanlı, Musa Qasımlı, Çingiz Qənizadə, Rövşən Rzayev, Jalə Əliyeva, Fazil Mustafa iştirak edəcəklər.

24 fevral 2012    12:02
71

MİLLİ MƏCLİSİN DEPUTATLARI ABŞ-da SƏFƏRDƏDİRLƏR

Fevralın 21-də ABŞ-ın Missisipi ştatında “Türkiyə, Azərbaycan və Missisipi Biznes Forumu”, həmçinin “Türkiyə, Azərbaycan və Missisipi dostluq görüşü” keçiriləcəkdir. Tədbirlərdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Asim Mollazadə iştirak edəcəklər.

21 fevral 2012    05:02
85

PARLAMENT XƏBƏRLƏRİ

ATƏT-in Parlament Assambleyasının 11-ci qış sessiyasında iştirak etmək üçün Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin qurumdakı nümayəndə heyəti fevralın 21-dən 25-dək Avstriyanın Vyana şəhərində səfərdə olacaq. Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və deputat Ağalar Vəliyev daxildirlər.

20 fevral 2012    05:02
71

AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatları Rövşən Rzayev, Fərəc Quliyev və Azay Quliyev Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən 23-dək Ermənistana səfər edəcəklər.

20 fevral 2012    05:02
80

TÜRKİYƏDƏ XOCALI FACİƏSİNİN QURBANLARI ANILACAQ

Xocalı soyqırımının iyirminci ildönümü ilə bağlı Türkiyənin bir sıra şəhərlərində anma mərasimləri keçiriləcək. Tədbirlərdə iştirak etmək üçün Milli Məclisin deputatı Qənirə Paşayeva Türkiyədə səfərdədir. Səfər çərçivəsində millət vəkili Dənizli, İzmir, Ankara və Konya şəhərlərində olacaq.

20 fevral 2012    04:02
65

QDİƏT PARLAMENT MƏCLİSİNİN DAİMİ KOMİTƏSİNİN TOPLANTISINDA

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində nümayəndə heyətimizin rəhbəri Asəf Hacıyev və deputat Mübariz Qurbanlı qurumun Daimi komitəsinin 38-ci iclasında iştirak etmək üçün fevralın 20-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

18 fevral 2012    01:02
83

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin deputatı Asəf Hacıyev “Təhsilli və intellektual nəslin hazırlığı – ölkənin davamlı inkişafının və müasirləşmənin mühüm şərti kimi” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün fevralın 15-də Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edəcək.

14 fevral 2012    06:02
120

DEPUTATIMIZ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Əli Məsimli Baltik Assambleyasının təşkilatçılığı ilə keçirilən “Şimal və Baltik dövlətlərinin dayanıqlı maliyyə bazarına doğru” mövzusunda parlament seminarında iştirak etmək üçün fevralın 8-dən 11-dək Litvada səfərdə olacaq.

07 fevral 2012    01:02
85

İCTİMAİ HƏYATDA QADINLARIN İŞTİRAKI VACİBDİR

Fevralın 6-da Milli Məclisin deputatları Qənirə Paşayeva və Sahibə Qafarova Şərq Tərəfdaşlığına Dəstək Proqramı çərçivəsində Avropa Şurası ilə Avropa İttifaqının birgə həyata keçirdikləri tədbirdə iştirak etmək üçün Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər.

06 fevral 2012    11:02
75

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 6-da Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Fransa Senatının üzvü Natali Qulenin rəhbərlik etdiyi Senat üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdülər.

06 fevral 2012    06:02
128

SİYASİ PARTİYALARIMIZ DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ YEKDİL MÖVQEDƏDİR

Fevralın 1-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdülər. Nümayəndə heyətinə Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora ilə Cozef Debono Qrex və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini xanım Aqnieşka Naçilo daxil idi.

01 fevral 2012    03:02
74

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 1-də Milli Məclisdə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri qurumun Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrexlə görüşdülər.

01 fevral 2012    03:02
75

DEPUTATLARIMIZ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fəttah Heydərov, Azər Badamov və Rüstəm Xəlilov yanvarın 26-dan Ankarada səfərdə olacaqlar.

24 yanvar 2012    05:01
117

İƏT PARLAMENT İTTİFAQININ KONFRANSINDA

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Cavanşir Paşazadə, Sabir Rüstəmxanlı İslamƏməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 7-ci sessiyasında iştirak etmək üçün yanvarın 24-də İndoneziyanın Palembanq şəhərinə səfər edəcəklər.

24 yanvar 2012    04:01
159

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Yanvarın 19-da Milli Məclisin İslam Konfransı Təşkilatı Parlament İttifaqındakı nümayəndə heyəti üzvlərinin İraq Parlamentinin bir qrup deputatı ilə görüşü keçirildi.

21 yanvar 2012    10:01

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.