Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
392

Deputatlar Bolqarıstana səfər edəcəklər

Milli Məclisin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev və qrupun üzvü Ramin Məmmədov Bolqarıstan Respublikası Xalq Məclisinin Bolqarıstan-Azərbaycan dostluq qrupunun rəhbərinin dəvəti ilə iyunun 19-da Bolqarıstanın Sofiya şəhərinə səfər edəcəklər.

16 iyun 2023    10:16
503

Özbəkistan nümayəndə heyəti ilə görüşdə

İyunun 13-də Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov Özbəkistan Respublikası xarici işlər nazirinin müavini Bobur Usmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

13 iyun 2023    19:18
365

Vitse-spiker Adil Əliyev Mərakeşdə səfərdədir

Mərakeş Krallığında səfərdə olan Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Kasablanka şəhərində Mərakeşin Boks Federasiyasının prezidenti Abdelkarim El Hilali və Taekvondo Federasiyasının prezidenti Driss El-Hilali ilə görüşüb.

13 iyun 2023    16:43
413

Parlamentdə ictimai dinləmə keçiriləcək

İyunun 12-də Milli Məclisdə parlamentin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda ictimai dinləmə keçiriləcək.

08 iyun 2023    16:59
642

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin 29-cu sədri Mustafa Şentopa məktub ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin 29-cu sədri Mustafa Şentopa məktub ünvanlayıb. Spiker, məktubda Mustafa Şentopun TBMM-in sədri kimi fəaliyyəti dövründə qardaş ölkə parlamentinin əldə etdiyi uğurları qeyd edərək, bu dövrdə qardaş ölkələrimizin ali qanunvericilik orqanları arasındakı əlaqələrin daha da inkişaf etdiyini və keyfiyyətcə yeni səviyyəyə çatdığını vurğulayıb.

08 iyun 2023    15:55
572

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrini təbrik edib

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb. Məktubda spiker Sahibə Qafarova Numan Kurtulmuşu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibəti ilə öz adından və Milli Məclisin deputatları adından təbrik edərək, ona ən xoş arzularını çatdırıb.

08 iyun 2023    15:37

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.