
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoralla görüşüb
Aprelin 8-də Milli Məclisin Sədri Sahibə Qafarova Azərbaycanda diplomatik fəaliyyətini başa çatdıran Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralla görüşüb. Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub.