Arxiv

02.05.20

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Mayın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verdi. Sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlər barədə danışdı.


ətraflı

02.05.20

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Mayın 2-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Musa Quliyev bildirdi ki, gündəlikdə “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Turizm haqqında”  Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlər var.

ətraflı

01.05.20

MİLLİ MƏCLİSİN İCLASINDA

Mayın 1-də Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. İclası aparan Milli Məclisin Sədri Sahibə Qafarova gündəlik barədə məlumat verdi. 
Əvvəlcə iclasda “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə edildi. İclasda iştirak edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyinin irəli sürüldüyünü bildirdi.


ətraflı

30.04.20

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Aprelin 30-da Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib. İclası aparan komitə sədri Qənirə Paşayeva bildirib ki, “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə təqdim edilir.
ətraflı

28.04.20

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ İCTİMAİ MÜZAKİRƏLƏR KEÇİRİLDİ

Aprelin 28-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. 
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirdi ki, bugünkü iclas cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub.

ətraflı



Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi