MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

17/06/20
İyunun 17-də Milli Məclisdə Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva  Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında ölkəmizdə  dostluq qrupunun əlaqələndiricisi cənab Murtəza Caved Abbasi ilə video görüş keçirdi.
Görüşdə Qənirə Paşayeva ölkələrimizin dost və qardaş olduğunu qeyd edərək, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduğunu söylədi. Qeyd edildi ki,  ikitərəfli münasibətlərin inkişafında parlamentlərin böyük rolu var və parlamentlərarası münasibətlərin genişləndirilməsi üçün müvafiq işlər görülür. Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən biri kimi biz Pakistanla əlaqələrimizi daha da möhkəmləndirmək niyyətindəyik. 
 Video görüşdə millət vəkili Azərbaycanın iqtisadi inkişafı, paytaxtımızda və regionlarda həyata keçirilən irimiqyaslı layihələr haqqında məlumat verdi. İndiyədək iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanmasını vurğuladı. 
Qənirə Paşayeva  11 fevral 2015-ci il tarixində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Pakistanın “Hilal-e-Pakistan” ali ordeni ilə təltif edildiyini qeyd etdi.
Görüşdə Dağlıq Qarabağ münaqişəsindən, Xocalı faciəsinin  tarixindən danışan deputat vurğuladı ki, Pakistanın Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndirilir və  problemin beynəlxalq birliyin səyi nəticəsində sülh yolu ilə tezliklə həllinin vacibliyi vurğulanır. 
Pakistan İslam Respublikası Parlamentinin Milli Assambleyasında  Azərbaycanla  dostluq qrupunun əlaqələndiricisi cənab Murtəza Caved Abbasi səmimi görüşə görə minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Pakistan və Azərbaycan arasındakı münasibətlər strateji səviyyəyə yüksəlmişdir. Ölkədə siyasi, iqtisadi, humanitar sahələrdə böyük irəliləyiş müşahidə olunur. Qonaq parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacibliyindən danışdı. Azərbaycanın əldə etdiyi nailiyyətlər, iqtisadi inkişafı barədə kifayət qədər məlumatlı olduğunu deyən Murtəza Caved Abbasi əməkdaşlığın möhkəmləndirilməsi üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətini vurğuladı.
Videogörüşdə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, deputatlar Azər Badamov, Eldəniz Səlimov, Ceyhun Məmmədov, Ülviyyə Həmzəyeva, Azərbaycanın Pakistandakı səfiri Əli Əli-zadə və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin Mətbuat və 
ictimaiyyətlə əlaqələr şöbəsi

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi