Ana səhifə  /  XƏBƏRLƏR
136

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM MƏRASİMLƏRİ KEÇİRİLƏCƏK

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və qrupun üzvü, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dekabrın 10-dan Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar. Deputatlarımız ümummilli lider Heydər Əliyevin anım mərasimində iştirak edəcəklər.

10 dekabr 2018    06:12
136

DEPUTATLARIMIZ FRANSADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli və Elşad Həsənov dekabrın 9-dan Fransada səfərdə olacaqlar.

10 dekabr 2018    04:12
159

ƏHALİ VƏ İNKİŞAF ÜZRƏ PARLAMENT FORUMU KEÇİRİLƏCƏK

Dekabrın 12-də və 13-də Hindistanın Nyu Dehli şəhərində Əhali və İnkişaf üzrə Avropa Parlament Forumu keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Kamilə Əliyeva iştirak edəcəklər.

10 dekabr 2018    02:12
153

ÜMUMMİLLİ LİDER HAQQINDA KİTAB NİDERLANDDA TƏQDİM OLUNACAQ

Milli Məclisin deputatı Elmira Axundova dekabrın 9-da Niderland Krallığının Haaqa şəhərinə səfər edəcək. Burada millət vəkilinin müəllifi olduğu “Heydər Əliyev: Şəxsiyyət və zaman” adlı kitabın təqdimat mərasimi keçiriləcək.

07 dekabr 2018    02:12
139

AŞPA-nın KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyası komitələrinin iclaslarında iştirak etmək üçün dekabrın 10-dan 15-dək Fransaya səfər edəcəklər.

06 dekabr 2018    12:12
172

MİQRASİYA MƏSƏLƏLƏRİNƏ DAİR BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

Dekabrın 6-da və 7-də Mərakeş Krallığının Rabat şəhərində miqrasiya məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçiriləcək. Tədbirdə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB Parlamentlərarası Assambleyasının xətti ilə iştirak edəcəkdir.

04 dekabr 2018    05:12
136

VAŞİNQTONDA PARLAMENT FORUMU KEÇİRİLƏCƏK

Dekabrın 6-da Vaşinqtonda Kəşfiyyat-Təhlükəsizlik üzrə 12-ci Parlament Forumu keçiriləcək. Tədbirdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iştirak edəcək.

04 dekabr 2018    05:12
136

ATƏT PARLAMENT ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 25-ci toplantısında iştirak etmək üçün dekabrın 4-də İtaliyanın Milan şəhərinə səfərə gedəcək.

01 dekabr 2018    02:12
136

AŞPA-NIN KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Dekabrın 3-dən 7-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Miqrasiya, qaçqınlar və məcburi köçkünlər, Sosial işlər, sağlamlıq və davamlı inkişaf, həmçinin Təhsil, elm və mədəniyyət komitələrinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Sahibə Qafarova və Sevinc Fətəliyeva iştirak edəcəklər.

30 noyabr 2018    05:11
138

MİLLİ MƏCLİSDƏ TURKAP TƏŞKİLATININ NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Noyabrın 29-da Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə səfərdə olan Türk Dünyası Qadın Platformunun (TÜRKAP) nümayəndələri ilə görüşdü. Qonaqları Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu bildirən vitse-spiker Türkiyə ilə bütün münasibətlərin bizim üçün böyük önəm kəsb etdiyini bildirdi.

29 noyabr 2018    06:11
136

MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Sədr müavini Valeh Ələsgərov, parlamentinRegional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və deputat Rüfət Quliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) tədbirlərində iştirak etmək üçün noyabrın 28-dən Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

28 noyabr 2018    09:11
138

ASİYA PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

Milli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 11-ci plenar sessiyasında iştirak etmək üçün noyabrın 28-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək. Tədbirdə “Asiyada iqtisadi inkişafın təbliği” mövzusunda müzakirələr aparılacaq.

27 noyabr 2018    05:11
225

AVROPA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Noyabrın 26-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Ordenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

26 noyabr 2018    06:11
198

AVROPA PARLAMENTİ -AZƏRBAYCAN ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Noyabrın 26-da Milli Məclisin deputatı, Avropa İttifaqı–Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Terrorizm üzrə Xüsusi Komitəsinin sədr müavini Ceffri Van Orden ilə görüşdü.Qonağı səmimi salamlayan Cavanşir Feyziyev bildirdi ki, son illər ərzində Azərbaycanla Avropa arasında münasibətlər yüksələn xətlə inkişaf edir.

26 noyabr 2018    05:11
137

AŞPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qurumun Büro və Daimi komitəsinin iclaslarında iştirak etmək üçün noyabrın 21-də Finlandiyanın paytaxtı Helsinki şəhərinə səfər edəcək.

20 noyabr 2018    04:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.