Ana səhifə  /  XƏBƏRLƏR
116

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 17-də Milli Məclis Sədrinin müavini, ATƏT PA-da parlament nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ölkəmizdə səfərdə olan ATƏT sədrliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Günter Bexlerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə Almaniyanın Azərbaycandakı səfiri xanım Haydrun Tempel də iştirak edirdi.

17 mart 2016    05:03
129

AŞPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası alt komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının tədbirlərində iştirak etmək üçün martın 14-dən 17-dək Fransada səfərdə olacaq.

12 mart 2016    01:03
101

DEPUTATIMIZ BEYNƏLXALQ TƏDBİRLƏRDƏ İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün martın 10-da Fransanın paytaxtı Parisə səfər edəcək.

09 mart 2016    03:03
103

DEPUTATLARIMIZ LATVİYAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Rüstəm Xəlilov, Kamran Bayramov martın 8-də Latviyanın paytaxtı Riqa şəhərinə səfər edəcəklər.

07 mart 2016    07:03
118

AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün martın 7-dən 9-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

07 mart 2016    03:03
106

BRAZİLİYALI DEPUTAT MİLLİ MƏCLİSDƏ

Martın 4-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin ölkəmizdə səfərdə olan Braziliya Milli Konqresi Federal Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke ilə görüşü oldu. Qonağı salamlayan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu dedi.

04 mart 2016    06:03
96

AŞPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitəsinin toplantılarında iştirak etmək üçün martın 2-də Fransanın paytaxtı Parisə səfər edəcək.

01 mart 2016    04:03
134

BALTİK ASSAMBLEYASININ KOMİTƏLƏRİNDƏ

Milli Məclisin deputatı, GUAM PA-nın sədri və parlamentin qurumdakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli Baltik Assambleyasının Təbii ehtiyatlar və ətraf mühit, İqtisadiyyat, energetika və innovasiyalar üzrə komitələrinin birgə iclasında iştirak etmək üçün martın 3-dən 5-dək Estoniyada səfərdə olacaq.

01 mart 2016    03:03
104

AŞPA PREZİDENTİ MİLLİ MƏCLİSDƏ

Fevralın 29-da Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti üzvlərinin ölkəmizdə səfərdə olan qurumun yeni prezidenti Pedro Aqramunt ilə görüşü oldu. Qonağı salamlayan parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, qurumla uğurlu əməkdaşlıqdan söz açdı.

29 fevral 2016    05:02
105

MDB PA-nın KOMİSSİYA İCLASINDA

Milli Məclisin deputatı İqbal Məmmədov Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Büdcə-Nəzarət komissiyasının iclasında iştirak etmək üçün fevralın 29-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

26 fevral 2016    05:02
106

ATƏT PA-nın 15-ci QIŞ SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın 15-ci qış sessiyasında iştirak etmək üçün fevralın 24-dən 27-dək Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olacaqlar.

23 fevral 2016    12:02
164

XOCALI SOYQIRIMI İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLƏCƏK

Milli Məclisin deputatları Rauf Əliyev və Rasim Musabəyov Xocalı soyqırımının 24-cü ildönümünə həsr edilmiş tədbirlərdə iştirak etmək üçün fevralın 24-də İsrailin Tel-Əviv şəhərinə səfər edəcəklər.

23 fevral 2016    06:02
114

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov vəHüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən RzayevAlmaniyada səfərdə olacaq, Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlərdə iştirak edəcəklər. Fuad Muradov Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə əlaqədar Moskvada təşkil etdiyi tədbirlərə də qatılacaq.

23 fevral 2016    02:02
156

AZƏRBAYCAN – İNDONEZİYA ƏLAQƏLƏRİ MÖHKƏMLƏNİR

Fevralın 17-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərovun ölkəmizdə səfərdə olan İndoneziya Nümayəndələr Palatasının sədr müavini Fahri Hamzahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü oldu. Qonaqları salamlayan vitse-spiker Azərbaycanla İndoneziya arasında əlaqələrin yüksək səviyyədə olduğunu dedi. O, bu münasibətlərin möhkəmlənməsində dövlət və hökümət rəsmilərinin qarşılıqlı səfərlərinin xüsusi rolu olduğunu vurğuladı.

17 fevral 2016    05:02
111

Azərbaycan nümayəndə heyətinin İsrailə səfəri uğurlu olmuşdur

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə komitənin sədr müavini Sevinc Fətəliyeva, parlamentin İsraillə dostluq qrupunun üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun sədri Yevda Abramov və Bakıdakı İsrail Mərkəzinin rəhbəri Emiliya Xudiyeva İsrail parlamentinin dəvəti ilə bu ölkədə səfərdə olublar.

13 fevral 2016    03:02
107

İSVEÇ KRALLIĞININ XARİCİ İŞLƏR NAZİRİ MİLLİ MƏCLİSDƏ

Fevralın 10-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova ölkəmizdə səfərdə olan İsveç Krallığının xarici işlər naziri xanım Marqot Vallströmün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Bahar Muradova Azərbaycanla İsveç Krallığı arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini dedi. Ölkələrimiz arasında iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələrin dərinləşməsi üçün böyük potensialın olduğunu vurğuladı.

10 fevral 2016    05:02
166

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 9-da Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, GUAM PA-nın sədri Azər Kərimli ölkəmizdə səfərdə olan GUAM-ın Baş katibi Altay Əfəndiyevlə görüşdü.

09 fevral 2016    06:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.