Ana səhifə  /  XƏBƏRLƏR
161

ƏDALƏT VƏ İNKİŞAF PARTİYASIININ QURULTAYINDA

Milli Məclis Sədrinin müavini Bahar Muradovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Yeni Azərbaycan Partiyasının xətti ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının növbəti qurultayında iştirak etmək üçün sentyabrın 11-də Ankaraya yola düşəcəkdir.

10 sentyabr 2015    04:09
114

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Sentyabrın 10-da Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov İtaliya parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşdü.

10 sentyabr 2015    04:09
109

İtaliya Parlamentinin nümayəndə heyəti Milli Məclisdə görüşlər keçirdi

Sentyabrın 9-da ölkəmizdə səfərdə olan İtaliya Parlamentinin İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri, senator Sergio Divinanın başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdü.* * *Sonra senatorlar Milli Məclisdəki Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.

09 sentyabr 2015    03:09
104

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Sentyabrın 3-də Milli Məclis Sədrinin müavini Bahar Muradovanın Bakıda keçirilmiş Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Qadınlar qolunun 3-cü iclasının iştirakçıları ilə görüşü oldu.

04 sentyabr 2015    09:09
121

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Avqustun 31-də Milli Məclisin Sədr müavini Bahar Muradova ABŞ-ın Nyu Meksiko ştatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdü.

31 avqust 2015    04:08
98

SƏRSƏNG SU ANBARININ VƏZİYYƏTİ ARAŞDIRILIR

Avqustun 24-də Milli Məclisdə AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvləri Sərsəng su anbarının vəziyyətini öyrənmək üçün ölkəmizdə növbəti faktaraşdırıcı səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin nümayəndə heyəti ilə görüşdülər.

24 avqust 2015    06:08
118

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Avqustun 21-də ABŞ-ın Kanzas ştatının ölkəmizdə səfərdə olan nümayəndə heyəti üzvlərinin Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvləri ilə görüşü oldu.

21 avqust 2015    02:08
101

ATƏT PA-nın 24-cü İLLİK YAY SESSİYASINDA

Milli Məclis Sədrinin müavini, Azərbaycan parlamentinin ATƏT-in Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə deputatlarımız ATƏT PA-nın iyirmi dördüncü illik yay sessiyasında iştirak etmək üçün iyulun 4-də Finlandiyanın Helsinki şəhərinə səfərə yola düşəcəklər.

10 iyul 2015    07:07
107

GUAM PARLAMENT ASSAMBLEYASININ TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatları, GUAM Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elton Məmmədov, üzvləri Əli Məsimli və Mirkazım Kazımov qurumun bir sıra tədbirlərində iştirak etmək üçün iyunun 25-də Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcəklər.

24 iyun 2015    03:06
122

AŞPA-nın YAY SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılığı ilə parlament nümayəndə heyəti qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək.

18 iyun 2015    04:06
115

AZƏRBAYCAN-AVSTRİYA ƏMƏKDAŞLIĞI UĞURLA İNKİŞAF EDİR

İyunun 13-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Avsrtiya Respublikası Milli Şurasının ikinci Prezidenti Karlhaynts Kopf ilə görüşdü. Qonağı salamlayan Valeh Ələsgərov Azərbaycanın müstəqillik qazandıqdan sonra əldə etdiyi uğurlardan danışdı. Ölkəmizin iştirakçısı olduğu TAP, TANAP kimi qlobal layihələrdə uğurlu iştirakından, neft-qaz sənayesinin sürətli inkişafından söz acdı. Ölkələrimiz arasında əməkdaşlığa toxunan vitse-spiker bildirdi ki, son illərdə Azərbaycanla Avstiya arasında ticarət dövriyyəsinin həcmi 10 dəfə artıb. Parlamentlərarası münasibətlərin mövcud durumundan məmnunluğunu bildirən Valeh Ələsgərov dostluq qruplarının fəaliyyətini xüsusi vurğuladı.

13 iyun 2015    12:06
136

AZƏRBAYCAN-İSVEÇRƏ MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

İyunun 13-də Milli Məclis Sədrinin müavini, Azərbaycan-İsveçrə parlamentlərarası işçi qrupunun rəhbəri Bahar Muradova Azərbaycanda səfərdə olan İsveçrə Parlamentinin Kantonlar Şurasının üzvü, Azərbaycanla dostluq qrupunun sədr müavini Filippo Lombardi ilə görüşdü.

13 iyun 2015    05:06
101

DEPUTATIMIZ AŞPA-nın TƏDBİRİNDƏ İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının İstanbul konvensiyasına dair seminarında iştirak etmək üçün iyunun 15-də Gürcüstanın paytaxtı Tbilisiyə səfər edəcək.

13 iyun 2015    03:06
132

QABRİELA KUEVAS BARRON: “Meksika hər zaman Azərbaycanın yanındadır”

İyunun 11-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barronla görüşdü. Azərbaycan-Meksika əlaqələrindən söz açan Ziyafət Əsgərov son illər ölkələrimiz arasındakı əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi. O, ölkələrimizin beynəlxalq qurumlardakı səmərəli əməkdaşlığından geniş söz açdı.

11 iyun 2015    05:06
106

QDİƏT PM BAŞ ASSAMBLEYASININ 45-ci PLENAR İCLASINDA

İyunun 8-10-da Moldovanın paytaxtı Kişineu şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 45-ci plenar iclası keçiriləcək. Tədbirdə Milli Məclisin deputatları – QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri vəzifəsini icra edən, qurumun İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri Komitəsinin sədri Musa Quliyev və nümayəndə heyətinin üzvləri Ayaz Orucov, Jalə Əliyeva, Mixail Zabelin iştirak edəcəklər.

05 iyun 2015    03:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.