Ana səhifə  /  XƏBƏRLƏR
134

AZƏRBAYCAN-AVSTRALİYA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

İyunun 4-də Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Avstraliya Parlamentinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşdülər.

04 iyun 2015    05:06
142

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 3-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri İtaliya Senatının nümayəndə heyəti ilə görüşdülər.

03 iyun 2015    05:06
110

İTALİYA SENATININ NÜMAYƏNDƏLƏRİ DEPUTATLARLA GÖRÜŞDÜ

İyunun 3-də Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri, o cümlədən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin deputatları ölkəmizdə səfərdə olan İtaliya Senatında “Movimento 5 Stelle” (5 ulduz hərəkatı) partiyasını təmsil edən nümayəndələrlə görüşdülər.Qrupun rəhbəri Azər Kərimli qonaqları salamlayaraq, onlara Azərbaycanın müstəqillik qazandıqdan sonrakı uğurlarından söhbət açdı. Bildirildi ki, ölkəmiz bu gün Cənubi Qafqazın ən qüdrətli dövlətidir və beynəlxalq qurumlarda - NATO, ATƏT, Avropa Şurası, BMT kimi nüfuzlu təşkilatlarda söz sahibinə çevrilib.

03 iyun 2015    04:06
122

İTALİYA SENATININ NÜMAYƏNDƏ HEYƏTİ PARLAMENTDƏ

İyunun 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İtaliya Senatının nümayəndə heyəti ilə görüşdülər. İtaliya Senatında təmsil olunan Movimento 5 Stelle (5 ulduz hərəkatı) partiyasının üzvlərindən ibarət nümayəndə heyətini mehribanlıqla salamlayan Milli Məclisin deputatı Fuad Muradov qeyd etdi ki, Azərbaycanın siyasi rəhbərliyi Azərbaycan-İtaliya münasibətlərinə çox önəm verir.

03 iyun 2015    03:06
117

PARİSDƏ PARLAMENT KONFRANSI KEÇİRİLƏCƏK

İyunun 4-dən 5-dək Parisdə “Azad seçki hüququnun həyata keçirilməsi: seçki qanunvericiliyinin tətbiqində çağırışlar və Avropa Şurası standartlarına əməl edilməsi” mövzusunda parlament konfransı keçiriləcək.

02 iyun 2015    02:06
111

RUSİYA DÖVLƏT DUMASINDA DƏYİRMİ MASA

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə və İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Müasir şəraitdə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın iqtisadi, maliyyə, siyasi və sosial aspektləri” mövzusunda dəyirmi masada iştirak etmək üçün Rusiya Federasiyasının paytaxtı Moskvada səfərdədirlər.

29 may 2015    05:05
121

AŞPA-NIN KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün mayın 31-dən iyunun 2-dək Fransada səfərdə olacaq.

29 may 2015    04:05
113

DEPUTATIMIZ AŞPA-da MƏRUZƏ EDƏCƏK

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov qurumun Mədəniyyət, elm, təhsil və media Komitəsinin iclasında iştirak etmək üçün iyunun 1-dən Fransanın paytaxtı Parisdə ikigünlük səfərdə olacaq.

29 may 2015    01:05
100

YAPONİYADA QLOBAL KONFRANS

Milli Məclisin deputatları Muxtar Babayev və Aslan Cəfərov mayın 24-dən 29-dək Yaponiyanın paytaxtı Tokioda səfərdə olacaqlar.

22 may 2015    02:05
97

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Mayın 21-22-də Bosniya və Herseqovinanın Sarayevo şəhərində Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin, mayın 28-də isə Parisdə AŞPA-nın Monitorinq Komitəsinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

19 may 2015    04:05
107

KORRUPSİYAYA QARŞI MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Səmərəli nəzarət üçün şəffaflıq və məsuliyyətdə parlamentin rolu” mövzusunda konfransda iştirak etmək üçün mayın 20-də Serbiyanın paytaxtı Belqrad şəhərinə səfər edəcək.

19 may 2015    02:05
110

DEPUTATIMIZ FRANSADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının “İdman üzrə genişləndirilmiş müqavilə” qurumunun İdarə Heyətinin iclasında iştirak etmək üçün mayın 19-da Fransaya səfər edəcək.

18 may 2015    12:05
105

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ TƏDBİRİNDƏ

Mayın 18-də Moldovanın paytaxtı Kişineuda Avropa Şurası Parlament Assambleyasının Avropa Sosial Nizamnaməsi üzrə alt-komitəsinin “Şərq əməkdaşlığı çərçivəsində sosial hüquqların möhkəmləndirilməsi: Avropa Sosial Nizamnaməsi üzrə müzakirə” adlı parlament iclası keçiriləcəkdir.

16 may 2015    12:05
101

NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

Mayın 15-də Budapeştdə NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Sessiyada Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcəkdir.

14 may 2015    12:05
100

ALMANİYA BUNDESTAQININ AZƏRBAYCANLA DOSTLUQ QRUPUNUN ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

Mayın 14-də Milli Məclisin Almaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə dostluq qrupunun nümayəndələri ilə görüşü keçirildi.Qonaqları salamlayan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bu cür görüşlərin iki ölkə arasında əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirdi. Qeyd olundu ki, xalqlarımızı bir-birinə səmimi tellər bağlayır, ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

14 may 2015    04:05
115

CEYMS PATRİK MORAN: “AZƏRBAYCANA və AZƏRBAYCAN XALQINA HEYRANAM.”

Mayın 12-də Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Azərbaycanın Dostları Assambleyasının – AFAZ-ın sədri Ceyms Patrik Moranla görüşdü.

12 may 2015    03:05
116

MDB PARLAMENTLƏRARASI ASSAMBLEYASININ KOMİSSİYA İCLASINDA

Milli Məclisin deputatı Fəzail Ağamalı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Yerli özünüidarəetmə və dövlət quruculuğu təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün mayın 13-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

12 may 2015    02:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.