Ana səhifə  /  XƏBƏRLƏR
128

AZƏRBAYCAN-SLOVAKİYA ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Aprelin 9-da Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdülər.

09 aprel 2015    05:04
126

SLOVAKİYA-AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN NÜMƏYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Aprelin 9-da Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov Slovakiya Milli Şurasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robertin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşdü. Qonaqları səmimi salamlayan Valeh Ələsgərov dünya və region üçün aktual olan təhlükəsizlik məsələlərinə toxundu. O, bir sıra nüfuzlu beynəlxalq təşkilatların bəzi ölkələrin ərazi bütövlüyü məsələsi ilə bağlı konkret fəaliyyətsizlik nümayiş etdirdiklərini, bunun nəticəsi olaraq dünyada münaqişələrin durmadan artdığını vurğuladı. Vitse-spiker Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindəki mövcud durum barədə məlumat verdi.

09 aprel 2015    05:04
121

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Aprelin 3-də Aqrar siyasət komitəsində iki qanun layihəsinə baxıldı. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olmuş hər iki sənəd əhalinin sağlamlığının qorunması məqsədini daşıyır.

06 aprel 2015    09:04
106

QƏLƏBƏNİN 70 İLLİYİ ASTANADA QEYD OLUNACAQ

Xəbər verdiyimiz kimi, 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 70 illiyi münasibətilə MDB-yə üzv ölkələrin paytaxtlarında “Xatirə estafeti” aksiyası çərçivəsində tədbirlər keçirilir.

06 aprel 2015    09:04
99

AVROPA ŞURASININ SEMİNARINDA

Milli Məclisin deputatı Rauf Əliyev Avropa Şurasının seminarında iştirak etmək üçün aprelin 7-də Belçikanın paytaxtı Brüsselə səfər edəcək.

06 aprel 2015    05:04
122

DEPUTATIMIZ RUSİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Rasim Musabəyov aprelin 2-dən 4-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq. Millət vəkili Böyük Vətən Müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə iştirak edəcək.

02 aprel 2015    06:04
110

AZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Martın 31-də Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.

31 mart 2015    05:03
110

TÜRKPA-nın KOMİSSİYASINDA

Milli Məclisin deputatları Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva aprelin 1-dən 4-dək Türkiyənin Ankara şəhərinə səfər edəcəklər. Millət vəkilləri Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının birinci iclasında iştirak edəcəklər. Komissiyaya millət vəkili Əhliman Əmiraslanov rəhbərlik edir.

31 mart 2015    04:03
109

MİLLİ MƏCLİSDƏ UKRAYNALI DEPUTATLARLA GÖRÜŞ

Martın 30-da Milli Məclisdə ölkəmizin Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisindəki nümayəndə heyətinin Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşü keçirildi.

31 mart 2015    03:03
137

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 29-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının üzvü, Assambleyanın sabiq sədri Kanq Çanq Hinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

29 mart 2015    05:03
100

AZƏRBAYCANLA UNİCEF ARASINDA ƏMƏKDAŞLIQ İNKİŞAF EDİR

Martın 18-də Milli Məclis Sədrinin müavini Bahar Muradovanın UNİCEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə regional direktoru xanım Mari-Pyer Puarye ilə görüşü oldu.Qonağı Azərbaycan parlamentində salamlamaqdan məmnunluq duyduğunu bildirən Bahar Muradova ölkəmizlə UNİCEF arasındakı əlaqələrdən danışdı, bu əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcud oluğunu vurğuladı. Milli Məclisin Sədr müavini qarşılıqlı münasibətlərin inkişafında belə səfərlərin əhəmiyyətinə toxunararq dedi: “Siz Azərbaycana vacib bir missiya ilə gəlmisiniz. Azərbaycan hökuməti qadın və uşaqların hüquqlarının qorunmasına xüsusi önəm verir və bu sahədə UNİCEF-in gördüyü işləri təqdirəlayiq heab edir”.

19 mart 2015    06:03
100

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 19-da Milli Məclis Sədrinin müavini Bahar Muradovanın ölkəmizdə səfərdə olan İsveçrə Konfederasiyası Dövlət katibinin müavini, Federal Xarici İşlər Departamentinin siyasi direktor müavini Corc Martinlə görüşü oldu.

19 mart 2015    05:03

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.