Ana səhifə  /  XƏBƏRLƏR
94

MİLLİ MƏCLİSİN İCLASINDA

Aprelin 18-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov iclası açıq elan etdikdən sonra deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər.

21 aprel 2014    10:04
83

MDB Parlamentlərarası Assambleyasının iclaslarında

Aprelin 17-dən 20-dək Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının, 40-cı plenar sessiyasının, daimi komissiyaların və Gənclər Parlamentlərarası Assambleyasının iclasları keçiriləcəkdir.

17 aprel 2014    05:04
101

MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

Aprelin 15-də ölkəmizdə səfərdə olan Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri Komitəsinin üzvləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdülər.

15 aprel 2014    05:04
87

TÜRKPA-nın KOMİSSİYA İCLASLARINDA

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, deputatlar Əhliman Əmiraslanov və Sədaqət Vəliyeva Türkdilli Ölkələrin Parlament Assambleyası komissiyalarının iclaslarında iştirak etmək üçün aprelin 14-dən 17-dək Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaqlar.

11 aprel 2014    04:04
94

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ PARLAMENT ASSAMBLEYASINDA

Aprelin 9-u və 10-da Türkiyənin Antalya şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Mədəniyyət, təhsil və sosial məsələlər Komitəsinin 42-ci iclası keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatları Asəf Hacıyev və Jalə Əliyeva iştirak edəcəklər.

07 aprel 2014    04:04
70

ATƏT-in BÜRO İCLASINDA

Aprelin 5-də Milli Məclis Sədrinin müavini, ATƏT-in Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova və Milli Məclisin deputatı, ATƏT PA-nın Büro üzvü, həmçinin qurumun Təhlükəsizlik və siyasi məsələlər Ümumi Komitəsi sədrinin müavini Azay Quliyev Danimarkanın Kopenhagen şəhərinə səfərə yola düşəcəklər. Deputatlarımız qurumun Büro iclasında iştirak edəcəklər.

04 aprel 2014    11:04
73

TÜRKPA-nın TƏDBİRİNDƏ

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və deputat Musa Quliyev aprelin 7-də Türkiyənin Ankara şəhərinə səfər edəcəklər.

04 aprel 2014    03:04
78

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

Aprelin 7-dən 11-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.

04 aprel 2014    03:04
95

MİLLİ MƏCLİSİN DEPUTATLARI KOREYADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikası Milli Assambleyasının sədr müavininin dəvəti əsasında aprelin 4-də ölkənin paytaxtı Seula səfər edəcək.

03 aprel 2014    05:04
78

DEPUTATLARIMIZ RUMINİYADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin deputatları - Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev və qrupun üzvü Musa Quliyev Rumıniya parlamentinin Azərbaycanla dostluq qrupu rəhbərinin dəvəti ilə martın 16-da Buxarestə səfər edəcəklər.

14 mart 2014    04:03
80

SERBIYADA PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və deputat Astan Şahverdiyev Azərbaycan parlamentinin müşahidəçiləri qismində Serbiyada keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün martın 15-dən 18-dək Belqradda səfərdə olacaqlar.

13 mart 2014    05:03
110

AŞPA-NIN KOMİTƏLƏRİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün martın 12-dən 15-dək Fransada səfərdə olacaqlar.

11 mart 2014    05:03
80

AŞPA-nın KOMİTƏ İCLASLARINDA

Milli Məclisin deputatı Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm, təhsil və media komitəsinin yığıncağında iştirak etmək üçün martın 9-da Fransanın paytaxtı Parisə səfər edəcək.

07 mart 2014    09:03
85

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin sədri Musa Quliyev komitənin 42-ci iclasında iştirak etmək üçün martın 10-da Albaniyanın Tirana şəhərinə yola düşəcəkdir.

07 mart 2014    03:03
82

MOSKVADA BEYNƏLXALQ LAYİHƏNİN TƏQDİMATI OLACAQ

Milli Məclisin deputatı Mixail Zabelin “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsinin və layihə çərçivəsində hazırlanmış ilk kitabın təqdimat mərasimində iştirak etmək üçün martın 11-də Rusiyanın paytaxtı Moskvaya səfərə yola düşəcək.

07 mart 2014    02:03
75

DEPUTATIMIZ İTALİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı, İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli martın 6-da İtaliyaya səfər edəcək.

05 mart 2014    06:03
66

AŞPA-NIN KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Elxan Süleymanov qurumun Monitorinq komitəsinin iclasında iştirak etmək üçün fevralın 26-dan martın 1-dək Maltada səfərdə olacaqlar.

26 fevral 2014    04:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.