Ana səhifə  /  XƏBƏRLƏR
100

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatları Elton Məmmədov, Mirkazım Kazımov və Əli Məsimli iyunun 14-dən Niderland Krallığında səfərdə olacaqlar.

11 iyun 2012    06:06
65

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 8-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Xarici əlaqələr komitəsinin sədri, AFR-in hakim CSU partiyasının üzvü Ruprext Polens ilə görüşdü.

08 iyun 2012    01:06
65

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 6-da Milli Məclis Sədrinin müavini Bahar Muradova Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycandakı rezident nümayəndəsi xanım Kim Eun Suk ilə görüşdü.

07 iyun 2012    10:06
62

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Ölkəmizdə səfərdə olan Macarıstan-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri iyunun 6-da Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdü.

06 iyun 2012    06:06
77

DEPUTATLARIMIZ ÇEXİYADA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Gülər Əhmədova, qrupun üzvləri Sədaqət Vəliyeva, Malik Həsənov və Ülvi Quliyev iyunun 4-də Çexiyanın paytaxtı Praqaya səfər edəcəklər. Səfər Çexiya Parlamentinin Deputatlar Palatasının Azərbaycanla dostluq qrupunun dəvəti ilə həyata keçirilir.

02 iyun 2012    01:06
70

SİMPOZİUMDA QARABAĞDAN DANIŞILACAQ

Milli Məclisin deputatı Qənirə Paşayeva mayın 29-dan 31-dək Türkiyə Cümhuriyyətində səfərdə olacaq. Deputatımız öncə Türk Ocaqlarının 100 illiyi çərçivəsində paytaxt Ankarada keçiriləcək II Türk Dünyası Qadınlar Qurultayında iştirak edəcək. Daha sonra Qənirə Paşayeva “Qarabağdan Amasiyaya könül körpüsü: Beynəlxalq Mir Həmzə Seyid Nigari” adlı simpoziumda iştirak etmək üçün Amasiya şəhərinə yollanacaq.

30 may 2012    09:05
156

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 30-da Milli Məclis Sədrinin müavini Bahar Muradova Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenko ilə görüşdü.

30 may 2012    03:05
62

DÜNYA QADINLARI SAMMİTƏ TOPLANIR

Milli Məclisin deputatı, AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin üzvü Qənirə Paşayeva Ümumdünya Qadın Sammitində iştirak etmək üçün mayın 31-də Yunanıstanın paytaxtı Afinaya səfərə yola düşəcək.Azərbaycan parlamentinin deputatı Sammitdə çıxış edəcək. Müzakirələrdə, həmçinin tədbir çərçivəsində keçirilən görüşlərdə ölkəmizin maraqları baxımından mövqeyini bildirəcək.

29 may 2012    03:05
1114

AŞPA-NIN KOMİTƏLƏRİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sabir Hacıyev AŞPA-nın Siyasi işlər və demokratiya və Monitorinq Komitələrinin iclaslarında iştirak etmək üçün mayın 28-dən iyunun 2-dək Parisdə səfərdə olacaqlar.

26 may 2012    12:05
70

NATO PA-nın YAZ SESSİYASINDA

Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Siyavuş Novruzov, Tahir Süleymanov və Qüdrət Həsənquliyev qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 24-də Estoniyanın paytaxtı Tallin şəhərinə səfərə yola düşəcəklər.

22 may 2012    03:05
66

DEPUTATLARIMIZ GƏNCLƏR FORUMUNDA İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin deputatları Gülər Əhmədova və Sədaqət Vəliyeva Azərbaycan-Şimali Kipr Gənclər Forumunda iştirak etmək üçün mayın 23-də Şimali Kipr Türk Cümhuriyyətinin Ərcan şəhərinə səfər edəcəklər.

21 may 2012    05:05
75

DEPUTATLARIMIZ QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Parlament Məclisi Sədrinin müavini Asəf Hacıyev, millət vəkilləri Musa Quliyev və Jalə Əliyeva qurumun Baş Assambleyasının 39-cu plenar iclasında iştirak etmək üçün mayın 21-də Ermənistanın Yerevan şəhərinə səfər edəcəklər.

18 may 2012    05:05
54

AŞPA-NIN KOMİTƏ İCLASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva mayın 21-dən 23-dək Fransada səfərdə olacaq.

18 may 2012    04:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.