Ana səhifə  /  XƏBƏRLƏR
74

DEPUTATIMIZ AŞPA-nın KOMİTƏSİNDƏ MƏRUZƏ EDƏCƏK

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov qurumun Hüquqi işlər və insan haqları Komitəsinin iclasında iştirak etmək üçün mayın 20-dən 22-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq. Daha sonra Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm və təhsil Komitəsinin iclasına qatılmaq üçün mayın 28-də Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcək.

18 may 2012    04:05
75

ALMANİYA BUNDESTAQININ DEPUTATI BAKIDA

Mayın 18-də Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri Almaniya Bundestaqının deputatı Frank Haynrixlə görüşdülər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, işçi qrupun üzvü Rövşən Rzayev qonağa ölkəmiz barədə ətraflı məlumat verdi.

18 may 2012    03:05
64

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 17-də Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli BMT-nin sağlamlıq hüququna dair xüsusi məruzəçisi Anand Qroverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

17 may 2012    02:05
93

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 16-da Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri Almaniya Bundestaqının deputatı Folker Bek ilə görüşdülər.

16 may 2012    06:05
82

TÜRKMƏNİSTANDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏKDİR

Mayın 18-19-da Türkmənistanın Aşqabad şəhərində “Türkmənistan Konstitusiyasının 20 ili: müstəqil dövlət quruculuğunun tarixi təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir.

15 may 2012    06:05
75

ATƏT PA-nın Batumi konfransında

Xəbər verildiyi kimi, Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti mayın 12-dən 14-dək Gürcüstanın Batumi şəhərində “ATƏT regionunda davamlı iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi” mövzusunda keçirilmiş konfransda iştirak edib.

15 may 2012    05:05
74

BEYNƏLXALQ FORUMDA

Milli Məclisin deputatları Xanhüseyn Kazımlı və Azər Badamov İslam biznesi və maliyyəsi üzrə IV Beynəlxalq Forumda iştirak etmək üçün mayın 16-dan 18-dək Rusiya Federasiyasının Kazan şəhərində səfərdə olacaqlar. Kazan sammitində əsasən Rusiya ilə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq, uzunmüddətli əlaqələrin qurulması üçün ticarət və investisiya mühiti öyrəniləcək.

15 may 2012    05:05
66

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayin 14-də Milli Məclisdə İsrail parlamentinin deputatları Orit Zuares və Fania Kirşenbaum Azərbaycan-İsrail parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüdülər.

14 may 2012    05:05
60

DEPUTATLARIMIZ MDB PARLAMENTLƏRARASI ASSAMBLEYANIN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin bir qrup deputatı Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın toplantılarında iştirak etmək üçün mayın 14-dən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində səfərdə olacaqlar. Nümayəndə heyətinin tərkibinə parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlardan Fəzail Ağamalı, Elmira Axundova, Elton Məmmədov, Aslan Cəfərov, Adil Əliyev, Rüfət Quliyev, İqbal Məmmədov və Mirkazım Kazımov daxildirlər.

14 may 2012    05:05
75

ATƏT PA-nın İQTİSADİ KONFRANSINDA

Milli Məclis Sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan parlamentinin nümayəndə heyəti “ATƏT regionunda iqtisadi əməkdaşlığın və sabitliyin möhkəmləndirilməsi” mövzusunda keçiriləcək iqtisadi konfransda iştirak etmək üçün mayın 11-də Gürcüstanın Batumi şəhərinə səfərə yola düşəcək. Nümayəndə heyətinə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, Regional məsələlər komitəsinin sədr müavini Fəttah Heydərov və deputat Azay Quliyev daxildirlər.

08 may 2012    03:05
77

ƏLCƏZAİRDƏ PARLAMENT SEÇKİLƏRİ

Milli Məclisin deputatları Mirkazım Kazımov və Xanhüseyn Kazımlı İslam Əməkdaşlığı Təşkilatının xətti ilə müşahidəçi qismində parlament seçkilərini izləmək üçün mayın 9-da Əlcəzair Xalq Demokratik Respublikasına səfərə yola düşəcəklər.

07 may 2012    12:05
63

LİTVADA BEYNƏLXALQ PARLAMENT KONFRANSI

Milli Məclisin deputatı, GUAM PA-nın sədri, eyni zamanda qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Elton Məmmədov və deputat Əli Məsimli mayın 9-dan 13-dək Litvanın Palanqa şəhərində səfərdə olacaqlar. Deputatlarımız Baltik Assambleyasının təşkil etdiyi Avropa İttifaqı ilə əməkdaşlığa dair Beynəlxalq Parlament Konfransına qatılacaqlar.

07 may 2012    12:05
8259

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Aprelin 27-də Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov GUAM-ın Baş katibi Valeriy Çeçelaşvili ilə görüşdü.

27 aprel 2012    05:04
70

DƏYİRMİ MASA ƏTRAFINDA

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Rusiya Dövlət Duması: Avrasiya məkanında parlamentarizmin yaradılması” mövzusuna həsr olunan dəyirmi masada iştirak etmək üçün aprelin 27-dən 29-dək Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olacaq.

26 aprel 2012    02:04
83

AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİNİN 20 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİRLƏRDƏ

Milli Məclisin deputatları - Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, Sevinc Fətəliyeva, Asim Mollazadə, Ceyhun Osmanlı və Cavanşir Paşazadə Azərbaycan-ABŞ münasibətlərinin 20 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün aprelin 25-dən 27-dək Vaşinqtonda səfərdə olacaqlar.

24 aprel 2012    03:04
188

Dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolu böyükdür

Aprelin 24-də Bakıda səfərdə olan İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Abdurrauf ər-Ravabidənin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisin Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdü.

24 aprel 2012    03:04
116

MİİLİ MƏCLİSDƏ GÖRÜŞ

Aprelin 24-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri İordaniya Haşimilər Krallığı Senatı sədrinin birinci müavini Abdurrauf əl-Ravabidənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər.

24 aprel 2012    03:04

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.