MİLLİ MƏCLİSDƏ AŞPA-nın SOSİAL MƏSƏLƏLƏR, SAĞLAMLIQ VƏ DAVAMLI İNKİŞAF ÜZRƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
İyunun 1-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin iclası keçirildi. İclası Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komitəsinin sədr müavini, parlamentin AŞPA-dakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva açaraq iclasın gündəliyi barədə məlumatı diqqətə çatdırdı.
MİLLİ MƏCLİSİN 2017-Cİ İLİN YAZ SESSİYASININ SON İCLASI KEÇİRİLDİ
Mayın 31-də Milli Məclisin 2017-ci il yaz sessiyasının sonuncu iclası keçirildi. İclası parlamentin Sədri Oqtay Əsədov açdı. Gündəliyin təsdiqindən sonra müzakirələr başlanıldı. Əvvəlcə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumatı diqqətə çatdırdı. O, bildirdi ki, yeni layihəyə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq.
MİLLİ MƏCLİSDƏ AŞPA-NIN UŞAQLAR ÜZRƏ ALT KOMİTƏSİNİN SEMİNARI KEÇİRİLDİ
Mayın 31-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Uşaqlar üzrə alt komitəsinin seminarı keçirildi. “Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən parlament seminarını Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açdı.
MİLLİ MƏCLİSDƏ “SOSİAL XİDMƏT HAQQINDA” QANUNUN İCRASI İLƏ BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLDİ
Mayın 18-də Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda sosial xidmət sisteminin hüquqi, iqtisadi və təşkilati əsasları” mövzusunda Dəyirmi Masa keçirildi.Toplantını giriş sözü ilə açan komitə sədri Hadi Rəcəbli “Sosial xidmət haqqında” qanunun icrası barədə danışaraq bildirdi ki, Azərbaycanda bu sistem getdikcə təkmilləşir. Qeyd olundu ki, ölkə Prezidenti İlham Əliyev “Sosial xidmət haqqında” 2011-ci il 30 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar Fərman imzalayıb. Fərmanda qanunun tətbiqi ilə əlaqədar ayrı-ayrı məsələlərin həlli il bağlı Nazirlər Kabinetinə tapşırıqlar verilib.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 16-da Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. 10 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra deputatlar günün aktual məsələlərinə münasibət bildirdilər. Əsas mövzu Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğv edilməsi barədə Rusiya Ali Məhkəməsinin qərarı oldu.
MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 2-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. 14 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri AŞPA-nın yaz sessiyasında Türkiyənin yenidən monitorinq mərhələsinə qaytarılması məsələsinə münasibətini açıqladı. Bildirdi ki, AŞPA-nın həmin qərarı qeyri-obyektiv qərardır. Türkiyə bu qurumun bünövrəsini qoyan ölkələrdən biridir və 1949-cu ildən AŞPA-nın üzvüdür. 13 il əvvəl post-monitorinq mərhələsinə keçən ölkənin yenidən monitorinq mərhələsinə qaytarılması AŞPA-nın tarixində ilk hadisədir. Oqtay Əsədov dedi ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti də o qərara qarşı etirazını bildirib.
MİLLİ MƏCLİSDƏ “HEYDƏR ƏLİYEV MİLLİ PARLAMENTARİZMİN BANİSİDİR: GƏNCLƏRİN GÖZÜ İLƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ
Mayın 1-də parlamentdə “Heydər Əliyev milli parlamentarizmin banisidir: Gənclərin gözü ilə” mövzusunda Dəyirmi Masa keçirildi. Tədbir Milli Məclisin Gənclər və idman komitəsinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, hakim partiyanın gənc fəallarının təşkilatçılığı ilə hazırlanmışdı. Tədbiri giriş sözü ilə açan komitə sədri Fuad Muradov bildirdi ki, gənclər Azərbaycanın quruculuq işində aktiv iştirak edirlər. Hər bir Azərbaycan gənci ulu öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləyir.
TÜTÜNƏ QARŞI MÜBARİZƏ QANUNLA TƏNZİMLƏNƏCƏK
Aprelin 27-də Milli Məclisdə “Azərbaycanda tütün məmulatlarından istifadə ilə mübarizədə qanunvericiliyin gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirildi. Əmək və sosial siyasət, İnsan hüquqları, Səhiyyə, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət komitələrinin birgə iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə, Gənclər və İdman, Ədliyyə nazirliklərinin, Ümumdünya Səhiyyə Təşkilatının, Ombudsman Aparatının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Azad İstehlakçılar Birliyinin və digər ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri iştirak edirdilər.
MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 25-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Gündəliyin təsdiqindən sonra qanun layihələrinin müzakirəsinə başlanıldı. Əvvəlcə Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi.
MİLLİ MƏCLİSDƏ QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRİ KEÇİRİLDİ
Aprelin 25-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclası keçirildi. Tədbirdə QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, quruma üzv ölkələrdən Azərbaycan, Türkiyə, Ukrayna, Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya və Serbiyanın nümayəndə heyətləri iştirak edirdilər. İclası komitənin sədr müavini, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Özcan Ulupınar aparırdı. İclasın açılışında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov iştirakçıları parlament rəhbərliyi adından salamlayaraq onlara uğurlu və səmərəli iş arzuladı.
MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 14-də Milli Məclisin növbəti plenar iclası keçirildi.Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı ildəki fəaliyyəti haqqında hesabatını təqdim etmək üçün Palatanın sədri Vüqar Gülməmmədova söz verdi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 7-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası parlamentin Sədri Oqtay Əsədov açdı.Əvvəlcə iclasda cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Siyavuş Novruzov, Zahid Oruc, Aydın Mirzəzadə, Elmira Axundova, Mixail Zabelin, Əhliman Əmiraslanov, Əli Hüseynli, Çingiz Qənizadə, Azay Quliyev ictimai-siyasi hadisələrlə bağlı vacib məsələlərdən, ötən ilin aprel döyüşlərində ordumuzun əldə etdiyi uğurlardan danışdılar.
MİLLİ MƏCLİSDƏ HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ
Martın 17-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Sədr Oqtay Əsədov iclası açdı. Gündəliyin təsdiqindən sonra Spiker bildirdi ki, bu gün qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabat dinləniləcək. Hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı.
MİLLİ MƏCLİSDƏ AŞPA-nın MİQRASİYA, QAÇQINLAR VƏ MƏCBURİ KÖÇKÜNLƏR KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
Martın 15-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası öz işinə başladı.Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, təşkilatın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin sədri Sahibə Qafarova tədbiri giriş sözü ilə açaraq gündəlik və iştirakçılar barədə məlumat verdi.
MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 10-da Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Öncə “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin ikinci oxunuşda yarımçıq qalmış müzakirəsi davam etdirildi.
MİLLİ MƏCLİSİN NÖVBƏTİ İCLASI KEÇİRİLDİ
Martın 7-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak edirdi.
MİLLİ MƏCLİSİN XOCALI SOYQIRIMININ 25 İLLİYİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ İCLASI KEÇİRİLDİ
Fevralın 24-də Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Milli Məclisin xüsusi iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Bütün şəhidlərimizə rəhmət diləyən parlamentin Spikeri Xocalı faciəsinin 25 illliyi ilə əlaqədar çıxışında bu soyqırımı xalqımıza qarşı həyata keçirilən qəsbkarlıq, etnik təmizləmə siyasətinin yeni qanlı səhifəsi adlandırdı.
ŞOTLANDİYA PARLAMENTİ XOCALI FACİƏSİNƏ SİYASİ QİYMƏT VERMİŞDİR
Xəbər verildiyi kimi, ötən ilin noyabrında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Böyük Britaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər etmişlər.
PARLAMENTDƏ KİV RƏHBƏRLƏRİ İLƏ GÖRÜŞ
Fevralın 17-də Milli Məclisdə ölkəmizdə fəaliyyət göstərən bir sıra media orqanlarının rəhbərləri ilə görüş keçirildi. Azərbaycan parlamenti ilə Azərbaycan Mətbuat Şurasının birgə təşkil etdiyi görüşü Milli Məclis Sədrinin müavini Bahar Muradova aparırdı. Tədbirdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iştirak edirdi.
MİLLİ MƏCLİSDƏ AİLƏ İNSTİTUTUNUN FORMALAŞMASI MƏSƏLƏLƏRİ MÜZAKİRƏ OLUNDU
Fevralın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil etdiyi “Ailə İnstitutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda dəyirmi masa keçirildi.