MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 29-da Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası parlamentin Sədri Oqtay Əsədov açdı. Əvvəlcə iclasda cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Zahid Oruc, Fərəc Quliyev, Əli Məsimli, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Elşən Musayev, Fazil Mustafa, Sahib Alıyev, Elman Nəsirov ölkə gündəmi ilə əlaqədar vacib məsələlərdən, cəbhə zonasında baş verən hadisələrdən, Ermənistan dövlətinin riyakarlığından, Azərbaycan ordusunun əsgər və zabitlərinin şücaətindən danışdılar. Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova Azərbaycan dövlətinin BMT-nin və digər beynəlxalq qurumlar qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən ətraflı söhbət açdı.
DƏYİRMİ MASADA
Aprelin 21-də Milli Məclisdə “Yetkinlik yaşına çatmayanların ədalət mühakiməsinə dair qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa keçirildi. Tədbiri İnsan hüquqları komitəsi, Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və UNİCEF birgə təşkil etmişdilər. Dəyirmi masanın açılışında Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, ölkəmizdə uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.
MİLLİ MƏCLİSDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ
Aprelin 15-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. 9 məsələdən ibarət gündəlik təsdiqləndi. Cari məsələlərin müzakirəsində deputatlar bəzi saytlarda həqiqətə uyğun olmayan, qeyri-obyektiv informasiyaların yer almasından narazılıqlarını bildirdilər. Vurğulandı ki, Vətən torpaqlarının azadlığı və şəhidlərimiz məsələsindən çirkin siyasi məqsədlərlə istifadə olunması yolverilməzdir.
MİLLİ MƏCLİSDƏ OMBUDSMANIN HESABATI DİNLƏNİLDİ
Aprelin 5-də Milli Məclisin növbəti iclası keçirildi. Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi elan etdikdən sonra cəbhə xəttindəki mövcud vəziyyətlə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, Azərbaycan hər zaman atəşkəsə sadiq olub.
ERMƏNİSTANIN NÖVBƏTİ TƏXRİBATI
Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə heyətinin üzvü Rövşən Rzayev Milli Məclisin Mətbuat xidmətinə bildirmişdir ki, dünən - aprelin 1-dən 2-nə keçən gecə erməni separatçı qüvvələri cəbhənin Tərtər istiqamətində növbəti dəfə atəşkəsi pozmuşlar.
MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 18-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Sədr Oqtay Əsədov iclası açaraq Novruz Bayramı ərəfəsində 148 məhkumun əfv edilməsi ilə bağlı sərəncam imzaladığına görə ölkə Prezidentinə minnətdarlığını bildirdi. Bunu 148 ailəyə sonsuz bayram sevincinin bəxş olunması kimi qiymətləndirən spikerin sözləri millət vəkilləri tərəfindən alqışlarla qarşılandı. Gündəliyin təsdiqindən dərhal qanun layihələrinin müzakirəsinə başlanıldı.
MİLLİ MƏCLİSDƏ HÖKUMƏTİN HESABATI DİNLƏNİLDİ
Martın 15-də Milli Məclisin növbəti plenar iclasını açan Spiker Oqtay Əsədovun təklifinə əsasən, öncə qardaş Türkiyənin paytaxtı Ankarada törədilmiş terror aktı nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Deputatlar hadisə zamanı yaralananlara şəfa dilədilər. Sonra 3 məsələdən ibarət gündəlik təsdiqləndi. Milli Məclisin Sədri bildirdi ki, bu gün yaz sessiyasının beşinci iclasıdır və qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək. Qeyd edək ki, hökumətin hesabatı kitab şəklində çap olunaraq deputatlara paylanılmışdı.
MİLLİ MƏCLİSİN İCLASINDA
Martın 4-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəlikdəki ilk 24 məsələ ölkəmizdə həyata keçirilən iqtisadi islahatlarla əlaqədardır.
Hasan SUBAŞI: “HƏR ZAMAN CAN AZƏRBAYCANIN YANINDAYIQ.”
Fevralın 25-də Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycan Skautlar Assosiasiyasının və Türkiyə İzçilik Federasiyasının nümayəndələri ilə görüşdü.
MİLLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 23-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan parlamentin Sədri Oqtay Əsədov gündəliyi elan etdi. Əvvəlcə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə sənəd müzakirə edildi. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə çıxış edərək bildirdi ki, ölkəmiz son on ildə sosial-iqtisadi həyatın bütün sahələrində böyük nailiyyətlər qazanıb, regionda lider dövlətə çevrilib.
MİLLİ MƏCLİSDƏ XOCALI SOYQIRIMINA DAİR İCTİMAİ MÜZAKİRƏ
Fevralın 17-də Azərbaycan parlamentində “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” mövzusunda ictimai müzakirə keçirildi. Tədbirdə Milli Məclisin üzvləri, alimlər, dövlət orqanlarının və QHT-lərin təmsilçiləri, KİV nümayəndələri iştirak edirdilər. İctimai müzakirədə Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad olundu.
MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 12-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə yaz sessiyasının növbəti plenar iclası keçirildi. 7 məsələdən ibarət gündəlik təsdiqləndi. Öncə iclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi.
ATƏT PA-nın BAŞ KATİBİNDƏN TƏŞƏKKÜR MƏKTUBU ALINMIŞDIR
Bu günlərdə ATƏT Parlament Assambleyasının Baş katibi Roberto Montella Milli Məclisin qurumdakı nümayəndə heyətinin rəhbəri Bahar xanım Muradovaya təşəkkür məktubu ünvanlamışdır. Məktubda onun təşkilatda Baş katib kimi yüksək vəzifəyə seçilməsi münasibəti ilə təbrikə görə minnətdarlıq bildirilir, bu vəzifədə nümayəndə heyətinə, eləcə də qurumun bütün üzvlərinə dəstək olacağı ifadə olunur.
MİLLİ MƏCLİSİN İCLASINDA
Fevralın 1-də Milli Məclisin 2016-ci il yaz sessiyasında ilk plenar iclası keçirildi. Parlamentin spikeri Oqtay Əsədov iclası açıq elan etdikdən sonra Azərbaycanın Dövlət himni səsləndirildi.Sonra millət vəkilləri sabiq deputat, görkəmli ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Gündəliyin təsdiqindən sonra müzakirələrə başlanıldı. Əvvəlcə Milli Məclisin İntizam Komissiyasının yenidən təşkil edilməsi haqqında sənədə baxıldı.
MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR İCLASI KEÇİRİLDİ
Yanvarın 19-da Milli Məclisin növbədənkənar iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.
MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI SONA ÇATDI
Dekabrın 29-da Milli Məclisin payız sessiyasının son iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açdıqdan sonra gündəlik təsdiq edildi.Cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev bildirdi ki, konstitusion hüququndan istifadə edərək “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” qərar layihəsi hazırlayıb.
İŞÇİ QRUPUN İCLASI KEÇİRİLDİ
Dekabrın 24-də Milli Məclisdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun növbəti iclası keçirildi. Tədbirdə dövlət nümayəndələri, deputatlar, vətəndaş cəmiyyətinin təmsilçiləri və mətbuat işçiləri iştirak edirdilər.
MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 4-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirildi. İclası Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov aparırdı.
AVSTRALİYA AZƏRBAYCANIN HAQLI MÖVQEYİNİ DƏSTƏKLƏYİR
Avstraliya Parlamentinin üzvü, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Luke Simpkinsin başçılıq etdiyi nümayəndə heyəti cari il oktyabr ayının sonlarında Azərbaycanda səfərdə olmuş, parlament seçkiləri ərəfəsində bir sıra görüşlər keçirmiş və ölkəmizdə seçkiqabağı vəziyyətlə yaxından tanış olmuşdur.
MİLLİ MƏCLİSİN İCLASINDA
Dekabrın 1-də Milli Məclisin beşinci çağırış yeni tərkibdə növbəti iclası keçirildi. İclası açan parlament Sədri Oqtay Əsədov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilmiş islahatlar, ölkəmizin demokratik inkişafı parlament seçkilərinin də azad və ədalətli keçirilməsi üçün lazımi şərait yaratmışdır. Bu demokratik və şəffaf seçkilərin nəticəsi olaraq ölkəmizin beşinci çağırış Milli Məclisi uğurla formalaşmışdır. Seçkiləri müşahidə edən çoxsaylı müşahidəçilər seçkilərin azad keçirildiyini vurğulamış, nəticələri yüksək dəyərləndirmişlər. Oqtay Əsədov deputatlar adından parlament seçkilərinin yüksək səviyyədə keçirilməsinə görə Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə, üzvlərinə və MSK aparatının əməkdaşlarına dərin minnətdarlığını bildirdi.