Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
176

MİLLİ MƏCLİSİN İCLASINDA XOCALI SOYQIRIMI YAD EDİLDİ

Fevralın 25-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədovun təklifi ilə bu günlərdə 22-ci ildönümü qeyd olunan Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

25 fevral 2014    06:02
167

MİLLİ MƏCLİSİN İCLASINDA

Fevralın 14-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açıq elan edən Milli Məclisin Sədri Oqtay Əsədov iclasın gündəliyinə 12 məsələnin daxil edildiyini bildirdi. Deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər. Çıxışlarda son vaxtlar cəbhə xəttində erməni silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasının narahatlıq doğurduğu qeyd olundu. Soçidə keçirilən XXII Qış Olimpiya Oyunları zamanı “Olimpiya atəşkəsi”nə riayət edilməsi çağırışına erməni silahlı qüvvələrinin məhəl qoymaması pislənildi.

14 fevral 2014    06:02
166

MİLLİ MƏCLİSDƏ MƏTBUAT KONFRANSI

Fevralın 8-də ölkəmizdə səfərdə olan İspaniya Parlamentinin deputatı Xose Maria Çikiyonun başçılıq etdiyi İspaniya nümayəndə heyəti Milli Məclisdə mətbuat konfransı keçirdi.

08 fevral 2014    01:02
194

MİLLİ MƏCLİSİN YAZ SESSİYASINDA İLK İCLASI KEÇİRİLDİ

Fevralın 3-də Milli Məclisin 2014-cü ilin yaz sessiyasında ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

03 fevral 2014    06:02
171

MİLLİ MƏCLİSİN PAYIZ SESSİYASI BAŞA ÇATDI

Dekabrın 27-də Milli Məclisin payız sessiyasında son iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbriklərini çatdırdı.

28 dekabr 2013    03:12
179

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 17-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlamentin Sədri əvvəlcə deputatları “Şahdəniz - 2” layihəsinin imzalanması münasibəti ilə təbrik etdi. O, bunu Azərbaycanın Ulu öndəri Heydər Əliyevin neft strategiyası nailiyyətlərinin davamı, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirdi. Bildirildi ki, bu layihə Azərbaycan xalqının rifahına xidmət edəcək.

17 dekabr 2013    05:12
184

MİLLİ MƏCLİSDƏ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLDİ

Dekabrın 16-da Milli Məclisdə “MDB ölkələrində seçki qanunvericiliyinin inkişafı: təkmilləşdirmə yolları və tətbiq praktikası” mövzusunda beynəlxalq seminar keçirildi. Tədbirdə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, Parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Milli Məclisin üzvləri, Azərbaycan Ombudsmanı Elmira Süleymanova, MDB Parlament Assambleyasının baş katibi Aleksey Sergeyev, MDB İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkun, MDB-yə üzv ölkələrin deputatları, üzv ölkələrin mərkəzi seçki komissiyalarının üzvləri, MDB ölkələri üzrə ekspertlər və digər qonaqlar iştirak edirdilər.

16 dekabr 2013    06:12
232

MİLLİ MƏCLİSDƏ İNSAN HÜQUQ VƏ AZADLIQLARININ MÜDAFİƏSİNƏ DAİR DƏYİRMİ MASA KEÇİRİLDİ

Dekabrın 9-da Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə təşkilatçılığı ilə "Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"ndan irəli gələn vəzifələr və milli qanunvericilik" mövzusunda "dəyirmi masa" keçirildi.

09 dekabr 2013    04:12
201

MİLLİ MƏCLİSİN İCLASINDA

Dekabrın 3-də Milli Məclisin Spikeri Oqtay Əsədovun sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirildi. Öncə iclasın gündəliyi təsdiqləndi. Cari məsələlərə dair millət vəkillərinin fikirləri, təklifləri dinlənildikdən sonra Milli Məclisin Sədri Oqtay Əsədov deputatların qaldırdıqları məsələlərə münasibətini açıqladı.

03 dekabr 2013    06:12
268

MİLLİ MƏCLİSİN İCLASINDA 2014-CÜ İLİN DÖVLƏT BÜDCƏSİ VƏ BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏR TƏSDİQLƏNDİ

Noyabrın 22-də Milli Məclisin növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin parlamentdə müzakirəsi zamanı deputatların əksəriyyəti çıxış etmiş, bir sıra rəy və təkliflər səsləndirmişlər. Hökumət deputatların qaldırdıqları məsələləri bir daha müzakirə etmiş və gələn ilin əsas maliyyə sənədinə bəzi dəyişikliklər olunmuşdur.

22 noyabr 2013    05:11
240

MİLLİ MƏCLİSDƏ 2014-CÜ İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLİR

Noyabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun sədrliyi ilə keçən plenar iclasda “Azərbaycan Respublikası 2014-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi davam etdirildi. Çıxış edən deputatlar - Elton Məmmədov, Qənirə Paşayeva, Musa Quliyev, Fəzail Ağamalı, Rəfael Cəbrayılov, Vahid Əhmədov, İqbal Ağazadə, Xanhüseyn Kazımlı, Eldar İbrahimov, Abel Məhərrəmov, Çingiz Qənizadə bildirdilər ki, 2014-cü ilin dövlət büdcəsi ölkənin bütün prioritet sahələrinə ayrılan vəsaitlərin artırılmasına, ölkənin iqtisadi qüdrətinin daha da gücləndirilməsinə, iqtisadiyyatın səmərəliliyinin və dayanıqlılığının təmin edilməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, qeyri-neft sektorunun inkişafına, istehsal və sosial infrastrukturların müasir tələblər səviyyəsinə çatdırılmasına, müxtəlif iri həcmli proqram və layihələrin reallaşdırılmasına maliyyə təminatı yaradacaq.

14 noyabr 2013    11:11
268

MİLLİ MƏCLİSDƏ ŞƏHƏRLƏRİN FORMALAŞMASI MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ

Noyabrın 8-də Milli Məclisdə "Şəhərlərin formalaşmasında hüquq bir alət kimi" mövzusunda dəyirmi masa keçirildi.Milli Məclisin təşkilatçılığı və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin "Cənubi Qafqazda məhkəmə və hüquq islahatlarının dəstəklənməsi" proqramı çərçivəsində baş tutan tədbirdə bu il yanvarın 1-dən qüvvəyə minən Şəhərsalma və Tikinti Məcəlləsinin icrası ilə bağlı məruzələr təqdim olundu, müzakirələr aparıldı.

08 noyabr 2013    04:11
251

MİLLİ MƏCLİSİN İCLASINDA

Oktyabrın 29-da Milli Məclisin payız sessiyasının növbəti iclası keçirildi. Əvvəlcə deputatlar cari məsələlər barədə fikirlərini bildirdilər. Milli Məclisin Sədri Oqtay Əsədov qaldırılan məsələlərə münasibətini bildirdikdən sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlandı.

29 oktyabr 2013    06:10
273

PARLAMENTDƏ ƏLİL GƏNCLƏRİN BEYNƏLXALQ YARADICILIQ FESTİVALI ÇƏRÇİVƏSİNDƏ GÖRÜŞ KEÇİRİLDİ

Sentyabrın 12-də Milli Məclisdə “Şərq nağılı” - əlil gənclərin birinci Beynəlxalq Yaradıcılıq Festivalı çərçivəsində görüş keçirildi. Tədbiri açan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, bu gün fiziki qüsurli insanların cəmiyyətə inteqrasiyasını sürətləndirmək məqsədilə Azərbaycanda çox işlər görülür. Komitə sədri ölkədə parolimpiya idman növlərinin geniş vüsət aldığını, Sumqayıt şəhərində məxsusi olaraq bu idman növləri ilə məşğul olmaq üçün geniş idman kompleksinin fəaliyyətə başladığını dedi.

12 sentyabr 2013    06:09
341

DEPUTATLARIMIZ AŞPA-nın KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov, deputatlardan Sabir Hacıyev və Fazil Mustafa Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi işlər və insan haqları komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 3-dən 6-dək Fransada səfərdə olacaqlar.

02 sentyabr 2013    12:09

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.