Ana səhifə  /  XƏBƏRLƏR
153

ÜMUMÇİN GƏNCLƏR FEDERASİYASININ NÜMAYƏNDƏLƏRİ MİLLİ MƏCLİSDƏ

Aprelin 12-də Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Ümumçin Gənclər Federasiyasının nümayəndə heyəti ilə görüşdü. Fuad Muradov qonaqlara Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazanılan nailiyyətlər, reallaşdırılan iri layihələr, ölkədə yürüdülən gənclər siyasəti barədə ətraflı məlumat verdi. Ümumçin Gənclər Federasiyasının nümayəndə heyətinin Bakıya gəlişini Azərbaycanın tarixində mühüm siyasi hadisənin baş verdiyi bir zamanda səfər etdiyini deyən komitə sədri Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, sosial, mədəni həyatında fəal iştirak etdiyini diqqətə çatdırdı.

12 aprel 2018    06:04
131

MONTENEQRODA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün aprelin 11-dən 16-dək bu ölkənin baş şəhəri Podqoritsada səfərdə olacaq.

10 aprel 2018    11:04
141

MOSKVADA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Mixail Zabelin Moskvada keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün martın 29-dan 31-dək Rusiya Federasiyasında səfərdə olacaqdır.

29 mart 2018    05:03
154

DEPUTATIMIZ BRÜSSELDƏ GÖRÜŞLƏR KEÇİRƏCƏK

Milli Məclisin deputatı Azər Kərimli martın 26-da Belçikanın paytaxtı Brüsselə səfər edəcək.Millət vəkili Avropa Parlamentinin üzvləri ilə bir sıra görüşlər keçirəcək.

19 mart 2018    03:03
145

VİKTOR PAUL DOBRE: “Azərbaycan-Rumıniya arasında əməkdaşlığın inkişaf potensialı genişdir”

Martın 15-də Milli Məclisin Rumıniya parlamenti ilə əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Deputatlar Palatasının üzvü, Rumıniya-Azərbaycan dostluq qrupunun rəhbəri Viktor Paul Dobrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.Millət vəkili, Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev iki ölkə arasındakı dostluq münasibətlərindən söz açdı.

15 mart 2018    05:03
134

RUSİYADA PREZİDENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK

Xəbər verildiyi kimi, martın 18-də Rusiya Federasiyasında prezident seçkiləri keçiriləcək. Həmin gün seçkilərin gedişini izləmək üçün Milli Məclisin bir qrup deputatı martın 16-dan etibarən Rusiyanın müxtəlif şəhərlərinə səfərə yola düşəcək. Milli Məclis Sədrinin birinci müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun koordinatoru Ziyafət Əsgərov və deputat Rauf Əliyev paytaxt Moskvada, deputat Elmira Axundova isə Sankt-Peterburqda MDB PA-nın xətti ilə seçki prosesini izləyəcək.

15 mart 2018    05:03
136

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Martın 15-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Viktor Paul Dobrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

15 mart 2018    05:03
122

DEPUTATIMIZ AVROPA PARLAMENTİNİN ÜZVLƏRİ İLƏ GÖRÜŞƏCƏR

Milli Məclisin deputatı Cavanşir Feyziyev Avropa Parlamentinin üzvləri ilə görüşlər keçirmək məqsədilə martın 13-dən Böyük Britaniyanın paytaxtı Londonda səfərdə olacaq, martın 19-da isə Belçikanın paytaxtı Brüsselə yola düşəcək.

13 mart 2018    04:03
124

ATƏT PA SƏDRİ MİLLİ MƏCLİSDƏ

Martın 12-də Milli Məclisin ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri ölkəmizdə səfərdə olan qurumun sədri Georgi Seretelinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər. Qonaqları salamlayan Milli Məclis Sədrinin müavini, təşkilatda nümayəndə heyətimizin rəhbəri Bahar Muradova ATƏT-Azərbaycan əməkdaşlığından ətraflı söhbət açdı.

12 mart 2018    04:03
130

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Martın 12-dən 16-dək Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Siyasi işlər və demokratiya, Monitorinq və Daimi komitələrinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

09 mart 2018    01:03
137

AVROPA PARLAMENTİNİN TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Parlamentinin tədbirlərində iştirak etmək üçün martın 4-dən 8-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.

03 mart 2018    10:03
128

GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ GÖRÜŞ

Fevralın 27-də Milli Məclisin Gənclər və İdman komitəsində Azərbaycan Skautlar Assosiasiyasının prezidenti Emin Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi. Komitə sədri Fuad Muradov qonaqlara rəhbərlik etdiyi komitənin işi, ölkədə gənclər siyasəti ilə bağlı həyata keçirilən tədbirlər, gənclərin asudə vaxtının təşkili sahəsində görülən işlər barədə danışdı.

27 fevral 2018    04:02
138

QDİƏTPM-nin TƏDBİRLƏRİNDƏ

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev və deputat Musa Quliyev fevralın 28-də Türkiyənin İstanbul şəhərinə səfərə gedəcək.

26 fevral 2018    04:02
128

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 23-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkamanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

23 fevral 2018    06:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.