Ana səhifə  /  XƏBƏRLƏR
112

MİLLİ MƏCLİSDƏ OMBUDSMANLARLA GÖRÜŞ

İyunun 16-da Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova parlamentdə Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransının iştirakçıları ilə görüşdü. Görüşə Türkiyə Cümhuriyyətinin Baş ombudsmanı, Rusiya Federasiyasının Başqırdıstan, Dağıstan və Tatarıstan respublikalarının, həmçinin Moskva, Kaluqa, Saratov vilayətlərinin, Özbəkistanın və Serbiyanın insan hüquqları üzrə müvəkkilləri, ombudsman Aparatlarının rəhbərləri qatılmışdılar.

16 iyun 2017    06:06
112

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

İyunun 16-da Milli Məclis Sədrinin müavini, ölkəmizin Parlamentlərarası İttifaqda nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşdü.

16 iyun 2017    05:06
202

DEPUTATLARIMIZ QAZAXISTANA SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat İlham Əliyev “İnnovativ iqtisadiyyata qanunvericilik dəstəyi” adlı beynəlxalq konfransda iştirak etmək üçün iyunun 19-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcəklər.

16 iyun 2017    05:06
111

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərovun APA İnformasiya Agentliyi müxbirinin sualına cavabı

Sual: Bu il iyunun 15-də Avropa Parlamentində “Əfqan Muxtarlı və Azərbaycanda mətbuatın vəziyyəti” adlı qətnamə qəbul edilmişdir. Bu qətnaməyə münasibətinizi bilmək istərdik. Cavab: Avropa Parlamentində Azərbaycana qarşı belə bir addım atılmasından təəssüf hissi keçirirəm. Qətnamənin mətni ilə tanış olduqdan sonra məndə belə bir təəssürat yarandı ki, bu sənəd yoxlanılıb təsdiqlənməmiş məlumatlar, uydurma faktlar əsasında hazırlanmışdır.

16 iyun 2017    03:06
207

DEPUTATLARIMIZ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev iyunun 15-də Türkiyənin İsparta şəhərinə səfər edəcəklər.

14 iyun 2017    05:06
113

AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 13-də Danimarkanın paytaxtı Kopenhagenə səfər edəcək.

12 iyun 2017    05:06
220

DEPUTATLARIMIZ REGİONAL KONFRANSDA İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və deputat Sahibə Qafarova “Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə qanunların işlənməsinin təşviqi” mövzusunda Mərkəzi və Şərqi Avropa Regional Konfransında iştirak etmək üçün iyunun 11-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.

09 iyun 2017    05:06
110

AŞPA-nın REGİONAL SEMİNARINDA

AŞPA-nın Parlament layihələrinə dəstək Departamenti 12-13 iyun tarixlərində “Avropa İnsan Hüquqları Konvensiyası standartlarının həyata keçirilməsində milli parlamentlərin rolu” mövzusunda regional seminar təşkil edəcək. Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək tədbirdə ölkəmizi Milli Məclisin deputatları Vüsal Hüseynov, Sabir Hacıyev, Kamran Nəbizadə və Ülviyyə Ağayeva təmsil edəcəklər.

09 iyun 2017    03:06
129

DEPUTATIMIZ TÜRKİYƏYƏ SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının sədr müavini Azay Quliyev təşkilatın xüsusi missiyası çərçivəsində iyunun 6-dan 9-dək Türkiyədə səfərdə olacaq. Səfərin məqsədi Türkiyədə mövcud ictimai-siyasi vəziyyətlə tanışlıq, qurumun nümayəndə heyətinin ötən ilin avqustunda Ankarada keçirilən görüşlərinin nəticələrinin müzakirəsi, ATƏT PA ilə qardaş ölkə arasında dialoq və əməkdaşlıq imkanlarını genişləndirməkdən ibarətdir.

05 iyun 2017    01:06
140

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 31-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputat Musa Quliyev “Azərbaycan Respublikasının Dayanıqlı İnkişafı” üzrə aparılan ardıcıl işin hüquqi bazasının gücləndirilməsi ilə bağlı BMT-ini İnkişaf Agentliyinin əməkdaşları ilə görüşdülər.Hadi Rəcəbli qonaqları Milli Məclisdə səmimi salamladı. O, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu dövlətimizin müstəqillik qazandığı ilk gündən etibarən BMT və onun ixtisaslaşdırılmış strukturları ilə əməkdaşlıq etdiyini söylədi.

31 may 2017    06:05
137

DEPUTATIMIZ BELÇİKAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Cavanşir Feyziyev “Dondurulmuş münaqişə bölgələrində su problemi: Sərsəng su anbarı” mövzusunda keçiriləcək tədbirdə iştirak etmək üçün mayın 30-dan iyunun 1-dək Belçikanın paytaxtı Brüsseldə səfərdə olacaq.

30 may 2017    12:05
115

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ BÜRO VƏ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Mayın 29-30-da Praqada Avropa Şurası Parlament Assambleyası Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova iştirak edəcəklər.

26 may 2017    05:05
149

MİLLİ AZLIQLAR MƏSƏLƏSİ GÜNDƏMDƏDİR

Milli Məclisin deputatı, ATƏT PA-nın sədr müavini və Büro üzvü Azay Quliyevlə deputat Tahir Mirkişili milli azlıqlara dair tədbirdə iştirak etmək üçün mayın 28-dən Avstriyanın Fillax şəhərində səfərdə olacaqlar.

26 may 2017    03:05
126

NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

Mayın 26-da Tbilisidə NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Sessiyada Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini, NATO Parlament Assambleyasındakı nümayəndə heyətimizin rəhbəri Ziyafət Əsgərovun başçılıq etdiyi deputat qrupu təmsil edəcəkdir.

25 may 2017    05:05
137

BELARUSDA AZƏRBAYCAN TİCARƏT EVİ AÇILACAQ

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Ağalar Vəliyev Azərbaycan Ticarət Evinin açılışında iştirak etmək üçün mayın 26-da Belarus Respublikasına səfərə gedəcəklər.

25 may 2017    05:05
126

AVROPA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Mayın 22-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin yeni sədri, Avropa Xalq Partiyasının Almaniyadan olan deputatı Devid MakAlisterin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

22 may 2017    04:05
132

AVRONEST PA İQTİSADİ ƏMƏKDAŞLIĞA ÖNƏM VERİR

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, Avronest PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradovun başçılığı ilə Ağalar Vəliyev və Fərəc Quliyev qurumun İqtisadi inteqrasiya, hüquqi yaxınlaşma və Avropa İttifaqı siyasəti ilə uyğunluq komitəsi ilə Enerji təhlükəsizliyi komitəsinin birgə iclaslarında iştirak etmək üçün mayın 23-dən Moldovanın paytaxtı Kişineu şəhərində səfərdə olacaqlar.

22 may 2017    04:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.