Ana səhifə  /  XƏBƏRLƏR
133

AVROPA PARLAMENTİ XARİCİ ƏLAQƏLƏR KOMİTƏSİNİN SƏDRİ PARLAMENTDƏ OLDU

Mayın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin (AP) Xarici əlaqələr komitəsinin sədri Devid MakAlisterin başçılıq etdiyi AP təmsilçiləri ilə görüşdü.Qonaqları salamlayan Səməd Seyidov Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirməsindən, Avropa İttifaqı ilə əməkdaşlığın mövcud durumundan söz açdı.

22 may 2017    04:05
116

DEPUTATIMIZ BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin deputatı Ülviyyə Ağayeva “Gender və təhlükəsizlik” mövzusunda keçiriləcək seminarda iştirak etmək üçün mayın 21-də Almaniyanın Qarmış şəhərinə səfərə gedəcək.

19 may 2017    06:05
119

DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media məsələləri komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 25-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

19 may 2017    06:05
115

DEPUTATIMIZ MİQRASİYA MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏK

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB-yə üzv dövlətlərin miqrasiya orqanları rəhbərləri şurasının 20-ci toplantısında və qeyri-qanuni miqrasiya ilə mübarizə üzrə beynəlxalq konfransda iştirak etmək üçün mayın 21-də Tacikistanın paytaxtı Düşənbəyə səfər edəcək.

19 may 2017    06:05
107

DEPUTATLARIMIZ AŞPA-nın KOMİTƏ İCLASINDA İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin deputatları Vüsal Hüseynov və Müslüm Məmmədov Avropa Şurası Parlament Assambleyasının Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 19-dək Serbiyanın paytaxtı Belqrada səfərə gedəcəklər.

16 may 2017    06:05
134

AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya daimi komitəsinin iclasında iştirak etmək üçün mayın 17-dən 20-dək İtaliyada səfərdə olacaq.

16 may 2017    04:05
126

DEPUTATLARIMIZ BEYNƏLXALQ TƏDBİRDƏ İŞTİRAK EDƏCƏKLƏR

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “İnkişaf, sabitlik və qaçqın böhranı” mövzusunda XVII Beynəlxalq Doha Forumunda iştirak etmək üçün mayın 13-də Qətərə səfər edəcəklər.

13 may 2017    01:05
138

TÜRKPA-nın KOMİSSİYA İCLASINDA

Milli Məclisin deputatı Sədaqət Vəliyeva mayın 10-da Türkiyənin Amasiya şəhərinə səfər edəcək. Millət vəkili Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclasında iştirak edəcək.

08 may 2017    05:05
119

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 6-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Andreas Loverdos ilə görüşdü.

06 may 2017    04:05
129

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 5-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Çexiya Parlamenti Deputatlar Palatası Sədrinin birinci müavini Radek Vondraçek ilə görüşdü.

05 may 2017    07:05
152

BELÇİKA NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLDU

Mayın 4-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva ölkəmizdə səfərdə olan Brüssel-Paytaxt Regionu Parlamentinin vitse-prezidenti Emin Özkaranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

04 may 2017    07:05
133

BRÜSSEL-PAYTAXT REGİONU PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ

Mayın 4-də Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Brüssel-Paytaxt Regionu parlamentinin nümayəndə heyəti ilə görüşdü. Valeh Ələsgərov qonaqları səmimi salamladı, onlara parlamentin fəaliyyətindən, rəhbərlik etdiyi komitənin işindən ətraflı söz açdı.

04 may 2017    06:05
128

ABŞ-IN AYDAHO ŞTATININ SENATORU MİLLİ MƏCLİSDƏ OLDU

Mayın 4-də Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən ABŞ-ın Aydaho ştatının senatoru Marv Hagedon ilə görüşdü. Qonağı səmimi salamlayan Valeh Ələsgərov bildirdi ki, ABŞ-Azərbaycan münasibətlərinin möhkəm təməli var.

04 may 2017    06:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.