Ana səhifə  /  XƏBƏRLƏR
118

AVSTRALİYA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ MİLLİ MƏCLİSDƏ TƏMSİL OLUNAN DİGƏR PARTİYALARIN SƏDRLƏRİ İLƏ GÖRÜŞDÜLƏR

Oktyabrın 28-də ölkəmizdə səfərdə olan Avstraliya parlamentinin nümayəndə heyəti Milli Məclisdə təmsil olunan digər siyasi partiyaların rəhbərləri ilə görüşdü. Görüşdə Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı və Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa iştirak edirdilər.

29 oktyabr 2015    10:10
110

AVSTRALİYA İLƏ AZƏRBAYCAN ARASINDA MÜNASİBƏTLƏR İNKİŞAF EDİR

Oktyabrın 28-də Milli Məclisdə təmsil olunan Yeni Azərbaycan Partiyası nümayəndələrinin Avstraliya İttifaqı Parlamentinin nümayəndələri ilə görüşü oldu. Qonaqları salamlayan deputat, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov bildirdi ki, Milli Məclisin tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir. Parlamentdə 11 siyasi partiya təmsil olunur. Parlamentdə təmsil olunan 125 deputatın 71-i hakim Yeni Azərbaycan partiyasının üzvüdür.

29 oktyabr 2015    03:10
132

YAPONİYA NÜMAYƏNDƏ HEYƏTİ PARLAMENTDƏ

Oktyabrın 27-də Milli Məclisin Yaponiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşdülər. Qonaqları salamlayan Milli Məclisin deputatı, dostluq qrupunun rəhbəri Abel Məhərrəmov Azərbaycan-Yaponiya əlaqələrinin qədim tarixə malik olduğunu qeyd etdi.

28 oktyabr 2015    06:10
113

NATO PA-nın İLLİK SESSİYASINDA

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 61-ci illik sessiyasında iştirak etmək üçün oktyabrın 8-də Norveç Krallığına səfər edəcək.

07 oktyabr 2015    05:10
140

MİLLİ MƏCLİSİN DEPUTATLARI QIRĞIZISTANA SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov TürkPA-nın xətti ilə, deputatlardan Sədaqət Vəliyeva MDB İcraiyyə Komitəsinin, Rüfət Quliyev, İqbal Məmmədov və Milli Məclis Sədrinin köməkçisi – MDB PA-da Milli Məclisin daimi nümayəndəsi Aydın Cəfərov isə MDB PA-nın xətti ilə oktyabrın 1-dən 5-dək Qırğızıstan Respublikası parlamentinə keçiriləcək seçkiləri müşahidə etmək üçün bu ölkəyə səfər edəcəklər.

01 oktyabr 2015    11:10
100

DEPUTATIMIZ BÖYÜK BRİTANİYAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev sentyabrın 27-dən 29-dək Böyük Britaniyada səfərdə olacaq.Deputatımız bu ölkənin parlamentində ayrı-ayrı komitələri təmsil edən deputatlarla, Böyük Britaniya - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşlər keçirəcək.

30 sentyabr 2015    05:09
109

AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın payız sessiyasında iştirak etmək üçün sentyabrın 27-dən oktyabrın 4-dək Strasburqda səfərdə olacaqlar.

23 sentyabr 2015    05:09
130

AŞPA-nın SEÇKİ MÜŞAHİDƏ MİSSİYASI ÜZRƏ KOMİTƏSİNİN ÖN HEYƏTİ MİLLİ MƏCLİSDƏ OLDU

Sentyabrın 21-də Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyası üzrə Ad hok (müvəqqəti) komitəsinin ön heyəti Milli Məclisdə oldu. Milli Məclisin inzibati binası ilə tanışlıqdan sonra qonaqlar Milli Məclis Sədrinin müavini, parlamentdə təmsil olunan bitərəflər qrupunun nümayəndəsi Valeh Ələsgərovla görüşdülər.

21 sentyabr 2015    05:09
118

MİLLİ MƏCLİS DEPUTATININ AVSTRALİYAYA SƏFƏRİ DAVAM EDİR

Avstraliyada səfərdə olan Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev səfər çərçivəsində Kanberra şəhərində Avstraliyanın Nümayəndələr Palatasının yeni seçilmiş sədri Antony Smit ilə görüş keçirib.

16 sentyabr 2015    05:09
109

AŞPA KOMİTƏSİNİN DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ ÜZRƏ MƏRUZƏÇİSİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 15-də Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyəti üzvlərinin ölkəmizdə səfərdə olan qurumun Siyasi işlər və demokratiya komitəsinin “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması” üzrə məruzəçisi Robert Uolterlə görüşü oldu.

15 sentyabr 2015    05:09
107

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Sentyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan Braziliya parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Katibliyinin sədri Atila Lins ilə görüşdü.

15 sentyabr 2015    05:09
127

DEPUTATIMIZ AVSTRALİYADA SƏFƏRDƏDİR

Milli Məclisin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Avstraliyada səfərdədir. Sentyabrın 14-də millət vəkili ölkənin paytaxtı Kanberra şəhərində Avstraliya Senatının prezidenti Stiven Perri ilə görüşüb.

14 sentyabr 2015    06:09
106

FRANSA SENATININ ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ

Sentyabrın 11-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Fransa Senatının Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdülər.

11 sentyabr 2015    04:09

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.