Ana səhifə  /  XƏBƏRLƏR
95

TÜRKİYƏDƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNƏ DAİR KONFRANS KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Musa Qasımlı noyabrın 20-dən 22-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaq.Deputatımız “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional sülh və təhlükəsizliyə, qonşuluq münasibətlərinə təhdid kimi” mövzusunda beynəlxalq konfransda iştirak edəcək.

19 noyabr 2014    12:11
99

MİLLİ MƏCLİSİN DEPUTATLARI BEYNƏLXALQ KONFRANSLARDA İŞTİRAK EDƏCƏKLƏR

Noyabrın 14-də Parisdə “Dinlərarası anlaşma: birgəyaşayışın modelləri”, noyabrın 15-də isə Strasburqda “Milli-mədəni müxtəliflikdə konfessiyalararası dialoq: multikultural modellər” mövzularında beynəlxalq konfranslar keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları Sahibə Qafarova və Yevda Abramov iştirak edəcəklər.

13 noyabr 2014    03:11
97

PARLAMENT XƏBƏRLƏRİ

Noyabrın 14-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin, noyabrın 17-18-də isə Brüsseldə AŞPA Daimi Komitəsinin və Bürosunun iclasları keçiriləcək. * * * Noyabrın 13-də Strasburqda Uşaq hüquqları strategiyasına dair Avropa Şurası ekspertlər komitəsinin I iclası keçiriləcək.

12 noyabr 2014    02:11
83

AVROPA SOSİAL XARTİYASININ SEMİNARINDA

Noyabrın 10-da Parisdə Avropa Sosial Xartiyası üzrə Avropa Şurası Parlament Assambleyasının alt komitəsinin “Təhlükəsizlik və sağlam əmək şəraitinin təmin edilməsi” mövzusunda seminarı keçiriləcəkdir. Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iştirak edəcəkdir.

07 noyabr 2014    05:11
201

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini, parlamentin GUAM PA-dakı daimi nümayəndə heyətinin rəhbəri Elton Məmmədov, deputatlardan Mirkazım Kazımov və Əli Məsimli noyabrın 9-dan 14-dək Moldovada səfərdə olacaqlar. Deputatlarımız ölkənin paytaxtı Kişineu şəhərində keçiriləcək GUAM Parlament Assambleyasının 7-ci iclasının işində iştirak edəcəklər. * * *Milli Məclisin deputatı İlham Əliyev TürkPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının 4-cü toplantısında iştirak etmək üçün noyabrın 7-dən 10-dək Qazaxıstanda səfərdə olacaq.

07 noyabr 2014    03:11
103

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Noyabrın 6-da Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Sədr qonağı salamlayaraq müstəqil Azərbaycanın Braziliya ilə hərtərəfli əlaqələrinin inkişafına böyük önəm verdiyini bildirdi. Qeyd edildi ki, yüksək səviyyəli siyasi dialoq iqtisadi əlaqələrimizin inkişafı üçün də yaxşı zəmin yaradır. Biz gələcəkdə Braziliya ilə bu sahədə əməkdaşlığımızı dərinləşdirmək niyyətindəyik. Bunun üçün geniş potensial imkanlar vardır.

06 noyabr 2014    04:11
95

DEPUTATIMIZ ASTANAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə MDB-yə üzv ölkələrin Əmək, miqrasiya və sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXVII iclasında iştirak etmək üçün noyabrın 6-dan 8-dək Qazaxıstanda səfərdə olacaq.

05 noyabr 2014    05:11
81

DEPUTATIMIZ AVSTRİYAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin deputatı Sahibə Qafarova Azərbaycan və Avstriya arasında məişət zorakılığının qarşısının alınması sahəsində təcrübə mübadiləsi məqsədi ilə təşkil edilən seminarda iştirak etmək üçün noyabrın 2-dən 8-dək Vyana şəhərində səfərdə olacaq.

04 noyabr 2014    10:11
73

AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA

Noyabrın 4-də və 5-də Avronest Parlament Assambleyasının Siyasi işlər, insan hüquqları və demokratiya, İqtisadi inteqrasiya, Enerji təhlükəsizliyi, Sosial məsələlər, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin iclasları keçiriləcəkdir.

03 noyabr 2014    04:11
80

MİLLİ MƏCLİSİN DEPUTATI BEYNƏLXALQ SEMİNARDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə dair beynəlxalq seminarda iştirak etmək üçün oktyabrın 30-dan noyabrın 1-dək Madriddə səfərdə olacaqdır.

29 oktyabr 2014    03:10
81

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq Komitəsinin Serbiya üzrə məruzəçisi kimi oktyabrın 26-dan 29-dək Belqradda səfərdə olacaqdır. * * * Milli Məclisin deputatları Rafael Hüseynov və Elxan Süleymanov AŞPA-nın Hüquqi işlər və insan hüquqları Komitəsinin iclasında iştirak etmək üçün oktyabrın 28-dən noyabrın 1-dək Madrid şəhərində səfərdə olacaqlar.

25 oktyabr 2014    12:10
89

TÜRK ŞURASINA ÜZV ÖLKƏLƏRİN AĞSAQQALLAR ŞURASININ 8-Cİ İCLASINDA

Oktyabrın 27-28-də Qırğızıstanın Bişkek şəhərində Türk Şurasına üzv ölkələrin Ağsaqqallar Şurasının 8-ci iclası keçiriləcəkdir. İclasda Azərbaycan Ağsaqqallar Şurasıının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov iştirak edəcəkdir.

25 oktyabr 2014    12:10
223

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Oktyabrın 22-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF-in) Azərbaycandakı yeni təyin edilmiş nümayəndəsi Andro Şilakadze ilə görüşdü.

22 oktyabr 2014    05:10
96

MDB GƏNCLƏR PARLAMENTLƏRARASI FORUMUNDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva oktyabrın 22-dən Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir.

22 oktyabr 2014    05:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.