Ana səhifə  /  XƏBƏRLƏR
92

DEPUTATLARIMIZ QAZAXISTANDA SƏFƏRDƏ OLACAQLAR

Milli Məclisin deputatları Rüfət Quliyev və İqbal Məmmədov MDB PA-nın xətti ilə müşahidəçi qismində parlament seçkilərinin gedişini izləmək üçün sentyabrın 30-dan oktyabrın 2-dək Qazaxıstanın Almatı şəhərində səfərdə olacaqlar.

29 sentyabr 2014    06:09
97

SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ GÖRÜŞ

Sentyabrın 26-da Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Federasiya Şurasının Sosial siyasət komitəsi sədrinin birinci müavini Vyaçeslav Fetisov ilə görüşdü.

26 sentyabr 2014    04:09
96

QARA DƏNİZ İQTİSADİ ƏMƏKDAŞLIQ TƏŞKİLATININ KOMİTƏ İCLASLARINDA

Sentyabrın 29-da Gürcüstanın Batumi şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin Hüquqi və siyasi məsələlər komitəsi ilə birgə iclası keçiriləcəkdir. Tədbirdə Milli Məclisin deputatları Asəf Hacıyev və Musa Quliyev iştirak edəcəklər.

26 sentyabr 2014    04:09
83

BEYNƏLXALQ KONQRESDƏ

Milli Məclisin deputatları Rüfət Quliyev və Fəzail Ağamalı “Həyatın təhlükəsizliyi naminə yollarda təhlükəsizlik” mövzusunda V beynəlxalq konqresdə iştirak etmək üçün sentyabrın 23-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

23 sentyabr 2014    10:09
505

MİLLİ MƏCLİSDƏ TƏMSİL OLUNAN SİYASİ PARTİYA NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Sentyabrın 23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasör Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələriilə görüşdü. Görüşdə Avropanın bəzi qurumlarının ölkəmizə qarşı nümayiş etdirdiyi ikili standartlar əsas müzakirə mövzusu oldu.

23 sentyabr 2014    05:09
90

AŞPA PREZİDENTİ PARLAMENTİN QURUMDAKI NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDÜ

Sentyabrın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti üzvlərinin qurumun ölkəmizdə səfərdə olan prezidenti Ann Brassörlə görüşü keçirildi. Qonağı salamlayan Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Azərbaycanın AŞPA ilə uğurlu əməkdaşlığından söhbət açdı, qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətini qeyd etdi.

23 sentyabr 2014    05:09
117

Vitse-spiker Valeh ƏLƏSGƏROV: “Bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində biz əməkdaşlığa və dostluğa həmişə hazırıq.”

Sentyabrın 17-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının komitə sədrləri Peter Ramsauer və Dağmar Vöhri ilə görüşdü. Valeh Ələsgərov qloballaşan dünyada Azərbaycanın tutduğu mövqe, parlamentin beynəlxalq əlaqələri, ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən neft-qaz layihələri, kiçik və orta sahibkarlığın inkişaf templəri barədə qonaqlara məlumat verdi.

17 sentyabr 2014    04:09
117

MİLLİ MƏCLİSDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

Sentyabrın 12-də Milli Məclis Sədrinin müavini Bahar Muradovanın 2014-cü ildə Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplamış Füzuli rayonunu təmsil edən gənclərlə görüşü keçirilib.

12 sentyabr 2014    04:09
74

BEYNƏLXALQ KONFRANSDA

Milli Məclisin deputatı Məlahət İbrahimqızı sentyabrın 8-dən Belçikanın Brüssel və Fransanın Paris şəhərlərində səfərdə olacaq.

05 sentyabr 2014    06:09
87

AŞPA-NIN KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 7-də Parisə yola düşəcək.

05 sentyabr 2014    05:09
102

AŞPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov, deputatlar Elxan Süleymanov və Sabir Hacıyev AŞPA-nın toplantılarında iştirak etmək üçün avqustun 31-dən Fransanın paytaxtı Parisdə səfərdə olacaqlar.

29 avqust 2014    04:08
74

DEPUTATLARIMIZ TÜRKİYƏDƏ PREZİDENT SEÇKİLƏRİNİ MÜŞAHİDƏ EDƏCƏKLƏR

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov və deputat Sədaqət Vəliyeva Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TürkPA) xətti ilə ölkədə keçirilən prezident seçkilərini müşahidə etmək üçün avqustun 7-dən 13-dək Türkiyəyə səfər edəcəklər.

01 avqust 2014    04:08
114

AŞPA-nın YAY SESSİYASI ÖZ İŞİNƏ BAŞLAYIR

İyunun 23-dən 27-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası öz işinə başlayacaq. Tədbirdə iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi numayəndə heyətinin rəhbəri Səməd Seyidov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Sevinc Fətəliyeva, Rəfael Hüseynov, Rövşən Rzayev, Elxan Süleymanov, Sahibə Qafarova, Fəzail İbrahimli, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Abbasov, Çingiz Qənizadə və Fazil Mustafa Fransaya səfər edəcəklər.

24 iyun 2014    11:06
156

AZƏRBAYCANLA QAZAXISTAN QARDAŞ ÖLKƏLƏRDİR

İyunun 24-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Qazaxıstan Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Aygül Kuspan və Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı idarəsinin rəisi Timur Sultanqojin ilə görüşdü.

24 iyun 2014    04:06

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.