Ana səhifə  /  XƏBƏRLƏR
85

TÜRKİYƏDƏ XOCALI SOYQIRIMINA HƏSR OLUNMUŞ ABİDƏNIN AÇILIŞI OLACAQ

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 25-də Ankaraya yola düşmüşdür.Nümayəndə heyətinə Milli Məclisin deputatları Mahir Aslanov və Kamilə Əliyeva daxildirlər.

26 fevral 2014    04:02
76

ALMANİYADA XOCALI FACİƏSİ ANILACAQ

Milli Məclisin deputatları Rauf Əliyev, Siyavuş Novruzov və Xanlar Fətiyev Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün fevralın 26-da Almaniyaya səfər edəcəklər.

25 fevral 2014    04:02
93

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 24-də Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Milli Məclisdə Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyrsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdilər.

24 fevral 2014    05:02
69

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ GÖRÜŞ

Fevralın 24-də Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin ölkəmizdə səfərdə olan Latviya Seyminin Azərbaycanla dostluq qrupunun nümayəndələri ilə görüşü oldu. Qonaqları salamlayan komitə sədri Şəmsəddin Hacıyev bildirdi ki, ölkəmizin Baltikyanı ölkələrlə, o cümlədən Latviya ilə gözəl dostluq ənənələri var.

24 fevral 2014    05:02
79

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 21-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə Komitəsinin sədri Ali Kəbiri ilə görüşdü.

21 fevral 2014    05:02
92

AZƏRBAYCANLA MƏRAKEŞİ SAF DOSTLUQ TELLƏRİ BAĞLAYIR

Fevralın 21-də Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə komitəsinin sədri Ali Kəbiri ilə görüşü oldu.

21 fevral 2014    03:02
79

QARDAŞ TÜRKİYƏDƏ XOCALI SOYQIRIMININ 22-ci İLDÖNÜMÜ GENİŞ QEYD EDİLƏCƏK

Qardaş Türkiyədə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər hazırlanır. Paytaxt Ankaranın Keçiörən bələdiyyəsində, İstanbul şəhərində, Uşak bələdiyyəsində və digər bölgələrdə Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidələrin açılış mərasimləri olacaq.

20 fevral 2014    09:02
84

ALMANİYADA XOCALI FACİƏSİ ANILACAQ

Milli Məclisin deputatı Azay Quliyev Almaniyada Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərdə iştirak etmək üçün fevralın 20-dən 23-dək Berlin şəhərində səfərdə olacaq.

20 fevral 2014    03:02
101

AZƏRBAYCAN-MƏRAKEŞ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Fevralın 19-da Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizə səfərə gəlmiş Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə Komitəsinin sədri Ali Kəbirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.

19 fevral 2014    05:02
74

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev Asiya siyasi partiyalarının beynəlxalq konfransına qatılmaq üçün fevralın 18-dən 24-dək Malayziyanın Kuala Lumpur şəhərində səfərdə olacaq.

17 fevral 2014    05:02
94

CƏNUBİ AFRİKADA AZƏRBAYCANLA BAĞLI TƏDBİR KEÇİRİLƏCƏK

Milli Məclisin deputatları Tahir Rzayev, Fazil Mustafa və Azər Badamov “Azərbaycanın iqtisadi, sosial və mədəni aspektləri” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün fevralın 16-dan 24-dək Cənubi Afrika Respublikasında səfərdə olacaqlar.

14 fevral 2014    06:02
127

İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının tədbirlərində

Fevralın 18-19-da Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçiriləcək. Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı tədbirdə iştirak etmək üçün fevralın 14-də İran İslam Respublikasına səfər edəcəklər.

13 fevral 2014    06:02
78

AVRONEST PA-nın SİYASİ KOMİTƏSİNDƏ

Xəbər verildiyi kimi, Belçikanın paytaxtı Brüsseldə Avronest Parlament Assambleyasının komitə iclasları keçirilir. Fevralın 11-də Milli Məclisin deputatları Ceyhun Osmanlı, Fuad Muradov, Asim Mollazadə qurumun Siyasi komitəsinin iclasında iştirak etmişlər.

12 fevral 2014    04:02
96

TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ KOMİSSİYA İCLASININ AÇILIŞI OLDU

Fevralın 11-də Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyasının İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının üçüncü iclası öz işinə başladı. “Türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu” mövzusuna həsr edilən iclasa 4 üzv ölkədən olan komissiya üzvləri...

11 fevral 2014    03:02
79

ATƏT PARLAMENT ASSAMBLEYASININ QIŞ SESSİYASINDA

Milli Məclis Sədrinin müavini Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün fevralın 11-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

08 fevral 2014    02:02
64

AVRONEST PARLAMENT ASSAMBLEYASININ KOMİTƏ İCLASLARINDA

Milli Məclisin deputatları Ceyhun Osmanlı, Fuad Muradov, Asim Mollazadə, Gülçöhrə Məmmədova və Fərəc Quliyev Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak etmək üçün fevralın 9-da Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.

07 fevral 2014    06:02
108

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Fevralın 6-da ölkəmizdə səfərdə olan İspaniya Parlamenti üzvlərindən ibarət nümayəndə heyətinin rəhbəri Xose Maria Çikiyo Milli Məclisin Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdü.

06 fevral 2014    06:02

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.