Ana səhifə  /  XƏBƏRLƏR
82

XƏZƏR FORUMUNDA

Milli Məclisin deputatları Qənirə Paşayeva, Asim Mollazadə, Ceyhun Osmanlı, Rasim Musabəyov və Hacı Salayev 3-cü Xəzər Forumunda iştirak etmək üçün dekabrın 4-dən 6-dək Türkiyənin İstanbul şəhərində səfərdə olacaqlar.

04 dekabr 2013    05:12
66

AŞPA-nın KOMİTƏ İCLASINDA

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya daimi komitəsinin iclasında iştirak etmək üçün dekabrın 3-dən 6-dək Fransada səfərdə olacaq.

03 dekabr 2013    04:12
83

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Dekabrın 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının qadınlara qarşı zorakılıq səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi Raşida Manjun ilə görüşdü.

03 dekabr 2013    03:12
80

PARLAMENT XƏBƏRLƏRİ

Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün dekabrın 3-dən 7-dək Ukraynada səfərdə olacaq. Kiyev şəhərində keçiriləcək toplantıda cari məsələlər və quruma üzv olan ölkələrdə seçkiləri müşahidə missiyalarının hesabatları müzakirə olunacaq. Deputatımız müzakirə olunan məsələlərə öz münasibətini bildirəcək.

02 dekabr 2013    04:12
93

GUAM PARLAMENT ASSAMBLEYASININ NÖVBƏTİ SESSİYASINDA

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə nümayəndə heyəti GUAM Parlament Assambleyasının 6-cı sessiyasında iştirak etmək üçün dekabrın 1-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək. Parlament nümayəndə heyətinin tərkibinə deputatlardan Elton Məmmədov, Əli Məsimli və Mirkazım Kazımov daxildirlər.

30 noyabr 2013    01:11
75

AVROPA İTTİFAQININ TƏDBİRLƏRİ KEÇİRİLƏCƏK

Noyabrın 27-28-də Litvanın Vilnüs şəhərində Avropa İttifaqı parlamentarilərinin xarici işlər üzrə komitə sədrlərinin görüşü və Demokratiya üzrə parlament forumu keçiriləcəkdir.

28 noyabr 2013    05:11
94

BALTİK ASSAMBLEYASININ SESSİYASINDA

Milli Məclisin deputatları Elton Məmmədov və Əli Məsimli Baltik Assambleyasının 32-ci sessiyasında iştirak etmək üçün noyabrın 28-də Latviyanın paytaxtı Riqaya səfər edəcəklər.

27 noyabr 2013    01:11
81

KORRUPSİYA ƏLEYHİNƏ MÜBARİZƏ GÜCLƏNDİRİLİR

Noyabrın 25-dən 29-dək Panamada BMT-nin Korrupsiya əleyhinə Konvensiyasına üzv dövlətlərin V konfransı və Parlamentlərin Korrupsiya əleyhinə Qlobal Təşkilatının (GOPAC) növbəti toplantısı keçiriləcəkdir. Tədbirlərdə Milli Məclisin deputatı Bəxtiyar Əliyev iştirak edəcəkdir.

25 noyabr 2013    04:11
75

"QADINLAR PARLAMENTDƏ QLOBAL FORUMU”NDA

Milli Məclisin deputatları Sahibə Qafarova, Gülçöhrə Məmmədova, Sədaqət Vəliyeva və Məlahət İbrahimqızı “Qadınlar parlamentdə qlobal forumu”nun illik toplantısında iştirak etmək üçün noyabrın 26-da Belçikanın Brüssel şəhərinə səfərə yola düşəcəklər.

25 noyabr 2013    01:11
86

DEPUTATLARIMIZ YUNANISTANLI HƏMKARLARI İLƏ GÖRÜŞƏCƏKLƏR

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Yunanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Hadi Rəcəbli, deputatlar Azər Badamov, Hüseynbala Mirələmov, Nazim Fərəcov və İqbal Məmmədov noyabrın 24-də Afinaya səfər edəcəklər.

23 noyabr 2013    11:11
86

AŞPA-nın Büro və Daimi Komitəsinin iclasları keçiriləcək

Noyabrın 22-də Vyanada Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitəsinin iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, ölkəmizin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü Rafael Hüseynov iştirak edəcəklər.

22 noyabr 2013    09:11
81

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Noyabrın 18-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun Türkiyə Vəkillər Kollegiyası İdarə Heyətinin üzvləri ilə görüşü keçirildi.

19 noyabr 2013    02:11
83

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Noyabrın 18-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdü.

18 noyabr 2013    05:11
135

AZƏRBAYCAN – İNDONEZİYA DOSTLUQ TELLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

Noyabrın 18-də Milli Məclisin Azərbaycan – İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin deputatları ilə görüşü oldu. Qonaqları salamlayan Milli Məclisin deputatı, qrupun rəhbəri Bəxtiyar Əliyev xalqlarımız arasındakı dostluq əlaqələrindən danışdı. O, beynəlxalq təşkilatlarda daim Azərbaycanı dəstəklədiyinə görə rəhbərlik etdiyi dostluq qrupu adından İndoneziya hökumətinə təşəkkür etdi.

18 noyabr 2013    05:11
97

İNDONEZİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR

Noyabrın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdülər.

18 noyabr 2013    04:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.