Ana səhifə  /  XƏBƏRLƏR
97

RUSİYA-AZƏRBAYCAN REGİONLARARASI IV FORUMUNDA

İyunun 5-də Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva, deputatlar Cavanşir Feyziyev və Rasim Musabəyov “Rusiya-Azərbaycan regionlararası dialoq-2013” adlı IV forumda iştirak etmək üçün Rusiya Federasiyasının Volqoqrad şəhərinə səfərə yola düşəcəklər.

04 iyun 2013    04:06
169

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 30-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin üzvləri Braziliya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər.

01 iyun 2013    01:06
68

AŞPA-nın KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyasının komitə iclasında iştirak etmək üçün iyunun 2-dən 4-dək Fransada səfərdə olacaq.

31 may 2013    11:05
88

AZƏRBAYCAN-BRAZİLİYA ƏLAQƏLƏRİ GENİŞLƏNİR

Mayın 30-da Milli Məclisdə Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Braziliya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.

31 may 2013    09:05
91

Ziyafət ƏSGƏROV: “Yaxşı liderdən çox şey asılıdır. Bu baxımdan Azərbaycanın bəxti gətirib.”

Mayın 31-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Azərbaycan-Böyük Britaniya münasibətlərindən söz açan Ziyafət Əsgərov ölkəmizin müstəqilliyi dövründə qurulan diplomatik əlaqələrin inkişafından danışdı. Dövlət başçılarının rəsmi səfərlərinin siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün lazımi zəmin yaratdığını vurğuladı.

31 may 2013    05:05
108

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 28-də Milli Məclisdə ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatları Konqresinin əməkdaşları ilə görüş oldu.Qonaqları salamlayan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirdi ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra diplomatik münasibətlər yaratdığı ilk ölkələrdən biri də ABŞ-dır.

28 may 2013    05:05
70

AŞPA PREZİDENTİ DEPUTATLARLA GÖRÜŞDÜ

Mayın 27-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələrinin ölkəmizdə səfərdə olan AŞPA Prezidenti Jan-Klod Minyonla görüşü oldu.

27 may 2013    06:05
82

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 25-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Erix Fritsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

25 may 2013    03:05
78

AVROPA XALQ PARTİYASININ İCLASINDA

Milli Məclisin deputatı Sevinc Hüseynova Avropa Xalq Partiyasınn iclasında iştirak etmək üçün mayın 25-dən 27-dək Belçikaya səfər edəcək.

24 may 2013    05:05
81

AŞPA-NIN KOMİTƏ İCLASLARINDA

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin təşkil etdiyi dinləmələrdə iştirak etmək üçün mayın 23-dən 24-dək Estoniyada səfərdə olacaq.

21 may 2013    06:05
77

AŞPA-NIN KOMİTƏ İCLASINDA

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 23-dək Böyük Britaniyada səfərdə olacaq.

17 may 2013    05:05
73

MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

Mayın 16-da Milli Məclisin Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Küveyt parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Mübarək Saleh əl-Nəcədə ilə görüşü keçirildi.

16 may 2013    05:05
73

NATO PARLAMENT ASSAMBLEYASININ SESSİYASINDA

Mayın 17-də Lüksemburqda NATO Parlament Assambleyasının yaz sessiyası işə başlayacaqdır. Sessiyada Azərbaycanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.

15 may 2013    05:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.